Məhkəmə qərarları › İş №2(029)-231/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-231/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-231/2021 18.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsinə əsasən başqa şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 331 (üç yüz otuz bir) AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdurlar. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavbadeh Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin xx xxxxxx 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsi xx xxx 2016-cı il tarixli **********1340 yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3920.16 (üç min doqquz yüz iyirmi manat on altı qəpik) AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Beləliklə, xx xxxxxx 2020-ci il tarixinə olan Maliyyə Arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN təşkil edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı-dən illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min) AZN məbləğində kredit götürmüdşür. Həmin kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Müəyyən müddət kredit ödənişlərini ödəsə də, daha sonra maddi vəziyyətində yaranmış çətinliklərə görə İddiaçıyə olan borcunu ödəyə bilməmişdir. Hazırda maddi durumu yaxşı deyildir. İmkanı olan kimi banka olan borcunu ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı-dən illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min) AZN məbləğində kredit götürmüşdür. İşdə olan **********1340-749493 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 İddiaçı qarşısında zamin durmuşdur. İşdə olan **********1340-940724 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh3 İddiaçı qarşısında zamin durmuşdur. İşdə olan xx xxxxxx 2015-ci il tarixli **********1340 saylı X1 dair xx xxx 2016-cı il tarixli Sazişdən görünür ki, Cavabdeh1 öhdəliyinin icra olunmamış hissəsi, əsas borc 3920.16 (üç min doqquz yüz iyirmi manat on altı qəpik) AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. İşdə olan İddiaçı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsi üzrə İddiaçı-yə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN borcu vardır. İşdə olan **********04 nömrəli qəbzdən görünür ki, İddiaçı Qusar rayon məhkəməsində iddia qaldırması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Həmçinin xx xxxxxx 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsi xx xxx 2016-cı il tarixli **********1340 yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3920.16 (üç min doqquz yüz iyirmi manat on altı qəpik) AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə xx xxxxxx 2020-ci il tarixinə olan Maliyyə Arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edilən hallara məcmu halda hüquqi qiymət verərək hesasb edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN məbləğində borc İddiaçı-nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı-nın xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar