Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-241/2021 15.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxx 2019-cu il tarixli, QFS-5496_KMP saylı kredit müqaviləsi üzrə 4001.30 (dörd min bir manat otuz qəpik) manat əsas borcun, 12.98 (on iki manat doxsan səkkiz qəpik) manat faiz borcun, dəbbə borcuna görə 0 (sıfır) manat, ümumilikdə isə 4014.28 (dörd min on dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx xxx 2019-cu il tarixli, QFS- 5496_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 4003.40 (dörd min üç manat qırx qəpik) manat məbləğində cavabdehə kredit verilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxx 2019-cu il tarixdə İddiaçı ASC-nin Qusar filialı üzrə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxx 2019-cu il tarixli, QFS-5496_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx xxx 2019-cu il tarixli, QFS- 5496_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. xx xxx 2019-cu il tarixli, QFS-5496_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh Cavabdeh1 kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 23-dən gec olmayaraq hər ay 68.44 (altmış səkkiz manat qırx dörd qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2019-cu il tarixli, QFS-5496_KMP kredit müqaviləsi üzrə borcunun məbləği 4001.30 (dörd min bir manat otuz qəpik) manat əsas borcu, 12.98 (on iki manat doxsan səkkiz qəpik) manat faiz borcu, dəbbə borcuna görə 0 (sıfır) manat, ümumilikdə isə 4014.28 (dörd min on dörd manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxx 2019-cu il tarixli, QFS-5496_KMP saylı kredit müqaviləsinin təsdiq edilmiş sürətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 1 (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 4003.40 (dörd min üç manat qırx qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxx 2019-cu il tarixli, QFS-5496_KMP saylı zaminlik müqaviləsinin təsdiq edilmiş sürətindən görünür ki, Zamin Cavabdeh2, Cavabdeh1 ilə Kreditor arasında bağlanmış, QFS-5496_KMP saylı xx xxx 2019-cu il tarixli İstehlak Kredit Müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş RB-02/PK-7047 saylı xx xxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 xx xxx 2019-cu il tarixli, QFS-5496_KMP saylı müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixinə olan borcu 4001.30 (dörd min bir manat otuz qəpik) manat əsas borcu, 12.98 (on iki manat doxsan səkkiz qəpik) manat faiz borcu, dəbbə borcuna görə 0 (sıfır) manat, ümumilikdə isə 4014.28 (dörd min on dörd manat iyirmi səkkiz qəpik) manat təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin Qusar filialı arasında bağladığı xx xxx 2019-cu il tarixli, QFS-5496_KMP saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 1 (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 4003.40 (dörd min üç manat qırx qəpik) manat məbləğində kredit verilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2019cu il tarixli, QFS-5496_KMP saylı kredit müqaviləsi üzrə 4001.30 (dörd min bir manat otuz qəpik) manat əsas borcu, 12.98 (on iki manat doxsan səkkiz qəpik) manat faiz borcu, dəbbə borcuna görə 0 (sıfır) manat, ümumilikdə isə 4014.28 (dörd min on dörd manat iyirmi səkkiz qəpik) manat borc təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məğbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqarının azaldılmasına yol verilmir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4001.30 (dörd min bir manat otuz qəpik) manat əsas borc, 12.98 (on iki manat doxsan səkkiz qəpik) manat faiz borc, dəbbə borcuna görə 0 (sıfır) manat, ümumilikdə isə 4014.28 (dörd min on dörd manat iyirmi səkkiz qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4001.30 (dörd min bir manat otuz qəpik) manat əsas borc, 12.98 (on iki manat doxsan səkkiz qəpik) manat faiz borc, dəbbə borcuna görə 0 (sıfır) manat, ümumilikdə isə 4014.28 (dörd min on dörd manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-241/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-241/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver