Məhkəmə qərarları › İş №2(029)-262/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-262/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-262/2021 15.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 297.70 (iki yüz doxsan yeddi dollar yetmiş sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 145.04 (bir yüz qırx beş dollar sıfır dörd sent) ABŞ dolları faiz, 433.86 (dörd yüz otuz üç dollar səksən altı sent) ABŞ dolları cərimə, xx xxxx 2020-ci il tarixə 45.96 ( qırx beş dollar doxsan altı sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 921.56 (doqquz yüz iyirmi bir dollar əlli altı sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə baxışının iştirakları olmadan keçirib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, xx xxxxxxx 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 19 ay müddətinə illik 10 faizlə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin bitmə tarixi xx xxx 2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx xxxx 2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 297.70 (iki yüz doxsan yeddi dollar yetmiş sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 145.04 (bir yüz qırx beş dollar sıfır dörd sent) ABŞ dolları faiz, 433.86 (dörd yüz otuz üç dollar səksən altı sent) ABŞ dolları cərimə, xx xxxx 2020-ci il tarixə 45.96 ( qırx beş dollar doxsan altı sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 921.56 (doqquz yüz iyirmi bir dollar əlli altı sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxxx 2015-ci ildə İddiaçı ASC ilə bağladığı ********* ssuda hesablı kredit müqaviləsinə əsasən, 19 ay müddətinə illik 10 faizlə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Bir müddət banka olan borcdan ödədikdən sonra maddi vəziyyəti pisləşmiş, ona görə də banka qalan borcunu ödəyə bilməmişdir. İmkanı olan kimi banka olan borcunu ödəyəcək. İddiaçı tərəfindən ona hesablanmış cərimənin azaldılmasını məhkəmədən xahiş edir. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx xxxx 2020-ci il tarixli **********862 nömrəli maliyyə arayışından görünür k, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxx 2020-ci il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 297.70 (iki yüz doxsan yeddi dollar yetmiş sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 145.04 (bir yüz qırx beş dollar sıfır dörd sent) ABŞ dolları faiz, 433.86 (dörd yüz otuz üç dollar səksən altı sent) ABŞ dolları cərimə, xx xxxx 2020-ci il tarixə 45.96 ( qırx beş dollar doxsan altı sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 921.56 (doqquz yüz iyirmi bir dollar əlli altı sent) ABŞ dolları məbləğində borc təşkil edir İşdə olan xx xxxxxxx 2015-ci il tarixli **********63 USD saylı kassa məxaric orderindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh Əlican oğluna 1500 (bir min beş yüz) ABŞ dolları verilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən 19 ay müddətinə illik 10 faiz ilə 1500 (bir min beş yüz dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin xx xxxx 2020-ci il tarixdə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 297.70 (iki yüz doxsan yeddi dollar yetmiş sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 145.04 (bir yüz qırx beş dollar sıfır dörd sent) ABŞ dolları faiz, 433.86 (dörd yüz otuz üç dollar səksən altı sent) ABŞ dolları cərimə, xx xxxx 2020-ci il tarixə 45.96 ( qırx beş dollar doxsan altı sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 921.56 (doqquz yüz iyirmi bir dollar əlli altı sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqarının azaldılmasına yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh tutulmalı olan cərimənin miqdarını tənasübsüz surətdə yüksək göstərmişdir. Məhkəmə cavabdehə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borclunun əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh 297.70 (iki yüz doxsan yeddi dollar yetmiş sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 145.04 (bir yüz qırx beş dollar sıfır dörd sent) ABŞ dolları faiz, 30 (otuz) ABŞ dolları cərimə, xx xxxx 2020-ci il tarixə 45.96 ( qırx beş dollar doxsan altı sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 518.7 (beş yüz on səkkiz dollar yetmiş sent) ABŞ dolları məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 297.70 (iki yüz doxsan yeddi dollar yetmiş sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 145.04 (bir yüz qırx beş dollar sıfır dörd sent) ABŞ dolları faiz, 30 (otuz) ABŞ dolları cərimə, xx xxxx 2020-ci il tarixə 45.96 ( qırx beş dollar doxsan altı sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 518.7 (beş yüz on səkkiz dollar yetmiş sent) ABŞ dolları borc (qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar