Məhkəmə qərarları › İş №2(029)-412/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-412/2025

17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-412/2025 17.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat pulun və ödənilmiş 50.00 manat dövlət rüsumunun alınıb ona ödəniməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 05 oktyabr 2024-cü il tarixdə təsərrüfatında olan bir baş, Mələz çinsli, diri çəkisi təxminən 360 kg olan inəyi naxıra təhvil vermişdir. Həmin gün naxır nöbəsində Cavabdeh olmuşdur. 05 oktyabr 2024-cü il tarixdə axşam Cavabdeh həyətə inəyini gətirərək yolun asfalt hissəsindən keçəndə naməlum maşın vurduğunu bildirmiş və inəyini özü satıb ona inəyinin dəyərində pulunun qaytaracağını bildirərək inəyini tanımadığı şəxsə satmışdır. Həmin gün onun inəyi naxırda nəzarətsiz qalmış və nəticədə maşın vurmuşdur. Hesab edir ki, inək cavabdehin səhlənkarlığı nəticəsində maşın vurmuşdur. Ona görə də hesab edir ki, Cavabdeh diri çəkisi təxminən 360 kg olan bir baş mələz cinsli inəyin dəyəri olaraq 2000 manat pul ona ödənilməlidir. Belə ki, həmin iri baş heyvan-yəni inək gündə 20 litr (səhər 10 litr, axşam 10 litr) süd verirdi. Südün qiyməti bazarda 1 litr 1 manat təşkil edir. 1 gündə 20 litr süd olduqda 1 ayda 30 gün var ki, bu da ayda 600 manat pul təşkil edir. Cavabdeh hərəkəti nəticəsində o, gündəlik əldə etdiyi 20 manat puldan da məhrum olmuşdur. Əslində o, yalnız inəyin pulunu cavabdehdən tələb edir. Əyərləri Cavabdeh mənim inəyinin pulunu yəni 2000 manatını qaytarmasalar o, Cavabdehdan həmin südünnün pulunu da tələb edəcəkdir. Faktiki olaraq hazırda belə inəyin bazar qiyməti ən azı 3000 manat təşkil edir. Məhkəmə iclasına İddiaçı iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, Cavabdeh, ona tələb etdiyi 2000 manatdan 1400 manat pulu qaytarmışdır. Sonda çıxışında cavabdehdən 600 manat pul tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, iddiaçının tələb etdiyi 2000 manat puldan 1400 manat məbləğində pulu qaytarmışdır. İddiaçıya, 400 manat borcu qalmış, həmin 400 manatı verməyə razıdır. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442.öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1091.1. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, Cavabdeh və İddiaçı izahatlarını işin hallarını müəyyən edəcək əsaslı sübut kimi qəbul edir. Belə ki, məhkəmə iclasında Cavabdeh 2000 manat borcu etiraf etmiş və həmin borcdan 1400 manat qaytardığını bildirmiş, İddiaçı öz növbəsində 1400 manatın ona qaytarıldığını təsdiqləmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarına hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, İddiaçı 05 oktyabr 2024-cü il tarixdə təsərrüfatında olan bir baş, Mələz çinsli, diri çəkisi təxminən 360 kg olan inəyi naxıra təhvil vermişdir. Həmin gün naxır nöbəsində Cavabdeh olmuşdur. 05 oktyabr 2024-cü il tarixdə axşam Cavabdeh həyətə İddiaçı inəyini gətirərək yolun asfalt hissəsindən keçəndə naməlum maşın vurduğunu bildirmiş və inəyini özü satıb ona inəyinin dəyərində pulunun qaytaracağını bildirmişdir. İddiaçı izahatında bildirdiyi kimi, Cavabdeh ona 1400 manat məbləğində pulu qaytarmışdır. Məhkəmə hesab edir ki, iddia qismən iddiaçının xeyrinə təmin olunduğundan, dövlət rüsumuna dair hissədə iddianın təmin olunmuş hissəsinə dair dövlət rüsumu tutulmalıdır. İddianın qiyməti 1000 manatadək olduğu təqdirdə dövlət rüsumunun 30 manat təşkil etdiyini əsas götürərək, Cavabdeh ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı ödəniməsini məqsədə müvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 600 (altı yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar