Məhkəmə qərarları › İş №2(029)-341/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-341/2023

20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-341/2023 20.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan uşaqları, 14 avqust 2007ci il təvəllüdlü X11 adlı uşağının saxlanılması üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahdan olan uşaqları 14 avqust 2007-ci il təvəllüdlü X11 adlı uşağının saxlanılması üçün hər ay 220(iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki,o, nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ailə həyatı qurmuşdur. Nikahlarını 16 sentyabr 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 27 may 2003-cü il təvəllüdlü X13 və 14 avqust 2007-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Aralarında olan nikah Qusar Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(029)-93/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ayrıldığı vaxtdan 27 may 2003-cü il təvəllüdlü X13 və 14 avqust 2007-ci il təvəllüdlü X11 adlı uşaqlar onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 2(029)-200/2021 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşaqlarının saxlanılmaları üçün onun xeyrinə hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutulması qət edilmişdir. 27 may 2003-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatdığına görə ona hər ay verilən 100 (yüz) manat miqdarında aliment dayandırılmışdır. Hal-hazırda Cavabdeh 14 avqust 2007-ci il təvəllüdlü X2 üçün ona 100 (yüz) manat miqdarında aliment ödəyir. Cavabdeh ona 14 avqust 2007-ci il təvəllüdlü X1 üçün ödədiyi 100 (yüz) manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Həmçinin, cavabdeh 27 may 2003-cü il təvəllüdlü X4 üçün aliment ödəmək öhdəliyindən azad olduğuna görə digər uşağın, yəni 14 avqust 2007-ci il təvəllüdlü X3 üçün daha artıq miqdarda aliment ödəyə bilər. Beləki, cavabdehin hal-hazırda ödədiyi alimentin miqdarı Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yarısını belə təşkil etmir. Bu isə Günay adlı uşağın minimum ehtiyaclarıdan belə məhrum olmasına səbəb olur. Ona görə Cavabdeh 14 avqust 2007-ci il təvəllüdlü X11 adlı uşağının saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, hazırki iddia üzrə 20 aprel 2023-cü il saat 12:30-a təyin edilmiş məhkəmə baxışı iclasına gələ bilmir, Odur ki, iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, hazırda onun iş yeri yoxdur, heç bir yerdə işləmir, dostunun kafesində ofiçant işləyərək ona kömək edib günə 10-15 manat pul qazanır. O, işlədiyi yerdə əmək müqaviləsi bağlamadan işləyir, müqavilə bağladığı halda vergi ödəməli olur. Oğlu Elşən hazırda hərbi xidmətdədir, qızı Günayın 16 yaşı tamam olub. O, hər ay 100 manat alimenti ödəyir. O, Rusiya Federasiyasında olmuş, aralarında olan nikahın pozulmasından və alimentin tutulmasından xəbəri olmamış, Azərbaycana qayıdanda bir dəfəyə 3200 manat aliment borcu ödəmişdir. Bir müddətdən sonra o, Rusiya Federasiyasına qayıdacaqdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(029)- 93/2021 saylı qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsində 16 sentyabr 2009-cu il tarixli 146 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 20 may 2003-cü il təvəllüdlü X13 və 14 avqust 2007-ci il təvəllüdlü X11 anaları X5 himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi X5 yaşayış yeri müəyyən edilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 2(029)-200/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 27 noyabr 2020-ci il tarixdən başlayaraq 27 may 2003-cü il təvəllüdlü X10 və 14 avqust 2007-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanılmaları üçün hər ay hər bir uşağa 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh ilə X5 nikahları xx.xx.2021-ci il tarixdə Quasr rayon qeydiyyat şöbəsində pozulmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 14 avqust 2007-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 27 may 2003-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ««Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 2(029)-200/2021 saylı qətnaməsi ilə Cavabdeh 27 noyabr 2020ci il tarixdən başlayaraq 27 may 2003-cü il təvəllüdlü X10 və 14 avqust 2007-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanılmaları üçün hər ay hər bir uşağa 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. 27 may 2003-cü il təvəllüdlü X13 adlı uşaq artıq yetkinlik yaşına çatdığından hər ay ona verilən 100 (yüz) manat aliment dayandırılmışdır. Həmin qətnamə ilə təyin olunmuş alimentin miqdarı hazırda Günay adlı uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Həmçinin iddiaçı gündəlik əmək fəaliyyəti ilə məşğul olduğunu bildirir. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi) manat deyil, 160 (yüz altmış) manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. Aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının 220 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər.Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 60 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 720 (12 X 60=720) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-200/2021 saylı 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 14 avqust 2007-ci il təvəllüdlü X11 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar