Məhkəmə qərarları › İş №2(029)-243/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-243/2024

05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-243/2024 05.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 2 uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 03 sentyabr 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlarında uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmış və nikahları Qusar rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(029)-1055/2018 saylı Qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 onun himayəsində qalmışdırlar. Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(029)-1055/2018 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağların saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat, cəmi 200( iki yüz) manat sabit pul məbləği miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh ona uşaqların saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat,cəmi 200(iki yüz) aliment ödəyir. Cavabdeh 2 uşağın saxlanılması üçün hər ay ona aliment kimi ödədiyi cəmi 200( iki yüz) manat aylıq aliment uşaqların ehtiyaclarını ödəməyə kifayət etmir. Ona görə Cavabdeh uşaqların saxlanılmaları üçün daha artıq aliment ödəməyə borcludur. Ata evində məişət şəraiti ağır olduğundan o, hal-hazırda 2 (iki) az yaşlı uşağıla birlikdə, Qusar şəhəri E.İbrahimova küçəsi 117 nömrəli evdə kirayədə qalır və hər ay kirayə haqqı olaraq 300 (üç yüz) manat kirayə haqqı ödəyir.Heç bir yerdə işləmədiyindən, sosial məişət şəraiti ağır vəziyyətdədir. Buna görə də uşaqların normal qidalanmasını təmin edə bilmir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 hazırda məktəbli olduğundan onların saxlanma xərcləri bir neçə dəfə artmışdır və bu artan xərcləri tək başına ödəmək iqtidarında deyil. Cavabdeh tərəfindən ödənilən vəsait övladlarının saxlanılması üçün tələb olunan xərclərin yarısını belə ödəmir. Qeyd olunan xərclərinin ödənilməsində yaranmış çətinliklər övladlarının sosiallığının azalmasına, təhsillərinə olan münasibətinin zəifləməsinə səbəb olur. xx.xx.2012-ci il təvəllüdlü X1 xəstəliyindən əziyyət çəkdiyi üçün təhsilinə evdə fərdi şəkilində davam edir və Aytacın saxlanma xərcləri bir neçə dəfə artmışdır və bu artan xərcləri tək başına ödəmək iqtidarında deyil. Cavabdeh məhkəməyə etiaz ərizəsi göndərərək bildirmişdir ki, o, İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasını qəbul etmir və həmin iddiaya qarşı aşağıdakı etirazlarını bildirir. Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(029)-l055/2018 saylı qətnaməsinə əsasən ondan İddiaçı xeyrinə iki azyaşlı uşağın saxlanması üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə üzrə qət edilmiş 200 manat alimenti o güclə ödəyir və həmin alimenti ödəməkdə çox çətinlik çəkir. Belə ki, o, 345 manat aylıq əmək haqqı almaqla fəhlə işləyir. Başqa qazanc yeri yoxdur. Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(029)-105 5/2018 saylı qətnaməsinə əsasən ondan İddiaçı xeyrinə aliment müəyyən edildikdən sonra onun maddi vəziyyətində heç bir artım olmamışdır. Belə bir vəziyyətdə İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması əsassızdır. Ona görə də İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasını əsassız olduğundan rədd edilməsəsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, onun uşağı xəstədir, saxlaya bilmir. Uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə 100 manat aliment tutulmuşdur. Həmin vaxt o, işləyirdi, 300 manat maaş alırdı. Sonradan uşaq xəstə olduğuna görə işləyə bilməmiş, 1 ildir ki, işdən çıxmış, lakin, onun adı "xxxx" MMC-də gedir. Bir yerdə yaşadıqları müddətdə cavabdeh işləmiş, evə 800-900 manat pul gətirmişdir. Onda olan məlumata görə cavabdeh hazırda işləyir və 1000-a yaxın maaş alır. Lakin bu barədə hər hansı bir sənəd yoxdur. Uşaqlara görə hər ay 700-800 manat xərc çıxır. Uşaqları müəllim yanına göndərir. Uşaqlardan biri xəstədir, vaxtı-vaxtında həkimə aparır, cavabdeh isə heç vaxt gəlib uşaqlardan xəbər tutmamışdır. Hazırda o, uşaqlar ilə bir yerdə kirayədə qalır. Hazırda uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 200 manat aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-1055/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında 03 sentyabr 2011-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 148 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 28 fevral 2012-ci il təvəllüldü X6 və 11 oktyabr 2014-cü il təvəllüdlü X4 adlı uşaqlar iddiaçı X2 yanında saxlanılması, 28 avqust 2018-ci il tarixdən başlayaraq 28 fevral 2012-ci il təvəllüldü X6 və 11 oktyabr 2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 (bir yüz) manat,cəmi 200 (iki yüz) manat sabit pül məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh 345 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(029)-1055/2018 saylı qətnaməsi ilə X5 ilə Cavabdeh arasında 03 sentyabr 2011-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 148 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 28 fevral 2012-ci il təvəllüldü X6 və 11 oktyabr 2014-cü il təvəllüdlü X4 adlı uşaqlar X2 yanında saxlanılması, 28 avqust 2018-ci il tarixdən başlayaraq 28 fevral 2012-ci il təvəllüldü X6 və 11 oktyabr 2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşağa görə 235 (iki otuz beş) manat deyil, hər ay hər uşağa 160 (yüz altmış) manat olmaql ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, aliment tutulduğu vaxtdan sonra cavabdeh Arif ağırovun maddi vəziyyətində alimentin miqdarının hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Bundan başqa, alimentin miqdarının cavabdehin məhkəməyə göndərdiyi etiraz ərizəsində eyd etdiyi kimi dəyişdirilmədən saxlanması Aytac və İbrahim adlı uşaqların mənafeyi baxımından qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində tələb etdiyi kimi, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən deyil, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1440 manat (12 X 120=1440) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1440 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 440 (1440-1000=440) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 4.40 manat, cəmi isə 34.40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(029)-1055/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 28 fevral 2012-ci il təvəllüldü X6 və 11 oktyabr 2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 34.40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar