Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-256/2022 29.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2582 (iki min beş yüz səksən iki) manat məbləğində borcun və 46 (qırx altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Qusar rayonu İmamqulukənd kəndində Cavabdeh övladının ad günü münasibəti ilə bacanağı X4 və digər qohumu X1 evə qonaq çağırmış və onlar ad günü qeyd edərkən araqda içmişlər. Bundan sonra saat 22 radələrində o, qardaşını Artur Qurbanovu evə aparmaq üçün özünə məxsus VAZ 21015 markalı, 38BJ230 dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və avtomobili Cavabdeh evin pəncərəsinin altında saxlamışdır.Bu zaman Cavabdeh onu dəvət etmiş və digər qonaqları ilə birlikdə çay içmişlər. Bu zaman sərxoş halda olan Cavabdeh stolun üstündən salfetkanı götürüb onun üstünə spirt töküb, bunu necə yanacağına baxmaq üçün yandırıb pəncərədən aşağı atmışdır. Həmin atılmış salfaetka pəncərənin altında saxlamış ona məxsus olan avtomobilin açıq pəncərəsindən salona düşmüş və qəflətən yanğın başlamışdır. Bundan dərhal sonra evdə olan qonaqlar yanğının qarşısını almaq üçün vedrələrlə su gətirib yanğını söndürmüş, lakin avtomobilin salonu tam yanmışdır. Avtomaşın tam yararsız hala düşmüşdür. Hadisədən sonra Cavabdeh dəymiş ziyanın tam şəkildə ödənilməsinə söz versədə, ziyanı ödəyə bilməmişdir. Bu səbəbdən o, məcbur olub Qusar rayon Polis şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı həqiqətən də müəyyən olunmuşdur ki, yanğın Cavabdeh ehtiyyatsızlığından, təsaddüf nəticəsində baş verdiyini təsdiq olunmuşdur. Bu barədə Qusar RPŞ-nin TB tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasına rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Qusar rayon Polis şöbəsi tərəfindən avtomobilin yanğından sonra salonun yanması nəticəsində dəymiş ziyanın müəyyən edilməsi barədə Qusar “VAZ” Kooperativlər birliyinə müraciət olunmuşdur. Bu barədə AKT tərtib olunmuş və ziyanın məbləği 2582(iki min beş yüz səksən iki) manat təşkil etmişdir. Amma cavabdeh dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Cavabdeh dəymiş ziyanın ödənilməsindən qəsdən boyun qaçırır. O, hesab edir ki,dəymiş ziyanın məbləği məhkəmə qaydasında alınmalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ekpertiza rəyinə uyğun olaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, şəxsi işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə saat 12:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir, ekspert rəyi ilə razıdır, ekspert rəyinə uyğun olaraq ondan iddiaçının xeyrinə dəymiş ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir. Onun maddi vəziyyəti normal deyil, həmin maddi ziyanı bir dəfəyə ödəyə bilmir, gələcəkdə hissə-hissə ödəyəcəkdir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə saat 12:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı Qusar RPŞ-nə ünvanladığı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) aktından görünür ki, buraxılış ili 2008-ci il olan VAZ21015 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyan 2582 (iki min beş yüz səksən iki) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyun 2022-ci il tarixli 9/2920 saylı rəyindən görünür ki, Qusar “VAZ” kooperativinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “VAZ 21015” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2482.0 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 9/2920 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyun 2022-ci il tarixli 9/2920 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Qusar rayonu İmamqulukənd kəndində Cavabdeh övladın ad günü münasibəti ilə bacanağı X4 və digər qohumu X1 evə qonaq çağırmışdır. İddiaçı cavabdehin evinə qardaşı Artur Qurbanovu evə aparmaq üçün özünə məxsus VAZ 21015 markalı, 38BJ230 dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və avtomobili Cavabdeh evin pəncərəsinin altında saxlamışdır. Bu zaman Cavabdeh İddiaçı evə dəvət etmiş və digər qonaqları ilə birlikdə çay içmişlər. Bu zaman sərxoş halda olan Cavabdeh stolun üstündən salfetkanı götürüb onun üstünə spirt töküb, bunu necə yanacağına baxmaq üçün yandırıb pəncərədən aşağı atmışdır. Həmin atılmış salfaetka pəncərənin altında saxlamış İddiaçı məxsus olan avtomobilin açıq pəncərəsindən salona düşmüş və qəflətən yanğın başlamışdır. Bundan dərhal sonra evdə olan qonaqlar yanğının qarşısını almaq üçün vedrələrlə su gətirib yanğını söndürmüş, lakin avtomobilin salonu tam yanmışdır. Avtomaşın tam yararsız hala düşmüşdür. Hadisədən sonra Cavabdeh dəymiş ziyanın tam şəkildə ödənilməsinə söz versədə, maddi ziyanı ödəməmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi cavabdeh iddiaçıya dəymiş maddi ziyanı öz öhdəsinə götürmüşdür. Beləliklə, 2482 (iki min dörd yüz səksən iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməlidir. İş üzrə 100 (əlli) manat məbləğində məhkəmə xərcləri iddia qismən təmin olunduğundan, Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2482 (iki min dörd yüz səksən iki) manat məbləğində borcun və 46 (qırx altı) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. İş üzrə 100 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-256/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-256/2022
29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver