Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-354/2023 18.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün alimentin məbləği artınlaraq yetkinlik yaşına çatana qədər hər bir uşağa görə 200 (iki yüz) manat, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində olmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-578/2020 saylı qətnaməsi ilə iddiaçı Məhsimova (Nizaməddinova) Şəbinə Nasim qızı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin qətnamədə həmçinin, iddiaçı Məhsimova (Nizaməddinova) Şəbinə Nasim qızı və Cavabdeh birgə nikahdan doğulmuş 22 dekabr 2011-ci il təvəllüdlü X12, 19 avqust 2013-cü il təvəllüdlü X9 və 16 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altımış) manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qusar rayon Məhkəməsi tərəfindən 3 (üç) il öncə çıxarılmış xx.xx.2020-ci il tarixli 2(029)- 578/2020 saylı qətnamədə qeyd olunmuş aliment məbləği (360 manat) uşaqlann tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh olara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək heç bir yerdə işləməyən tək qadın olaraq ona çox çətindir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının “Yaşayış minumumu haqqında” Qanununun 1,0.2ci maddəsinə əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirinin olmasını və başqa sair gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq üç uşağa görə hər ay 600 manata çatdırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, onun üç uşağı var, hər uşağa 200 manat aliment tələb edir. Hazırda uşaqlar onun himayəsindədir. O, heç bir yerdə işləmir, Qusar şəhərində kirayə mənzildə qalır, kirayə haqqı 150 manat ödəyir. Cavabdeh uşaqların saxlanması üçün ona hər ay 360 manat aliment ödəyir. Cavabdehin qazancı barədə onda heç bir məlumat yoxdur, hazırda cavabdeh Azərpoçtda mühafizəçi işləyir. Cavabdeh ayda 300- 400 manat əmək haqqı alırdı. Ancaq cavabdehin əlavə gəlirləri var, mağazaları var, lakin həmin mağazalar öz adına deyil başqa şəxslərin adındadır. Cavabdehin mağazası olması ilə bağlı məhkəməyə sübut təqdim edə bilmir. Cavabdeh ilə bir yerdə yaşadıqları vaxt cavabdeh qazancını ona vermirdi, özü isə mağazada satıcı işləyirdi, həmin vaxt da cavabdehin qazancı barədə məlumatı olmayıb. Hazırda o, yaşadığı evində salon ustası kimi işləyir, yəni gözəlləşdirmə işləri ilə məşğul olur. Lakin qazancı çox azdır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, cavabdehə yaşamaq üçün Qusar rayonu Gündüzqala kəndində ev vermişdir, getsin orda yaşasın, lakin iddiaçı kənddə qalmaq istəmir. Hazırda o, Azərpoçtda mühafizəçi işləyir, aylıq 300 manat əmək haqqı alır. O, iki ildir ki, yenidən ailə həyatı qurmuşdur, lakin uşaqları olmamışdır. Cavabdeh ilə bir yerdə yaşadıqları vaxtda o, ailəsini saxlamış, uşaqlara paltar almışdır. O, alimentin miqdarının artırılmasına razı deyildir, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-578/2020 saylı, 16 iyul 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında 14 dekabr 2011-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 222 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları 22 dekabr 2011 -ci il təvəllüdlü X12, 19 avqust 2013-cü il təvəllüdlü X9 və 16 avqust 2016-cı il təvəllüdlü X10 iddiaçı X2 yanında qalmaları, 09 iyun 2020-ci il tarixdən başlayaraq 22 dekabr 2011-ci il təvəllüdlü X12, 19 avqust 2013-cü il təvəllüdlü X9 və 16 avqust 2016-cı il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər - ay hər bir uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. İşdə olan AZ-T 053110 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 22 dekabr 2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X11r. İşdə olan AZ-İİİ 153988 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 19 avqust 2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. İşdə olan AZ-İİİ 810589 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 16 avqust 2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. İşdə olan AZ-İ 366830 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahları 31 avqust 2020-ci il tarixdə Qusar rayon Məhkəməsinin Qətnaməsinə əsasən xitam verilmişdir. Nikah pozulduqdan sonra iddiaçı “Məhsimova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.3-ci maddəsinə əsasən 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ««Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-578/2020 saylı, 16 iyul 2020-ci il tarixli qətnaməsi ilə X8 ilə Cavabdeh arasında 14 dekabr 2011-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 222 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş və 09 iyun 2020-ci il tarixdən başlayaraq 22 dekabr 2011-ci il təvəllüdlü X12, 19 avqust 2013-cü il təvəllüdlü X9 və 16 avqust 2016-cı il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 200 (iki yüz) manat deyil, 140 (yüz qırx) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı cavabdehin gəlirləri haqqında, həmçinin onun əmək haqqısının dəyişdirilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, cavabdehin iş yeri və gəlirləri haqqında sübutlar təqdim edilmədiyinə görə, uşaqların mənafeyini nəzərə alaraq aliment miqdarını 140 manat təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının 200 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, cavabdeh iddiaçı ilə ayrıldıqdan sonra yenidən ailə həyatı qurmuşdur. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı hər uşaq üçün 20 manat, cəmi 60 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 720 (12 X 60=720) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-578/2020 saylı 16 iyul 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 22 dekabr 2011-ci il təvəllüdlü X12, 19 avqust 2013-cü il təvəllüdlü X9 və 16 avqust 2016-cı il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-354/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-354/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver