Məhkəmə qərarları › İş №2(029)-263/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-263/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-263/2021 15.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 306.14 (üç yüz altı manat on dörd qəpik) manat əsas, 529.49 (beş yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat cərimə, 42.36 (qırx iki manat otuz altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 878.99 (səkkiz yüz yetmiş səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasınının iştirakları olmadan keçirib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli 709906 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən 36 ay müddətinə 306.14 (üç yüz altı manat on dörd qəpik) manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin bitmə tarixi xx xxxxxxx 2017-ci il tarixdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx xxxxxxxx 2020-ci il tarixinədək Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 306.14 (üç yüz altı manat on dörd qəpik) manat əsas, 529.49 (beş yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat cərimə, 42.36 (qırx iki manat otuz altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 878.99 (səkkiz yüz yetmiş səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh istifadə etdiyi “***-***-**-**” nömrəli mobil telefon ilə əlaqə saxlanılmış, cavabdeh məhkəmə iclasına gəlməkdən imtina etmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə borcunun olmadığını, ümumiyətlə indiyə kimi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən kredit götürmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx xxxxxxx 2020-ci il tarixli **********956 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 709906 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 306.14 (üç yüz altı manat on dörd qəpik) manat əsas, 529.49 (beş yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat cərimə, 42.36 (qırx iki manat otuz altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 878.99 (səkkiz yüz yetmiş səkkiz manat doxsan doqquz qəpik) manat təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət edərkən, xx xxxxxxx 2014-cü il tarixli 709906 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləni və Cavabdeh 306.14 (üç yüz on altı manat on dörd qəpik) manat məbləğində borcun verilməsinə dair məxaric orderini iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə tərəfindən mülki işin tam, obyektiv, qərəzsiz araşdırılması üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən həmin müqavilə və məxaric orderinin təqdim edilməsi tələb olunsa da, iddiaçı tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar