Məhkəmə qərarları › İş №2(029)-390/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-390/2020

16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-390/2020 16.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdə iştirak edən və iştirak etməyən şəxslərdən və orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadığından Azərbaycan Respublikası DİN BYPİ-dən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X1 cavabdehlərin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın olub-olmaması barədə məlumatların təqdim olunması, aşkarlandığı halda iddianı təmin etmək üçün onların üzərinə həbs qoyulması barədə qərardad, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona dəymiş 3477 (üç min dörd yüz yetmiş yeddi) manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, smeta tutulması üçün ödənilmiş 50 (əlli) manat, ümumilikdə 3557 (üç min beş yüz əlli yeddi) manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiçı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixdə saat 14:35 radələrində Qusar-Qalacıq yolunun 2-ci kilometrliyində VAZ-21063 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz və sürücülük hüququ olmadan idarə edərkən qarşı əks hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, nəticədə onun idarə etdiyi VAZ- 211400 markalı 0765 KX05 rus dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobillər əzilmiş və ona maddi zərər dəymişdir. Qusar rayon məhkəməsinin 3(029)_350/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 ona 3477 (üç min dörd yüz yetmiş yeddi) manat maddi ziyan vurduğu da müəyyən edilmişdir. O, Cavabdeh1 pretenziya məktubu göndərərək xx xxxxxx 2019-cu il tarixədək ona vurulmuş maddi ziyanın ödənilməsini cavabdehdən xahiş etmişdir. Buna baxmayaraq cavabdeh bu günə kimi ona vurulmuş maddi ziyanı ödəməmişdir. Qusar rayon məhkəməsinin 3(029)-350/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarında qeyd olunur ki, Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixdə saat 14:35 radələrində VAZ-21063 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etmişdir. Yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 mülkiyyətində olan VAZ-21063 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmayan Cavabdeh1 etibarnaməsiz verdiyinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati məsuliyyətə cəlb olunaraq İXP ******* saylı protokolla cərimə edilmişdir. Şərh olunan bütün xüsusatlar cavabdehlər tərəfindən ona nəqliyyat vasitələrinin təmirinə dair smeta aktında da qeyd olunduğu kimi 3477 (üç min dörd yüz yetmiş yeddi) manat maddi ziyan vurulduğunu sübut edir. Odur ki, həmin maddi ziyan, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və smeta tutulması üçün ödənilmiş 50 (əlli) manat, ümumilikdə 3557 (üç min beş yüz əlli yeddi) manat cavabdehlərdən tutulub ona verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 14:35 radələrində Qusar-Qalacıq yolunun 2-ci kilometrliyində qayınatası Cavabdeh2 məxsus VAZ-21063 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən idarəetməni itirməklə əks zolağa çıxmış və nəticədə İddiaçı məxsus olan VAZ-211400 markalı 0765 KX05 rus dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Qusar rayon məhkəməsinin 3(029)-350/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməklə 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş “dəymiş ziyanın ödənilməsi barədə smeta”ya görə iddiaçıya məxsus olan VAZ-211400 markalı 0765 KX05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 3477 (üç min dörd yüz yetmiş yeddi) manat manat ziyan dəyməsi müəyyən olunmuşdur. İddiaçının avtomobilinin buraxılış ili 2013-cü ildir və artıq avtomobil 7 ildir ki, istifadədədir və avtomobilin qiyməti 2020-ci il avtomobil bazarında və müxtəlif saytlarda təxminən 3000 (üç min) manat təşkil edir. Hesab edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi smetada həm ehtiyyat hissələrinin, həm də təmir işlərinin qiyməti həddindən artıq şişirdilmişdir və göstərilən qiymət reallığa uyğun olmamaqla onda şübhə doğurur. Qeyd etdiyi xüsusatları nəzərə alaraq İddiaçı dəymiş maddi ziyanın məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə iş üzrə avtotexniki-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 3(029)- 350/2019 saylı qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında cərimə edilməsi, zərər çəkmiş şəxs İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilməsinin izah edilməsi qərara alınmışdır. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixdə saat 14:35 radələrində Qusar-Qalacıq yolunun 2-ci kilometrliyində VAZ-21063 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz və sürücülük hüququ olmadan idarə edərkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, nəticədə qarşıdan gələn İddiaçı idarə etdiyi VAZ-İ211440 markalı 0765 KX05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İşdə olan Qusar “VAZ” kooperati tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA-dan (haqqı hesab) görünür ki, İddiaçı etibarnamə ilə məxsis Lada 211440 minik markalı, O 765 KX 05 rus dövlət qeydiyyat nioşanlı avtomaşına dəymiş maddi ziyan 3477 (üç min dörd yüz yetmiş yeddi) manat təşkil edir. İşdə olan Seriya GÖL № 154651 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı SMETA xərci olaraq Qusar “VAZ” kooperativinin hesabına 50 (əlli) manat ödəniş etmişdir. İşdə olan 61964 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 9/3365 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “VAZ 211400” markalı, 0765 KX 05 rus dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3287,0 manat müəyyən edilir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixdə saat 14:35 radələrində Qusar-Qalacıq yolunun 2-ci kilometrliyində VAZ- 21063 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz və sürücülük hüququ olmadan idarə edərkən qarşı əks hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, nəticədə onun idarə etdiyi VAZ-211400 markalı 0765 KX05 rus dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobillər əzilmiş və iddiaçıya məxsus avtomobilə 3287 (üç min iki yüz səksən yeddi) manat maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3287 (üç min iki yüz səksən yeddi) manat manat məbləğində maddi zərər, həmçinin smeta tutulması üçün ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı verilməlidir. İş üzrə 100 (bir yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınakeçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3287 (üç min iki yüz səksən yeddi) manat məbləğində maddi zərərin əvəzi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, smeta tutulması üçün ödənilmiş 50 (əlli) manat, cəmi 3367 (üç min üç yüz altmış yeddi) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə 100 (bir yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınakeçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar