Məhkəmə qərarları › İş №2(029)-235/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-235/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-235/2021 18.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulmasına dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2436.76 (iki min dörd yüz otuz altı manat yetmiş altı qəpik) manat məbləğində kredit borcu, 359.17 (üç yüz əlli doqquz manat on yeddi qəpik) manat məbləğində faiz borcu və 881.29 (səkkiz yüz səksən bir manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3677.22 (üç min altı yüz yetmiş yeddi manat iyirmi iki qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx xxxx 2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 12 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx xxxxxxx 2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 kredit borcundan 563.24 (beş yüz altmış üç manat iyirmi dörd qəpik) manat ödəmiş, cavabdehin 2436.76 (iki min dörd yüz otuz altı manat yetmiş altı qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxxxx 2020-ci il tarixə 336 gün üçün hesablanmış faiz borcu 359.17 (üç yüz əlli doqquz manat on yeddi qəpik) manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış fazi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəməlidir. xx xxxxxxxx 2020-ci il tarixə 336 gün üçün hesablanmış cərimə 881.29 (səkkiz yüz səksən bir manat iyirmi doqquz qəpik) manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, ona İddiaçı QSC ilə bağladığı xx xxxx 2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 12 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. Onun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, götürdüyü kredit borcundan 563.24 manat ödəniş etmişdir. Sonradan imkanı olmadığına görə kredit borcunu qaytara bilməmişdir. Hazırda yaranmış borcu birdəfəyə ödəməyə imkanı yoxdur, həmin borcu ödəyəcəkdir. Həmçinin ona kredit müqaviləsi üzrə cərimə məbləğləri yüksək hesablanmışdır. Ona görə də, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan xx xxxx 2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla 12 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İşdə olan 056G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, xx xxxx 2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı QSC tərəfindən xx xxxxxx 2020-ci il tarixli 26287 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 056A********** saylı xx xxxx 2019-cu il tarixli kredit razılaşması üzrə borcu xx xxxx 2020-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə 2436.76 manat, faiz üzrə 359.17 manat, cərimə borcu 881.29 manat olmaqla cəmi 3677.22 manat borcu yaranmışdır. İşdə olan ********* saylı xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı QSC-dən aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla 12 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 056G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit borcundan 563.24 (beş yüz altmış üç manat iyirmi dörd qəpik) manat məbləğini ödəmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-yə 2436.76 (iki min dörd yüz otuz altı manat yetmiş altı qəpik) manat məbləğində kredit borcu, 359.17 (üç yüz əlli doqquz manat on yeddi qəpik) manat məbləğində faiz borcu və 881.29 (səkkiz yüz səksən bir manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3677.22 (üç min altı yüz yetmiş yeddi manat iyirmi iki qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məğbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqarının azaldılmasına yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cərimənin miqdarını tənasübsüz surətdə yüksək göstərmişdir. Məhkəmə cavabdehlərə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borcluların əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2436.76 (iki min dörd yüz otuz altı manat yetmiş altı qəpik) manat məbləğində kredit borcu, 359.17 (üç yüz əlli doqquz manat on yeddi qəpik) manat məbləğində faiz borcu və 100 (bir yüz) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2895.93 (iki min səkkizyüz doxsan beş manat doxsan üç qəpik) manat tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2436.76 (iki min dörd yüz otuz altı manat yetmiş altı qəpik) manat məbləğində kredit borcu, 359.17 (üç yüz əlli doqquz manat on yeddi qəpik) manat məbləğində faiz borcu və 100 (bir yüz) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2895.93 (iki min səkkiz yüz doxsan beş manat doxsan üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar