Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-407/2025 25.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 noyabr 1962-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində anadan olmuş X6 xəbərsiz itkin düşmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun əmisi X8 14 noyabr 1962-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində anadan olmuşdur. Sonradan əmisi X3 şəhəri, L.Nemət küçəsi 239 saylı ünvanda həyətyanı torpaq sahəsini almış, həmin torpaq sahəsində yaşayış evini inşa etmiş və orada yaşamağa başlamışdır. Əmisi, X8 1994-cü ilin avqust ayında işləyib pul qazanmaq adı ilə evdən çıxıb Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtdan etibarən əmisi X5 heç bir xəbər çıxmamışdır. Həmin vaxtdan əmisi X8 itkin düşmüş, ondan heç bir xəbər çıxmamış, onun harada olması naməlum olaraq qalmışdır. Onun mərhum atası X1 əmisi X7 xeyli axtarmış, soraqlaşmış, lakin ondan heç bir xəbər, soraq əldə edə bilməmişdir. X4 14 sentyabr 2024-cü il tarixdə vəfat etmişdir. Artıq 30 ildən çoxdur ki, əmisi X8 itkin düşmüşdür, ondan heç bir xəbər yoxdur. Ona görə də əmisi X8 məhkəmə qaydasında xəbərsiz itkin düşmüş elan edilməlidir. X2 xəbərsiz itkin düşmüş elan edilməsi ona əmisindən miras qalmış əmlaklar barəsində vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o ərizəni müdafiə edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xidməti zərurətlə əlaqədar onun iştirakı olmadan baxılmasını, qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçinin və maraqlı şəxsi nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan АЗ 249737 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14 noyabr 1962-ci ildə Qusar rayonu Əniğ kəndində anadan olmuşdur. İşdə olan 14 yanvar 2025-ci il tarixli X10, X14 və X11 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar şəhəri, L. Nemət küçəsi 239 nömrəli evdə yaşamış, 14 noyabr 1962-ci ildə Qusar rayonunun Əniğ kəndində anadan olmuş X8, 1994-cu ilin avqust ayında evdən çıxıb Rusiya Federasiyasına getmişdir. 1994-cu ilin avqust ayından etibarən X5 heç bir xəbər, soraq, başqa məlumat çıxmamışdır. Onun qohumları X7 bir çox yerlərdə soraqlaşmalarına baxmayaraq ondan heç bir xəbər soraq əldə edə bilməmişlər. X8 1994cü ilin avqust ayından itkindir və onun harada olması, sağ olub-olmaması barədə heç bir məlumat yoxdur. İşdə olan xx.xx.2025-ci il tarixli 3-13-93/2-2410/20 saylı Qusar rayon Polis Şöbəsindən verilmiş cavab məktubundan görünür ki, Qusar rayon Polis şöbəsində xx.xx.1962-ci il təvəllüdlü, Qusar rayonu, Əniğ kənd sakini X6 itkin düşməsi ilə əlaqədar barəsində axtarış işi və ya sair materiallar qeydə alınmamışdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, ərizəçinin əmisi xx.xx.1962-ci il təvəllüdlü, Qusar rayonu, Əniğ kənd sakini X8 1994-cü ildə Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan etibarən əmisi X8 daimi yaşadığı Qusar rayonu Əniğ kəndinə qayıtmamış, hazırda onun harada olması barədə məlumat yoxdur. Ərizəçi X2 əmlaklarının idarə edilməsi üçün həmin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tədqiq olunmuş sübutlara birgə hüquqi qiymət verərək, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 14 noyabr 1962-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində kəndində anadan olmuş X8 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. 14 noyabr 1962-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində kəndində anadan olmuş X8 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-407/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-407/2025
25.06.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver