Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-419/2024 02.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı X3 və Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqların saxlanılması üçün onun xeyrinə tutulan alimentin miqdarını artıraraq Cavabdeh birgə nikahlarından anadan olan 28 mart 2015-ci il təvəllüdlü X5 və 07 may 2017-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün ona verilməsinə və 60 manat ödənilmiş mediasiya xərcinin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 12 aprel 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Onların birgə nikahlarından 28 mart 2015-ci il təvəllüdlü X5 və 07 may 2017-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Qusar rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(029)-882/2020 saylı qətnaməsinə əsasən aralarında olan nikahları pozulmuş və 28 mart 2015-ci il təvəllüdlü X5 və 07 may 2017ci il təvəllüdlü X6 adlı uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 40 manat olmaqla cəmi 80 manat miqdarında aliment tutulmuşdur. Həmin məbləğ uşaqların saxlanması üçün kifayət etmir. Hal hazırda Cavabdeh azyaşlı uşaqların saxlanılması üçün aliment daya cox ödənilməlidir. Lakin, Cavabdeh ödədiyi məbləğ isə uşaqların cüzi ehtiyaclarını belə ödəmir. Bundan başqa, uşaqlar getdikcə böyüyür və onların xərcləri artır. O, 360 manat sosial alır, bundan başqa ona əmiləri uşaqların saxlanmasında kömək edir. Ona görə də hesab edir ki, Qusar rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalıdır. Odur ki, azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün ona verilməsinə və 60 manat ödənilmiş mediasiya xərcinin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, hər uşağa görə 100 manat olmaqla ümumilikdə 200 manat aliment ödəməyə razıdır. O,”Aqromaq” şirkətində sürücü işləyir. O, rəsmi 320 manat və əlavə olaraq 80 manat əmək haqqı alır. Odur ki, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-882/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında İsmayıllı rayon İHB-nın Aşıqbayramlı kənd İƏN-də 12 aprel 2014-cü il tarixli 04 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 28 mart 2015-ci il təvəllüdlü X5 vƏ 07 may 2017-ci il təvəllüdlü X6 anaları X4 himayəsində saxlanılçaları və həmin uşaqların yaşayış yerləri kimi X4 yaşayış yeri müəyyən edilməsi, xx.xx.1987-ci ildə İsmayıllı rayonu Aşıqbayramlı kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh X4 xeyrinə 28 mart 2015-ci il təvəllüdlü X1 və 07 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 40 (qırx) manat, cəmi isə 80 (səksən) manat miqdarda aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 581892 və AZ-İV 016001 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 ilə Cavabdeh birgə nikahlarından 28 mart 2015-ci il təvəllüdlü X5 və 07 may 2017-ci il təvəllüdlü X6 anadan olmuşlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-882/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X8 ilə Cavabdeh arasında İsmayıllı rayon İHB-nın Aşıqbayramlı kənd İƏN-də 12 aprel 2014cü il tarixli 04 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 28 mart 2015-ci il təvəllüdlü X5 və 07 may 2017-ci il təvəllüdlü X6 anaları X4 himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi X4 yaşayış yeri müəyyən edilməsi, xx.xx.1987-ci ildə İsmayıllı rayonu Aşıqbayramlı kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh X4 xeyrinə 28 mart 2015-ci il təvəllüdlü X1 və 07 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 40 (qırx) manat, cəmi isə 80 (səksən) manat miqdarda aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat deyil, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı tərəfindən uşaqlara iddia ərizəsində tələb edilən pulun hər ay xərclənilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının hər ay hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Bundan başqa, alimentin miqdarının cavabdehin məhkəmədə verdiyi izahatında qeyd etdiyi kimi hər ay hər uşaq üçün 100 (yüz) manat məbləğində müəyyən olunması İslam və Aliyə adlı uşaqların mənafeyi baxımından qanuni və əsaslı deyildir. İzahatında göstərdiyi əmək haqqısının məbləği ilə təminat xərclərini ödəməsini məhkəmə inandırıcı hesab etmir. Məhkəmə, cavabdehin izahatında 400 manat əmək haqqı almasını, 200 manatını aliment ödəməyə razılıq verən şəxs hər ay ay 200 manatla özünü dolandırmasını inandırıcı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində tələb etdiyi kimi, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən deyil, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 220 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 2640 (12 X 220=2640) manat təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 2640 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 1640 (2640-1000=1640) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 16.40 manat, cəmi isə 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-882/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçı X3 xeyrinə 28 mart 2015-ci il təvəllüdlü X5 və 07 may 2017-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-419/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-419/2024
02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver