Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-43/2023 12.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh X1 və üçüncü şəxs Qusar rayonu, Qalacıq Bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinə gedən su arxının açılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh X1 və üçüncü şəxs Qusar rayonu, Qalacıq Bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinə gedən su arxının açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırda işə baxılmasıı tələb etmirlər, ona görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X1 və üçüncü şəxs Qusar rayonu, Qalacıq Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh X1 və üçüncü şəxs Qusar rayonu, Qalacıq Bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinə gedən su arxının açılması tələbinə dair məhkəmə işə baxılması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı qeri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh X1 və üçüncü şəxs Qusar rayonu, Qalacıq Bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinə gedən su arxının açılması tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh X1 və üçüncü şəxs Qusar rayonu, Qalacıq Bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinə gedən su arxının açılması tələbinə dair məhkəmə işə baxılması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı qeri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-43/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-43/2023
12.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver