Məhkəmə qərarları › İş №2(029)-34/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-34/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-34/2020 16.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1532.58 (bir min beş yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində kredit üzrə əsas məbləğ borcunun, 216.36 (iki yüz on altı manat otuz altı qəpik) manat məbləğində hesablanmış faiz borcunun, 89.32 (səksən doqquz manat otuz iki qəpik) manat məbləğində hər gecikdirilmiş günə görə cərimə borcunun, 2.50 (iki manat əlli qəpik) manat məbləğində müqavilə üzrə öhdəlikləri pozduğuna dair cavabdehə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1870.76 (bir min səkkiz yüz yetmiş manat yetmiş altı qəpik) manat məbləğində borcun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» QSC məhkəməyə ərizə göndərərək, xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirib, işə mahiyyəti üzrə baxıb tələbin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb iddiaçı «X1 Azərbaycan» QSC-nin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «X1 Azərbaycan» QSC-nin iddia ərizəsindən görünür ki, xx xxxxxx 2015-ci ildə «X1 Azərbaycan» QSC və Cavabdeh Firuddin oğlu arasında 195320 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən Cavabdeh Firuddin oğluna istehlak yönümlü 2700 manat məbləğində pul ayrılmışdır və cavabdeh 36 ay müddətində kreditin əsas məbləği və ona illik 24 faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh Firuddin oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış fazilərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin «X1 Azərbaycan» QSC-yə olan borcu kredit üzrə əsas məbləğ borcu 1532.58 manat, əsas məbləğə hesablanmış faiz borcu 216.36 manat, hər gecikdirilmiş günə görə cərimə borcu 89.32 manat, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 2.50 manat olmaqla, cəmi 1840.76 manat təşkil edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxx 2018-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi əsas, faiz və cərimə borcu düzgün hesablanmamışdır. Ona görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli, 195320 nömrəli Kredit Müqaviləsindən görünür ki, «X1 Azərbaycan» QSC Cavabdeh 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit vermişdir. İşdə olan «X1 Azərbaycan» QSC tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 195320 nömrəli Kredit Müqaviləsi «X1 Azərbaycan» QSC-yə əsas məbləğ üzrə borc 1532.58 (bir min beş yüz otuz iki manat əlli səkkiz qəpik) manat, faiz borcu 216.36 (iki yüz on altı manat otuz altı qəpik) manat, cərimə borcu 89.32 (səksən doqquz manat otuz iki qəpik) manat olmaqla, cəmi 1838.26 (bir min səkkiz yüz otuz səkkiz manat iyirmi altı qəpik) manat borcu vardır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli, 231 nömrəli və xx xxxxx 2018-ci il tarixli, 623 nömrəli Ödəniş tapşırığından görünür ki, «X1 Azərbaycan» QSC«X1 Azərbaycan» QSC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan 101083 nömrəli xx xxxxxxxx 2017-ci il tarixli poçt bildirişi qəbzindən görünür ki, «X1 Azərbaycan» QSC Cavabdeh poçt bildirişin göndərilməsi ilə əlaqədar 2.50 (iki manat əlli qəpik) manat ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 9/2593 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2015-ci il tarixli, 195320 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxxx 2018-ci il tarixinə (sual üzrə tarixə) «X1 Azərbaycan» QSC-yə olan borcu əsas borc üzrə 1631.72 (bir min altı yüz otuz bir manat yetmiş iki qəpik) manat, faiz borcu üzrə 209.82 (iki yüz doqquz manat səksən iki qəpik) manat olmaqla, cəmi 1841.54 (bir min səkkiz yüz qırx bir manat əlli dörd qəpik) manat təşkil edir. Beləliklə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 195320 nömrəli Kredit Müqaviləsinə əsasən bak tərəfindən cavabdehə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca və vaxtı icra etməmiş, nəticədə onun banka xx xxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən əsas məbləğ üzrə borc 1532.58 (bir min beş yüz otuz iki manat əlli səkkiz qəpik) manat, faiz borcu 216.36 (iki yüz on altı manat otuz altı qəpik) manat, hər gecikdirilmiş günə görə cərimə borcu 89.32 (səksən doqquz manat otuz iki qəpik) manat, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 2.50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 1840.76 (bir min səkkiz yüz qırx manat yetmiş altı qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 195320 nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə 1532.58 (bir min beş yüz otuz iki manat əlli səkkiz qəpik) manat kredit üzrə əsas məbləğ borcu, 216.36 (iki yüz on altı manat otuz altı qəpik) manat hesablanmış faiz borcu, 89.32 (səksən doqquz manat otuz iki qəpik) manat hər gecikdirilmiş günə görə cərimə borcu və 2.50 (iki manat əlli qəpik) manat məbləğində müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin göndərilməsi üzrə poçt xərcləri tutulmalıdır. İş üzrə 145 (bir yüz qırx beş) manat təşkil edən ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. İddiaçı «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli, 195320 nömrəli Kredit Müqaviləsi üzrə 1532.58 (bir min beş yüz otuz iki manat əlli səkkiz qəpik) manat kredit üzrə əsas məbləğ borcu, 216.36 (iki yüz on altı manat otuz altı qəpik) manat hesablanmış faiz borcu, 89.32 (səksən doqquz manat otuz iki qəpik) manat hər gecikdirilmiş günə görə cərimə borcu, 2.50 (iki manat əlli qəpik) manat məbləğində müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin göndərilməsi üzrə poçt xərcləri və 30 (otuz) manay ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1870.76 (bir min səkkiz yüz yetmiş manat yetmiş altı qəpik) manat Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. İş üzrə 145 (bir yüz qırx beş) manat təşkil edən ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar