Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-327/2021 15.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə 11R000005029 saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 2562.44 ABŞ dolları məbləğində kredit borcu, 2835.56 ABŞ dolları məbləğində faiz borcu və 1627.51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla; 011R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 955.58 ABŞ dolları məbləğində kredit borcu, 1046.26 ABŞ dolları məbləğində faiz borcu və 606.93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 9634.28 (doqquz min altı yüz otuz dörd dollar iyirmi səkkiz sent) ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 11L000000935 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə verilərək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 11R000005029 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 fazi olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 11R000005029SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. X5 götürdüyü kredit borcundan 22437.56 ABŞ dolları ödəmiş, onun 2562.44 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 967 gün üçün hesablanmış faiz borcu 2835.56 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 967 gün üçün hesablanmış cərimə borcu 1627.51 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 011R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 həmin kredit müqaviləsi üzrə ödəmələri də dəfələrlə yubatmış, kredit və faiz borclarından ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4044.42 ABŞ dolları ödəmiş, onun 955.58 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Həmçinin Cavabdeh1 kredit və faiz borclarından ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 999 gün üçün hesablanmış faiz borcu 1046.26 ABŞ dolları, cərimə borcu isə 606.93 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 11L000000935 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 11R000005029 saylı kredit razılaşmasının surətindən görünür ki, Cavabdeh1 bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 11R000005029SA saylı sazişin surətindən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşmasının surətindən görünür ki, Cavabdeh1 bankdan 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 011R**********S saylı sazişin surətindən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İşdə olan iddiaçı «xxxx» QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 11S000001545 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrasının təmini kimi zamin durmuşdur. İşdə olan iddiaçı «xxxx» QSC ilə Cavabdeh4 arasında bağlanmış xx xxx 2014-cü il tarixli 11S000004273 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrasının təmini kimi zamin durmuşdur. İşdə olan iddiaçı «xxxx» QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 011S**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrasının təmini kimi zamin durmuşdur. İşdə olan İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2681 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 11R000005029 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə banka 2562.44 ABŞ dolları əsas borcunun, 2835.56 ABŞ dolları faiz borcunun, 1627.51 ABŞ dolları cərimə borcunun, ümumilikdə 7025.51 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2684 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 011R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə banka 955.58 ABŞ dolları əsas borcunun, 1046.26 ABŞ dolları faiz borcunun, 606.93 ABŞ dolları cərimə borcunun, ümumilikdə 2608.77 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə İddiaçı QSC-nın cavabdehlərin hər iki kredit razılaşması üzrə əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borclarının məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərlərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmalarına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə hər iki kredit razılaşması üzrə həmin məbləğlərin azaldılaraq hər biri üçün 50 (əlli), cəmi isə 100 (yüz) ABŞ doları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11R000005029 saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 2562.44 (iki min beş yüz altmış iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində əsas borc, 2835.56 (iki min səkkiz yüz otuz beş dollar əlli altı sent) ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 5448 (beş min dörd yüz qırx səkkiz) ABŞ dolları məbləğində kredit borcu; 011R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 955.58 (doqquz yüz əlli beş dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1046.26 (min qırx altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 2051.84 (iki min əlli bir dollar səksən dörd sent) ABŞ dolları məbləğində kredit borcu, cəmi isə 7499,84 (yeddi min dörd yüz doxsan doqquz dollar səksən dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11R000005029 saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 2562.44 (iki min beş yüz altmış iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində əsas borc, 2835.56 (iki min səkkiz yüz otuz beş dollar əlli altı sent) ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 5448 (beş min dörd yüz qırx səkkiz) ABŞ dolları məbləğində kredit borcu; 011R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 955.58 (doqquz yüz əlli beş dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1046.26 (min qırx altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 2051.84 (iki min əlli bir dollar səksən dörd sent) ABŞ dolları məbləğində kredit borcu, cəmi isə 7499,84 (yeddi min dörd yüz doxsan doqquz dollar səksən dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-327/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-327/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver