Məhkəmə qərarları › İş №2(029)-42/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-42/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-42/2021 15.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı” QSC-nin xeyrinə 32R000003355 saylı kredit razılaşması üzrə 5037.5 (beş min otuz yeddi dollar əlli sent) ABŞ dolları məbləğində kredit borcu, 2174.75 (iki min yüz yetmiş dörd dollar yetmiş beş sent) ABŞ dolları məbləğində faiz borcu və 3073.29 (üç min yetmiş üç dollar iyirmi doqquz sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10285.54 (on min iki yüz səksən beş dollar əlli dörd sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki işin məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə təyin edilmiş, bu barədə iddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırda iddia ərizəsini götürmə zərurəti yaranmışdır, işə onların iştirakı olmadan baxılıb mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar