Məhkəmə qərarları › İş №2(029)-381/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-381/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-381/2020 31.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 231.01 (iki yüz otuz bir dollar bir sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 74.96 (yetmiş dörd dollar doxsan altı sent) ABŞ dolları faiz, 262.46 (iki yüz altmış iki dollar qırx altı sent) ABŞ dolları cərimə, xx xxxxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 32.95 (otuz iki dollar doxsan beş sent) ABŞ dolları borc, ümumilikdə 600.38 (altı yüz dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 19 faizlə 12 ay müddətinə 800 (səkkiz yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 507.61 (beş yüz yeddi dollar altmış bir sent) ABŞ dolları təşkil edir və kreditin müddəti 11 ay uzadılır. ********* ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi xx xxxxxx 2017-ci ildir. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx xxxxxx 2019-cu il tarixədək Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 231.01 (iki yüz otuz bir dollar bir sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 74.96 (yetmiş dörd dollar doxsan altı sent) ABŞ dolları faiz, 262.46 (iki yüz altmış iki dollar qırx altı sent) ABŞ dolları cərimə, xx xxxxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 32.95 (otuz iki dollar doxsan beş sent) ABŞ dolları borc, ümumilikdə 600.38 (altı yüz dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edirlər. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 19 faizlə 12 ay müddətinə 800 (səkkiz yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi lazımınca və vaxtında icra etməmişlər. Nəticədə xx xxxxxx 2019-cu il tarixədək Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 231.01 (iki yüz otuz bir dollar bir sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 74.96 (yetmiş dörd dollar doxsan altı sent) ABŞ dolları faiz, 262.46 (iki yüz altmış iki dollar qırx altı sent) ABŞ dolları cərimə, xx xxxxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 32.95 (otuz iki dollar doxsan beş sent) ABŞ dolları borc, ümumilikdə 600.38 (altı yüz dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. İşdə olan xx xxxxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 19 faizlə 12 ay müddətinə 800 (səkkiz yüz) ABŞ dolları kredit götürmüşdür. İşdə olan xx xxxxxx 2015-ci il tarixli ********* /ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli ********* kredit müqaviləsi üzrə borcunun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan ********* saylı, xx xxxxxx 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixli 2 nömrəli Əlavə Sazişdən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısında kredit öhdəliyinin qalığı 507.61 (beş yüz yeddi dollar altmış bir sent) ABŞ dolları təşkil edir və kreditin müddəti 11 ay uzadılır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********968 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli ********* kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə 231.01 (iki yüz otuz bir dollar bir sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 74.96 (yetmiş dörd dollar doxsan altı sent) ABŞ dolları faiz, 262.46 (iki yüz altmış iki dollar qırx altı sent) ABŞ dolları cərimə, xx xxxxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 32.95 (otuz iki dollar doxsan beş sent) ABŞ dolları borc, ümumilikdə 600.38 (altı yüz dollar otuz səkkiz sent) ABŞ dolları borcu vardır. İşdə olan ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 231.01 (iki yüz otuz bir dollar bir sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 74.96 (yetmiş dörd dollar doxsan altı sent) ABŞ dolları faiz, 262.46 (iki yüz altmış iki dollar qırx altı sent) ABŞ dolları cərimə, xx xxxxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 32.95 (otuz iki dollar doxsan beş sent) ABŞ dolları borc, ümumilikdə 600.38 (altı yüz dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 231.01 (iki yüz otuz bir dollar bir sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 74.96 (yetmiş dörd dollar doxsan altı sent) ABŞ dolları faiz, 262.46 (iki yüz altmış iki dollar qırx altı sent) ABŞ dolları cərimə, xx xxxxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 32.95 (otuz iki dollar doxsan beş sent) ABŞ dolları borc, ümumilikdə 600.38 (altı yüz dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar