Məhkəmə qərarları › İş №2(029)-316/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-316/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-316/2022 04.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı QSC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddianın qiyməti 11658 manatdır. 10000 manatdan yuxarı olan iddianın qiyməti isə 1658 manat təşkil edir. Belə olan halda, iddiaçı tərəfindən 120 (yüz iyirmi) manat və 10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi-yəni təxminən 5 manat, cəmi isə 125 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bununla da, iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPMnin 152.1.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı QSC-yə geri qaytarılsın. İddiaçı QSC-yə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar