Məhkəmə qərarları › İş №2(029)-246/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-246/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-246/2021 15.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi barədə mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMCCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC xx xxxx 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasına iddiaçı tərəfin iştirakı olmadan baxaraq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tədbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə adminstrator vəzifəsinə işə qəbul olunmuşdur. xx xxxx 2019-cu il tarixdə cavabdeh öz ərizəsi əsasında 269-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə Oba-Qusar 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx xxxx 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən cavabdehin 8010 (səkkiz min on) manat məbləğində zərər vurması müəyyən olunmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 147 (bir yüz qırx yeddi) manat güzəşt edilmiş və qalıq borc 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd edilənlərə nəzərə alın iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-nin Oba-Qusar 4 mağazasında adminstrator vəzifəsinə işə qəbul olunmuşdur. Həmin mağazada çalışdığı müddətdə gündəlik olaraq 14-15 saat işləmiş, onunla bərabər mağazada iki nəfər də satıcı çalışmışdır. O, adminstrator olduğu üçün müntəzəm olaraq Cəmiyyətin Quba,Qusar, Xaçmaz və Xudat şəhərlərindəki yeni mağazalarının açılışda iştirak etmişdir. İşdə olmadığı vaxtlarda, həmçinin 15 günlük məzuniyyətində olduğu müddətdə mağazaya gələn məhsulları orada işləmiş satıcılar təhvil almışlar. Qalan vaxtlarda isə özü yeni gələn məhsulları təhvil alaraq satıcılara vermişdir. xx xxxxxx 2018-ci il tarixdə inventarizasiya zamanı onun tərəfindən iddiaçıya 6981 (altı min doqquz yüz səksən bir) manat zərər vurulması müəyyən edilərək aktlaşdırılmışdır. xx xxxxxx 2019-cu i tarixdə sözügedən mağazada yanğın olmuş, yanğın olana kimi onun tərəfindən vurulmuş ziyan 6981 (altı min doqquz yüz səksən bir) manat olmuşdur. Lakin mağaza yanan zaman ziyan dəymiş malların da dəyəri onun adına hesablandığı üçün iddiaçı tərəfindən daha yüksək məbləğ tələb olunur. xx xxxx 2019-cu il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. O, hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir, lakin imkanı olan kimi İddiaçı MMC-nin tələb etdiyi 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat zərəri iddiaçıya ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Cavabdehizahatını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan “X1” MMC tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 075-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx xxxxxx 2018-ci il tarixdən başlayaraq 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə adminstrator vəzifəsinə işə qəbul edilmiş və əmək haqqının ştat cədvəlinə əsasən 175 manat olmaqla ödənilməsi qərara alınmışdır. İşdə olan “X1” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 269-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinin Adminstratorunun əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş və son haqq-hesab : istifadə edilməmiş 19.74 (on doqquz manat yetmiş dörd) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi qərara alınmışdır. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli Maliyə Arayışından görünür ki, xx xxxxxx 2018-ci il və xx xxxx 2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 8018 (səkkiz min on səkkiz) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh hesabında 8018 (səkkiz min on səkkiz) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 147 (bir yüz qırx yeddi) manat güzəşt edilmişdir. Faktiki 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat borcu qalmışdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki,İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci tarixli əmək müqaviləsinə əsasən Cavabdeh xx xxx 2017-ci il tarixdə 3(üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə adminstrator vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh xx xxxx 2019-cu il tarixli 269-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx xxxxxx 2018-ci il tarixdə Oba-Qusar 4 mağazasında çalışdığı zaman aparılmış invevtarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx xxxx 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləğinin 8010 (səkkiz min on) manat olması məlum olmuşdur. Cavabdeh 8010 (səkkiz min on) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə şirkət tərəfindən 147 (bir yüz qırx yeddi) manat güzəşt edilmişdir. Faktiki qalıq borcu 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-cihissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manatvə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğ Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğ Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar