Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-418/2020 02.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 300 kq çəkidə bir baş inəyin və ya onun dəyəri 1320 (bir min üç yüz iyirmi) manat məbləğində maddi zərərin əvəzinin və 30 (otuz) manat dövlət rüsumu xərcinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Qusar rayonu, Avaran kəndində yaşayır. 2019-cu ildə təsərrüfatında dörd baş iri buynuzlu malqara mövcud olmuşdur. Təsərrüfatında dörd baş iribuynuzlu mal-qaranın olması Qusar rayon Avaran kənd X13 üzrə Nümayəndəliyinin xx xxxxxxx 2019-cu il tarixli 429 saylı arayışı ilə təsdiq olunur. xx xxxxxxx 2019-cu il tarixdə cavabdehlər Cavabdeh3, X8 və Cavabdeh2 naxır növbəsində olmuşlar. O, həmin gün səhər iki baş iri buynuzlu mal-qaranı (inəkləri) naxıra təhvil vermiş, elə həmin gün təxminən saat 13:00-da naxır növbəsindən ona məxsus bir baş inəyin tələf olmasını ona xəbər vermişlər. O, dərhal naxır saxlanılan sahəyə getmiş, sahədəki gölməçənin yanında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin yerdə olmuş, tələf olmuş inək isə gölməçənin yanında başı kəsilmiş vəziyyətdə olmuşdur. Cavabdehlər ona inək öldükdən sonra kəsdiklərini bildirmişlər, ona görə də inəyin ətindən istifadə etmək mümkün olmamışdır. Cavabdeh2 həmin vaxt sərxoş olduğu üçün naxırda olmamış, sonradan gəlmişdir. Cavabdeh2 inəyin alma yeyib boğulduğu ehtimalının olduğunu bildirsə də, inək kəsildikdən sonra bu hal öz təsdiqini tapmamışdır. Cavabdeh2 başqa digər iki Cavabdeh3 və X8 ilk öncə inəyə görə ona pulverməyə razı olmuş, lakin sonradan fikirlərindən yayınmışlar. O, həmin gün özünə məxsus iki baş inəyi qonşusu Qədirlə birllikdə naxıra aparıb cavabdehlərə təhvil vermişdir. İnəyinin birinin gölməçəyə düşüb tələf olması cavabdehlərin təqsiri üzündən, nəzarətsizliklərindən baş vermişdir. O, cavabdehlərlə birlikdə tələf olmuş inəyi basdırmışdır. Cavabdehlər zərərin əvəzini könüllü olaraq ödəməkdən imtina etmiş, hal-hazıra kimi də ona vurulmuş maddi zərər ödənilməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə naxırda tələf olmuş inək yerli cins olmaqla 5 yaşında, təxminən diri çəkisi 300 kq təşkil etmişdir. Qusar bazarında 1 kq mal ətinin pərakəndə satış qiyməti 11 (on bir) manatdır. Bir baş iri buynuzlu malın ət çıxımı diri çəkisinin 40 faizi təşkil edir. Belə olan halda tələf olmuş diri çəkisi 300 kq olan həmin inəyin ət çıxımı 120 (bir yüz iyirmi) kq təşkil edir ki, mal ətinin bazarda satış qiyməti ilə hesablamaqla cavabdehlər Cavabdeh3, X8 və Cavabdeh2 tərəfindən ona vurulmuş maddi zərər (120 kq x 11 manat) 1320 (bir min üç yüz iyirmi) manat təşkil edir. Həmin pul cavabdehlərdən alınıb ona verilməlidir. Cavabdehlərə dəfələrlə bu barədə müraciət etmiş, ona vurduqları maddi zərərin əvəzini tələb etsə də, cavabdehlər hər dəfə maddi zərərin əvəzini könüllü olaraq ödəməkdən imtina etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Qusar rayonu Avaran kənd sakinidir. Təxminən ayda 1 (bir) dəfə 25 (iyirmi beş) gündən bir naxıra növbəyə gedir. xx xxxxxxx 2019-cu il tarixdə digər cavabdehlər Cavabdeh3 və X8 ilə birlikdə naxır növbəsində olmuşlar. Həmin gün naxırda kəndin 83 (səksən üç) baş inəyi olmuşdur. Həmin gün İddiaçı məxsus 2 (iki) baş inək də naxır növbəsində olmuş, lakin həmin inəkləri İddiaçı təhvil almamışlar. İnəklərdən biri xəstə olmuş və naxıra sonradan gəlmişdir. İddiaçıya məxsus tələf olmuş həmin inək xəstə lmuş, hərarəti olduğu üçün gölməçəyə girmişdir. Gölməçədən inəyi çıxartmışlar, xəstə olduğu və öldüyü üçün əti də yararsız olmuşdur. Daha sonra İddiaçı zəng vuraraq xəbər vermişlər, iddiaçı onların naxır növbəsində inək tələf olduğu üçün onlardan pul tələb etmişdir. O isə inəyin xəstə olduğu üçün tələf olduğunu, onların təqsiri olmadığını iddiaçıya bidirmişdir. İddiaçı ona və digər cavabdehlərə qarşı qaldırdığı iddia tamamilə əsassızdır. Çünki inək onların səhlənkarlığından deyil, sırf xəstə olduğu üçün tələf olmuşdur. Bir qayda olaraq heyvanın təmiz ətinin çəkisi onun dii çəkisinin 40 faizi miqdarında götürülür. Bundan əlavə inəyin 90 kq əti olmuş, həmçinin inək ətinin satış qiyməti 1 kq üçün 8 (səkkiz) manatdır. Qeyd ediənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Qusar rayonu, Avaran kənd sakinidir. Təxminən ayda 1 (bir) dəfə 25 (iyirmi beş) gündən bir naxıra növbəyə gedir. xx xxxxxxx 2019-cu il tarixdə digər cavabdehlər X8 və Cavabdeh2 ilə birlikdə naxır növbəsində olmuşlar. Həmin gün naxırda 83 baş inək olmuşdur. Həmin gün İddiaçı da iki baş inəyi naxırda olmuş. Lakin inəkləri iddiaçıdan təhvil almamışlar, yəni inəkləri iddiaçının gətirdiyini görməmişdir. İddiaçıya məxsus tələf olmuş həmin inək əvvəlcədən xəstə olmuşdur. Bundan əlavə iddiaçının onlardan tələb etdiyi pulun məbləği çoxdur. Belə ki, iddiaçının tələf olmuş inəyinin təmiz çəkisi 100 kq ola bilərdi, həmçinin kənddə 1 kq ət 8 (səkkiz) manata satılır. İddia tamamilə əsassızdır və rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Qusar rayonu, Avaran kənd sakinidir. Təxminən ayda 1 (bir) dəfə 25 (iyirmi beş) gündən bir naxıra növbəyə gedir. xx xxxxxxx 2019-cu il tarixdə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə naxır növbəsində olmuşdur. Həmin gün naxırda kəndin 83 baş inəyi olmuş, onlardan ikisi İddiaçı məxsus olan inəklər olmuşdur ki, inəklərdən biri xəstə olmuş və həmin xəstə inək onlara naxıra aparılması üçün təhvil verilməmişdir. Sonradan ona məlum olmuşdur ki, iddiaçının bir baş inəyi onlar naxırda növbədə olan gün gölməçəyə düşüb boğulmuşdur. Onlar gölməçədən inəyi çıxarmışlar. İnəyin üstündə heç bir yara, zədə olmamışdır. İnək hərarəti olduğu üçün gölməçəyə girmiş və boğulub ölmüşdür. Səhərisi gün o, Cavabdeh2 ilə birlikdə İddiaçı ilə danışmağa getmiş, ona hərəsi 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat verməyi təklif etmiş, lakin iddiaçı onların təklifi ilə razılaşmamışdır. İddiaçıya məxsus tələf olmuş inəyin 100 (bir yüz) kq əti olardı və inək ətinin bir kiloqramının satışı 8 (səkkiz) manatdır. İddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Qusar rayonu, Avaran kənd sakinidir. Tərəflər onun həmkəndliləridirlər. İddiaçı onun qonşusudur. xx xxxxxxx 2019-cu il tarixdə cavabdehlər Cavabdeh3, X8 və Cavabdeh2 naxır növbəsində oolmuşlar. Həmin gün səhər İddiaçı iki baş inəyini onunla birlikdə naxıra aparıb cavabdehlərə təhvil vermişdir. Sonradan eşitmişdir ki, Xaliddinin inəyinin biri naxırda tələf olmuşdur. İddiaçının inəklərinin heç biri xəstə olmamışdır. Tələf olan inəyin əti təxminən 100 kqdan artıq olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 429 nömrəli xx xxxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, Avaran kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən İddiaçı öz adına 4 (dörd) baş iribuynuzlu mal-qara vardır. İşdə olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 434 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, İddiaçı Qusar rayonu, Avaran kənd sakinidir. İşdə olan Qusar rayon Avaran kənd sakinləri İddiaçı, X5, X1, X9, X7 iştirakları ilə tərtib edilərək Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyində təsdiq edimiş Aktdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı məxsus bir baş inək naxırda naxırçıların səhlənkarlığı nəticəsində tələf olmuşdur. İşdə olan Qusar rayonu, Avaran kənd sakinləri İddiaçı, X7 və X9 iştirakları ilə tərtib edilərək Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyində təsdiq edimiş Aktdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə Avaran kənd sakini İddiaçı məxsus yerli cins olan 1 (bir) baş inək naxırda tələf olmuşdur. İnəyin yaşı 4-5 yaşarası, çəkisi 270-300 kq qədər olmuşdur. İşdə olan Qusar rayon Riad firması tərəfindən verilmiş Arayışdan görünür ki, Qusar ət bazarında 2019-cu il və hal-hazırda 1 kq mal ətinin qiyməti 11 manat təşkil edir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus yerli cins olan, 4-5 yaşarası, çəkisi təxminən 270 kq olan 1 (bir) baş inək xx xxxxxxx 2019-cu il tarixdə cavabdehlər Cavabdeh3, X8 və Cavabdeh2 naxır növbəsində olduğu vaxt cavabdehlərin səhlənkarlığı nəticəsində gölməçəyə düşərək tələf olmuşdur. Həmin heyvanın ətinin çəkisi 108 (bir yüz səkkiz) kq təşkil etmişdir. Ət bazarında 1 kq mal ətinin satış qiyməti 11 (on bir) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş maddi ziyan 108 kq x 11 manat = 1188 (bir min bir yüz səksən səkkiz) manat təşkil edir. Həmin məbləğ cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada 1188 (bir min bir yüz səksən səkkiz) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada 1188 (bir min bir yüz səksən səkkiz) manat məbləğində maddi zərərin əvəzi və 30 (otuz) manat dövlət rüsumu xərci alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-418/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-418/2020
02.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver