Məhkəmə qərarları › İş №2(029)-238/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-238/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-238/2021 11.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 258.61 (iki yüz əlli səkkiz manat altmış bir qəpik) manat əsas, 682.43 (altı yüz səksən iki manat qırx üç qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42.12 (qırx iki manat on iki qəpik) manat borc, ümumilikdə 983.16 (doqquz yüz səksən üç manat on altı qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə baxışının iştirakları olmadan keçirib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə 2538 saylı müqaviləyə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin müddəti xx xxxxxxx 2017-ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx xxxxxxxx 2020-ci il tarixinədək Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 258.61 (iki yüz əlli səkkiz manat altmış bir qəpik) manat əsas, 682.43 (altı yüz səksən iki manat qırx üç qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42.12 (qırx iki manat on iki qəpik) manat borc, ümumilikdə 983.16 (doqquz yüz səksən üç manat on altı qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, ona xx xxxxxxx 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə 2538 saylı müqaviləyə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Bir müddət kredit borcundan ödənişlər etmiş, lakin daha sonra uzun müddət müalicə aldığına görə kredit borcunu ödəyə bilməmişdir. ll Qarabağ müharibəsində oğlu şəhid olmuşdur. Hazırda yaranmış borcu birdəfəyə ödəməyə imkanı yoxdur. Həmçinin ona kredit müqaviləsi üzrə cərimə məbləği yüksək hesablanmışdır. Ona görə də, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan xx xxxxxxx 2014-cü il tarixli, kredit kartının verilməsi və istifadəsi üzrə 2358 saylı müqavilədən görünür ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx xxxxxxx 2020-ci il tarixli **********436 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 2358 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 258.61 (iki yüz əlli səkkiz manat altmış bir qəpik) manat əsas, 682.43 (altı yüz səksən iki manat qırx üç qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42.12 (qırx iki manat on iki qəpik) manat borc, ümumilikdə 983.16 (doqquz yüz səksən üç manat on altı qəpik) manat təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2014-cü il tarixli, 2538 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin 258.61 (iki yüz əlli səkkiz manat altmış bir qəpik) manat əsas, 682.43 (altı yüz səksən iki manat qırx üç qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42.12 (qırx iki manat on iki qəpik) manat borc, ümumilikdə 983.16 (doqquz yüz səksən üç manat on altı qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borclunun əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 258.61 (iki yüz əlli səkkiz manat altmış bir qəpik) manat əsas, 10 (on) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42.12 (qırx iki manat on iki qəpik) manat borc, ümumilikdə 310.73 (üç yüz on manat yetmiş üç qəpik) manat məbləğində borc ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 258.61 (iki yüz əlli səkkiz manat altmış bir qəpik) manat əsas, 10 (on) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42.12 (qırx iki manat on iki qəpik) manat borc, ümumilikdə 310.73 (üç yüz on manat yetmiş üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar