Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-36/2021 30.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Avaran bələdiyyəsinə qarşı mülkiyyətə (istifadə hüququna) yönəldilmiş qəsdə və maneələrə son qoyulması (həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması) tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Avaran bələdiyyəsinə qarşı mülkiyyətə (istifadə hüququna) yönəldilmiş qəsdə və maneələrə son qoyulması (həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Avaran kəndində yerləşməklə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsinə Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmasına, gediş gəliş yolunun məcburi açdırılmsına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı iclasında baxılması 30 noyabr 2021-ci il tarixə saat 15:00-a təyin edilsə də, tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Avaran bələdiyyəsinə qarşı mülkiyyətə (istifadə hüququna) yönəldilmiş qəsdə və maneələrə son qoyulması (həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması) tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-36/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-36/2021
30.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver