Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-268/2024 12.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştiraklar ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyun 2009-cu il təvəllüdlü X5 və 24 aprel 2010-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 235( iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alimentin miqdarının artırılması tələbinə dair, o, 13 sentyabr 2004-cü il tarixdə Cavabdeh ilə nikahı rəsmi qeyd etdirərək ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 07 iyun 2005-ci il təvəllüdlü X7, 29 iyun 2009-cu il təvəllüdlü X8 və 24 aprel 2010-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. 14 sentyabr 2018-ci il tarixli 2(067)-2399/2018 saylı, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, 07 iyun 2005-ci il təvəllüdlü X7, 29 iyun 2009-cu il təvəllüdlü X8 və 24 aprel 2010-cu il təvəllüdlü X9 adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 45 manat olmaqla 135 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmışdır. Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin qətnaməsindən Apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-895/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə, 14 sentyabr 2018-ci il tarixli 2(067)-2399/2018 saylı, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi aliment hissədə dəyişdirilmiş, 07 iyun 2005-ci il təvəllüdlü X7, 29 iyun 2009cu il təvəllüdlü X8 və 24 aprel 2010-cu il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 895/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsindən Kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2833/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-895/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 07 iyun 2005-ci il təvəllüdlü X7 adlı uşaq artıq 18 yaşına çatdığından ona dair hissədə alimentin tutulması dayandırılmışdır. 29 iyun 2009-cu il təvəllüdlü X8 və 24 aprel 2010-cu il təvəllüdlü X9 adlı uşaqların normal saxlanması üçün 100 manat aliment kifayət etmir, uşaqlar böyüdükcə xərcləri artır, ona görə də cavabdehdən tutulan alimentin miqdarının artırılmasını zəruri sayır. 2018-ci ildən hal hazıra kimi uşaqın saxlanması məyarı hər il artırılır. Hazırki vəziyyətdə Respublikada müəyyən olunmuş bir uşaqın saxlanması məyarı 235 (iki yüz otuz beş ) manat olduğu nəzərə alınmaqla Cavabdeh tutulan alimentin hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, hazırda o, heç bir yerdə işləmir, uşaqları saxlamaqda çətinlik çəkir, uşaqların məktəbdə buraxılış ilidir, xərcləri artıb. Cavabdeh ilə birgə nikahlarından üç uşaqları anadan olub, bir uşağın 2023-cü ilin iyun ayında 18 yaşı tamam olub, o biri uşaqların 14-15 yaşları var. Cavabdehdən uşaqların saxlanması üçün hər uşağa hər ay 100 manat aliment tutulub. O, uşaqlara paltarlar alır və əlavə kurslara göndərir. Bir ayda bir uşağa 200-250 manat xərc çıxır. Uşaqların saxlanması üçün ona valideynləri də kömək edir. O, hər uşağa 235 manat aliment istəyir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, DSX-də işləyir, 460 manat əmək haqqı alır. Onun evində xəstə anası var, arvadı işləmir, anası iflic olub yataq xəstəsidir. Anası pensiya alır. Ailəni saxlamaqda ona qardaşı kömək edir. O, uşaqların saxlanması üçün iddiaçıya əlavə 40 manat verə bilər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-895/2019 saylı, 14 yanvar 2019-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2399/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilməsi, 07 iyun 2005-ci il təvəllüdlü X2, 29 iyun 2009-cu il təvəllüdlü X5 və 24 aprel 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh Güləmməd oğlundan hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq X3 verilməsi qət edilmişdir. İşdə olan 2(102)-2833/2019 saylı xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının qərarından görünür ki, iddiaçı Cavabdeh Güləmməd oğlu və vəkili Novruzəliyev Rəşid Şərəf oğlunun kassasiya şikayəti təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)- 895/2019 nömrəli iş üzrə 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan AZ-T 064106 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 iyun 2009-cu il tarixdə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İşdə olan AZ-T 064105 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 aprel 2010-cu il tarixdə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-895/2019 saylı, 14 yanvar 2019-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2399/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilməsi, 07 iyun 2005-ci il təvəllüdlü X2, 29 iyun 2009-cu il təvəllüdlü X5 və 24 aprel 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh Güləmməd oğlundan hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq X3 verilməsi qət edilmişdir. 2(102)-2833/2019 saylı xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının qərarından görünür ki, iddiaçı Cavabdeh Güləmməd oğlu və vəkili Novruzəliyev Rəşid Şərəf oğlunun kassasiya şikayəti təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-895/2019 nömrəli iş üzrə 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. 07 iyun 2005-ci il təvəllüdlü X7 adlı uşaq artıq 18 yaşına çatmışdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşaq üçün 235 (iki yüz otuz büş) manat deyil, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə, cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərdiyi hallarla razılaşmır. Həmçinin cavabdehin məhkəmədə izahatında göstərdiyi 40 manat aliment məbləğinin artırılmasını da məqsədəmüvafiq hesab etmir. Belə ki, cavabdeh iddiaçıya hər ay 300 manat məbləğində aliment ödəmişdir. Uşaqlardan biri yetkinlik yaşına çatdıqdan sonra aliment miqdarı 200 manat olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh əvvəllər hər ay iddiaçıya 300 manat ödəmişdirsə, hal-hazırda da həmin məbləği ödəyə bilər. Bundan başqa uşaqlar böyümüş, maddi tələbatları artmış, ona görə də məhkəmə hesab edir ki, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiqdir. Əgər cavabdeh əvvəllər 300 manat iddiaçıya hər ay aliment ödəmişdirsə, məhkəmə hesab edir ki, cavabdeh hal-hazırdada da 320 manat aliment ödəyə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1440 manat (12 X 120=1440) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1440 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 440 (1440-1000=440) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 4.40 manat, cəmi isə 34.40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-895/2019 saylı, 14 yanvar 2019-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh İddiaçı oğlundan iddiaçı Cavabdeh qızının xeyrinə 29 iyun 2009-cu il təvəllüdlü X8 və 24 aprel 2010-cu il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manatsabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 34.40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-268/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-268/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver