Məhkəmə qərarları › İş №2(029)-312/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-312/2024

08.02.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-312/2024 08.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Kreditor Borclu Kamilovaya qarşı “aliment tələbinə” dair məhkəmə əmrinə dair ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Kreditor Borclu Kamilovaya qarşı “aliment tələbinə” dair məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu birgə nikahdan olan uşaqları 12 noyabr 2011-ci il təvəllüdlü X5, 03 iyul 2013-cü il təvəllüdlü X6, 23 fevral 2015ci il təvəllüdlü X2, 03 fevral 2017-ci il təvəllüdlü əkiz uşaqlar X3 və X1 üçün hər ay hər uşağa görə 30(otuz) manat olmaqla 5 uşağa görə hər ay cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ona verilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəçi Kreditor xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, hazırda ərizəyə baxılmasını istəmir, ərizənin icraata qəbul edilmədən geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1, 152.1.9-cu maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda geri qaytarır. Məhkəmə, ərizəçi Kreditor ərizəyə baxılmaq istəməməsi, ərizənin icraata qəbul edilmədən geri qaytarılmasını dair ərizəsini nəzərə alır hesab edir ki, ərizəçi Kreditor Borclu Kamilovaya qarşı “aliment tələbinə” dair məhkəmə əmrinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159, 263-264, 278-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Kreditor Borclu Kamilovaya qarşı “aliment tələbinə” dair ərizəsi geri qaytarılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Kreditor geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar