Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-389/2024 04.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu zərərin əvəzi olaraq 4600 manat və onun tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 67 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Kuzun kəndində ailəsilə birlikdə yaşayır. 2019-cu il iyun ayında o və qardaşı bələdiyyədən torpaq sahəsi almaq istəmişlər və bununla bağlı həmin vaxt Qusar rayonu Kuzun bələdiyyəsinin sədri olmuş Yaşar Kişibəyova müraciət etmişlər. Cavabdeh X1 torpaq sahəsinin satışını təşkil edə biləcəyini bildirmişdir. Aralarındakı razılığa əsasən o, 2019-cu ilin avqust ayında cavabdehə 3100 manat məbləğində pul vermiş, sonra isə Yaşar Kşibəyov əlavə olaraq 1500 manat da lazım olduğunu bildirmiş və o bankdan 1500 manat məbləğində kredit alıb Yaşara vermişdir. Həmin ilin oktyabr ayında Cavabdeh yaşadıqları evə sənəd gətirib onu imzalamağı xahiş etmişdir. Beləliklə, o, hər torpaq sahəsinə görə Cavabdeh 2300 manat pul vermişdir, cavabdeh isə bunun müqabilində hər torpaq sahəsi üçün ayrıca çıxarış gətirəcəyinə söz vermişdir. O, Yaşarın verdiyi sənədin saxta olmasını bilməmiş çünki həmin sənədlərdə möhür olmuş və hazır sənədə oxşamışdır. Lakin sonradan sənədlərin saxta olduğunu bilmiş, Yaşardan isə pulunu ala bilmədiyini üçün ona qanuni qaydada cəza təyin edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh istintaqa cəlb edilməklə barəsində cinayət işi açılmışdır. Qusar rayon məhkəməsinin 09 yanvar 2024-cü il tarixli l(029)-4/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Cavabdeh Qusar rayon məhkəməsinin 09 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa ona dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəmə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, cavabdeh özünün dələduzluq hərəkəti ilə ona 4600 manat məbləğində ziyan vurmuşdur. Həmin hal, Qusar rayon məhkəməsinin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh ona qarşı dələduzluq cinayəti törətməklə ona maddi zərər vurmuşdur. Ona görə də cavabdeh onun qarşısında mülki hüquqi məsuliyyət daşıyır. Hesab edir ki, cavabdehin törətmiş olduğu cinayət əməli nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 4600 manat və tərəfindən ödənilmiş 67 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh hazırkı iddia tələbi ilə bağlı ona məlumat verilməsinə baxmayaraq, həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, iddia tələbinə münasibət bildirməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 1(029)-4/2024 saylı Qusar rayon Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmil, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Cavabdeh Qusar rayon məhkəməsinin 09 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixli 1(029)-4/2024 saylı Qusar rayon Məhkəməsinin hökmündə də, qeyd edildiyi kimi Cavabdeh İddiaçı 4600 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı vurduğu zərərin əvəzi olaraq 4600( dörd min altı yüz) manat pul vəsaiti tutularaq İddiaçı Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 67 (altmış yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı vurduğu zərərin əvəzi olaraq 4600( dörd min altı yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 67 (altmış yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-389/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-389/2024
04.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver