Məhkəmə qərarları › İş №2(029)-28/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-28/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-28/2023 30.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 17 aprel 2019-cu il tarixli, QFS- 7071 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 877.3 (səkkiz yüz yetmiş yeddi manat otuz qəpik) manat, faiz borcuna görə 80.64 (səksən manat altmış dörd qəpik) manat, dəbbə borcuna görə 4.36 (dörd manat otuz altı qəpik) manat, cəmi 962.3 (doqquz yüz altmış iki manat otuz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsini əsas tutaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarımasını və işin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı ASC mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-yə qərardad qanuni qüvvəyə mindikdən sonrageri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-yə qərardad qanuni qüvvəyə mindikdən sonrageri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar