Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-24/2024 09.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər X2 və X4 qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və üçüncü şəxslər X2 və X4 qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qusar rayonu Qullar kəndində yerləşən ona məxsus olan, xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 2.0377 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulması, bu cür hərəkətlərin edilməsini Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon Qullar kəndində ona məxsus 2.0377 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almışdır və həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra o, mülkiyyətçi olduğu həmin torpaq sahələrinin ətrafını metal torla bağlamaq və həmçinin tikinti işlərinə başlamaq istədikdə Qusar rayon Qullar kənd sakini Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və tikinti işlərinin aparmasına mane olmağa başlamışdır. Dəfələrlə qeyd olunan həyətyanı torpaq sahələrinin onun tərəfindən rəsmi qaydada alındığını, ona məxsus olduğunu və bu qanunsuz hərəkətlərindən çəkinməyini tələb etsə də onun xəbərdarlıqlarına məhəl qoymadan tikinti işlərinin icrasını mümkünsüz etmişdir. Cavabdeh tərəfindən ona məxsus sahənin istifadəsinə maneəçilik törədir, onun həmin torpaqdan istifadə etməyini mümkünsüz etmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən mülkiyyətinə məxsus torpaq sahələrindən istifadə etməyinə törədilən maneçilik tam qanunsuzdur və həmin maneçilik onun mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilədir. Bu səbəbdən də hesab edir ki, həmin müdaxiləyə son qoyulmalı, Cavabdeh tərəfindən törədilən maneçiliklər aradan qaldırılmalı və maneçiliklə bağlı hərəkətlərə son qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, izahatında göstərmişdir ki, 2018-ci ildə Qusar rayonunun Qullar kəndi ərazisində vətəndaşlardan pay torpaq sahələri almış və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, iş yerləri açmışdır. Əvvəllər aldığı torpaq sahələrindən vətəndaşlar istifadə etməmiş, torpaq sahələri kol-kos basmışdır. O, həmin torpaq sahələri kol-kosdan təmizləmiş və yararlı hala salmışdır. O, özünə çıxarış çıxardanda müəyyən olunmuşdur ki, onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən cavabdeh istifadə edir. O, dəfələrlə cavabdehə torpaq sahəsindən istifadə etməsinə mane olduğunu bildirmiş, lakin cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Dəfələrlə reyestr xidmətinin əməkdaşları gəlmiş, yerində torpaq sahələrini ölçmüş və ona torpaq sahəsini yerində göstərmişdir. Müdaxilə dedikdə, cavabdeh ona sözü gedən torpaq sahəsinə keçməkdə, əkin-biçin işlərinin aparılmasında maneəçiliklər törədir, ona özünə məxsus torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Ərizə təqdim edərək ekspert rəyi ilə razı olduğunu, ekspert rəyinə uyğun olaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, üç ildir ki, iddiaçı onu incidir, yanına polis əməkdaşları gətirib onu hədələyir. Mütəxəssislər torpaq sahəsini birinci dəfə ölçəndə o, olmamışdır, sonradan gələn mütəxəssislər hərə bir yerdən ölçüb getmiş, axırıncı dəfə Xaçmaz şəhərindən gələn mütəxəssislər heç torpaq sahəsinə girməmiş uzaqdan baxıb getmişlər, özləri istədiyi kimi koordinatları vurublar. Onun torpaq sahəsi yuxarı hissədə 67 metr, aşağı hissədə 72 metr təşkil edir. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir, iddiaçının iddia etdiyi torpaq sahəsi ona məxsusdur, həmin torpaq sahəsinə görə ona Dövlət aktı verib, o, özünə məxsus torpaq sahəsində fındıq bağı salmışdır. İddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X2 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayon Qullar kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 2.0377 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Şirvanlı Bələdiyyə sədri X5, Qusar rayon Reyestr Xidmətinin mühəndisi X6, X8 sahə rəisi polis mayoru X7 və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən reyestr xidmətinin mühəndisi tərəfindən aparılan CPS vasitəsi ilə Qusar rayon Qullar kəndində yerləşən **********73 nömrəli çıxarışla İddiaçı məxsus 2.04 ha əkin yeri üçün nəzərdə tutulmuş torpaq sahəsinin bir hissəsini Qullar kənd sakini Cavabdeh tərəfindən icazəsiz, qanunsuz zəbt olunaraq istifadə edilməsi Qusar rayonu reyestr xidmətinin əməkdaşı X6 tərəfindən CPS vasitəsi ilə ölçülərin müəyyən olunmuş və ölçülmüş yerlər məhz nişanlar ilə ilə yerində nişanalədi. Cavabdeh baxış üçün gəlməsi üçün müraciət və xəbərdarlıq edilsədə o, bu prosesdə iştirak etməkdən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-13066/2023 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 sentyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı məxsus Qusar rayonun Qullar kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri, faktiki koordinatlar əsasında torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 1.5178 ha təşkil edir və həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. İddiaçı məxsus Qusar rayonu Qullar kəndində yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən sərhədlərin müəyyən edilməsi mümkündür. Torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən həmin torpaq sahəsinin 0.5199 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8149 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 sentyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı məxsus Qusar rayonun Qullar kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri, faktiki koordintlar əsasında torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 1.5178 ha edir və həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus Qusar rayonu Qullar kəndində yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən sərhədlərin müəyyən edilməsi mümkündür.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən həmin torpq sahəsinin 0.5199 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8149 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-13066/2023 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8149 saylı ekspert rəyləri ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Qullar kəndində İddiaçı 2.0377 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almışdır və həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.Bundan sonra İddiaçı mülkiyyətçi olduğu həmin torpaq sahələrinin ətrafını metal torla bağlamaq və həmçinin tikinti işlərinə başlamaq istədikdə Qusar rayon Qullar kənd sakini Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və tikinti işlərinin aparımasına mane olmağa başlamışdır. İddiaçı qeyd olunan həyətyanı torpaq sahələrinin iddiaçı tərəfindən rəsmi qaydada alındığını və iddiaçının özünə məxsus olduğunu və bu qanunsuz hərəkətlərindən çəkinməyini tələb etsə də onun xəbərdarlıqlarına məhəl qoymadan tikinti işlərinin icrasını mümkünsüz etmişdir.Bununla da, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə əsassız müdaxilə baş vermiş, sonuncunun qanunla qorunan mülkiyyət hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırmışdır. Ona görə də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, həmin şəxsin yuxarıda göstərilən məlum torpaq sahəsinə dair mülkiyyət hüququ müdafiə olunmalı, cavabdeh tərəfindən edilən əsassız müdaxiləyə isə son qoyulmalıdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən Qusar rayonu Qullar kəndində yerləşən İddiaçı məxsus olan, xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 2.0377 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulmalı, bu cür hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməli, Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 0.5199 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8149 saylı rəyi üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ 34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Qusar rayonu Qullar kəndində yerləşən İddiaçı məxsus olan, xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 2.0377 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulsun, bu cür hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin, Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 0.5199 ha hissəsindən çıxarılsın. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ********** saylı xx.xx.2018-ci il tarixli saylı rəyi üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-24/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-24/2024
09.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver