Məhkəmə qərarları › İş №2(029)-432/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-432/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-432/2020 01.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair, Cavabdeh İddiaçı və Qusar rayon Notariat Ofisinə qarşı borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 75000 (yetmiş beş min) ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Cavabdeh İddiaçı və Qusar rayon Notariat Ofisinə qarşı borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 avqust 2016-cı il tarixli “borcun etirafı haqqında” müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı özünün iddiasını müdafiə edərək, Cavabdeh iddiasını isə qəbul etməyərək izahatında göstərmişdir ki, 2014-cü ildə Xaçmazda işlədiyi müddətdə həmin rayonun Pirqulu oba kəndində yaşayan İlham və Tahir adlı tanışlarının vasitəsi ilə Cavabdeh ilə tanış olmuş və onunla aralarında etibarlı münasibət yaranmışdır. 2014-cü ilin iyul ayında Cavabdeh ona müraciət edərək kənd təsərrüfatı işləri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ondan 25000 ABŞ dolları məbləğində borc pul istəmiş və o, həmin məbləğdə pulu Radikə vermişdir. Həmin vaxtdan 3 ay müddət keçdikdən sonra Radik ona Rusiyadan çox ucuz qiymətə mal-qara gətirildiyini, onları almaq istədiyini demiş və ondan əlavə olaraq 25000 ABŞ dolları məbləğində borc pul istəmiş, olan borcu bir il ərzində qaytaracağını bildirmişdir. Həmçinin, həmin şəxs bildirmişdir ki, aldığı borcu bütünlüklə 3-4 ay müddətində qaytaracaqdır. Aralarında etibarlı münasibətlər yarandığından o, həmin məbləğdə pulu Radikə vermişdir. Onun Radikə verdiyi pul özünə məxsus torpaq sahələrinin satışından əldə olunmuş və həmin pulu banka depozitə qoyub bankdan faiz götürmüşdür. Radik ondan borc istəyərkən o, pulun “xxxxxxxxxx” ASC-nin Qusar filalında depozitdə olduğunu və bununla əlaqədar bankdan 11 faiz gəlir götürdüyünü bildirmiş, Radik isə həmin pulu bankdan götürüb ona verməsini, bankdan alacağı faizlərin onun tərəfindən ödənilyəcəyini demiş, o, isə bununla razılaşıb həmin məbləği Radikə vermişdir. Belə ki, o, həmin vaxt “xxxxxxxxxx” ASC-nin Qusar filialında müdir müavini vəzifəsində işləmiş, həmin vaxt vətəndaşlar ABŞ dollarını depozitə qoyub 11 faiz, manatı isə depozitə qoyub 6-7 faiz gəlir götürmüşlər və bu səbəbdən də, o öz pulunu ABŞ dolları şəklində depozitə qoyub illik 11 faiz gəlir götürmüşdür. 2015-ci ilin oktyabr ayında Radik yenidən ona müraciət edərək Qusar rayonu Kuzunqışlaq kəndində Ramik adlı şəxsdən ferma icarəyə götürdüyünü və orada olan mal-qaranın ucuz qiymətə satıldığını, onları almaq istədiyini deyərək ondan əlavə olaraq 25000 ABŞ dolları məbləğində borc pul istəmiş, 3-4 aya bütün borclarını qaytaracağını bildirmişdir. O, yenə Radikin səmimiliyinə inanaraq həmin məbləğdə pulu ona vermişdir. O, fikirləşmişdir ki, Radikin kənd təsərrüfatı texnikaları vardır və onları satıb onun borcunu qaytaracaqdır. Lakin, Radik belə etməmiş, onun borcunu qaytarmaqdan yayınmağa başlamışdır. 09 avqust 2016-cı il tarixdə onunla Radik arasında borcun etiraf edilməsi haqqında müqavilə bağlanmış, borcunu 01.07.2018-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, Radik üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək borcunu qaytarmamışdır. Dəfələrlə Radikdən borcunun qaytarılmasını tələb etsə də, həmin şəxs borcun qaytarılmasını təmin etməmiş, imkanı olanda qaytaracağını bildirmişdir. Cavabdeh tərəfindən ona hissə-hissə olmaqla cəmi 15000 manat məbləğində pul qaytarılmışdır. Bundan başqa, Radik onun bankdan götürəcəyi faizlərin əvəzi kimi ona hissə-hissə 30000 manat məbləğində pul ödəmiş, lakin həmin pulun onun Radikə borc kimi verdiyi pula aidiyyəti olmamışdır. Ona görə də, hesab edir ki, Radikin ona borcun əvəzi kimi qaytardığı 15000 manat məbləğ çıxıldıqdan sonra qalan borc məbləği Cavabdeh tutularaq ona qaytarılmalıdır. Bundan başqa, Cavabdeh tam fəaliyyət qabiliyyətli şəxsdir, öz hərəkətlərini mənasını tam və aydın şəkildə başa düşür. Onunla aralarında borcun etiraf edilməsi haqqında müqavilə bağlanarkən onu heç kim buna məcbur etməmiş, onun tərəfindən həmin şəxsə heç bir hədə-qorxu gəlinməmişdir, müqavilənin bütün şərtləri, hansı öhdəliklər yaratması və bütün hüquqi nəticələri ona aydın şəkildə izah olunmuşdur. Ona görə də, həmin müqavilə Mülki Məcəllənin tələblərinə tam uyğun şəkildə bağlanmış, etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən də, hesab edir ki, Cavabdeh ona qarşı qaldırdığı borcun etiraf edilməsi haqqında müqavilınin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. İddiaçı qeyd olunanlara əsasən özünün iddiasının təmin edilməsi, Cavabdeh iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bəyov x3 Abdurəhmanovun iddiasını qəbul etməmiş, özünün iddiasını isə müdafiə edərək izahatında göstərmişdir ki, o, 2014-cü ilin may ayında İddiaçı 35000 ABŞ dolları, 2014-cü ilin iyul ayında 15000 ABŞ dolları, 2015-ci ilin oktyabr ayında isə 25000 ABŞ dolları, cəmi isə 75000 ABŞ dolları məbləğində borc pul almışdır. O, həmin borcu faizlə götürmüş, həmin vaxt həmin pul məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 56000 manat təşkil etmişdir. O, müxtəlif vaxtlarda Mirzəhmədə əsas borcdan 15000 manat məbləğində pul qaytarmış, həmçinin faiz kimi həmin şəxsə hissə-hissə olmaqla cəmi 30000 manat məbləğində pul ödəmişdir. Hazırda onun Mirzəhmədə 45000 manat məbləğində borcu qalmışdır. Həmin borcu imkanı olan kimi qaytaracaqdır. Mirzəhmədlə onun arasında bağlanmış 09 avqust 2016-cı il tarixli borcun etirafı müqaviləsini o, məcbur olub bağlamışdır. Belə ki, Mirzəhməd ona hədə-qorxu gəlmiş, o, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmiş, lakin bununla belə qorxduğundan notariat kontoruna gedərək həmin müqaviləni imzalamışdır. Bununla da, həmin müqavilə Mülki Məcəllənin tələbləri pozulmaqla bağlanmış və ona görə də, etibarsız hesab edilməlidir. Cavabdeh qeyd olunanlara əsasən İddiaçı iddiasının rədd edilməsi, özünün iddiasının isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh iddiası isə rədd edilməlidir. Belə ki, işdə olan 04 dekabr 2012-ci il tarixli 4Ə-4-761 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Qusar şəhərində yerləşən özünə məxsus 0.08 ha torpaq sahəsini 22500 (iyirmi iki min beş yüz) manata x1. İşdə olan 01 fevral 2013-cü il tarixli 4Ə-1-49 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Qusar şəhərində yerləşən özünə məxsus 0.08 ha torpaq sahəsini 22500 (iyirmi ki min beş yüz) manata x1. İşdə olan 09 avqust 2016-cı il tarixli 3M-146 reyestr nömrəli “borcun etirafı haqqında” müqaviılənin surətindən görünür ki, Cavabdeh 2014-cü ilin iyun və oktyabr aylarında, 2015-ci ilin oktyabr ayında alınmış, ümumilikdə 124725 (bir yüz iyirmi dörd min yeddi yüz iyirmi beş) manat (pulun verildiyi günlərdəki məzənnəyə əsasən 75000 (yetmiş beş min) ABŞ dolları pul məbləğini yuxarıda göstərilən tarixlərdə İddiaçı borc olaraq aldığını göstərmiş, həmin məbləği 01.07.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh tərəfindən məhəməyə təqdim edilmiş 01.07.2020-ci il tarixli ərizədən görünür ki, o, 2014-2015-ci illərdə İddiaçı cəmi 75000 ABŞ dollarını həmin vaxtın manat məzənnəsi ilə borc aldığını, həmin puldan 30000 manat faiz, 15000 manat isə əsas borcdan ödədiyini, hazırda 45000 manat borcu qaldığını, imkanı olan kimi qaytaracağını göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 2014-cü ilin iyun və oktyabr aylarında, 2015-ci ilin oktyabr ayında ümumilikdə 75000 (yetmiş beş min) ABŞ dolları pul məbləğini İddiaçı borc olaraq almış, bununla bağlı İddiaçıla həmin borcun etirafı haqqında 09 avqust 2016-cı il tarixli müqavilə bağlamış, həmin məbləği 01.07.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləni hər hansı fiziki, psixi və s. təzyiq altında, hədə-qorxu nəticəsində bağlaması isə məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə Cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı aldığı əsas borcun əvəzi olaraq həmin şəxsə ümumilikdə 15000 manat məbləğində pul qaytarmış, qalan məbləğdə pulu isə qaytarmamışdır. Bununla da, həmin şəxs həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, müqavilənin borcun qaytarılmasına dair şərtini pozmuşdur. Bundan başqa, Cavabdeh tərəfindən İddiaçı verilmiş 30000 manat məbləğində pul vəsaiti əsas borcun əvəzi olaraq deyil, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq İddiaçı depozitə qoyduğu pula görə faiz kimi götürəcəyi gəlirin əvəzi kimi verilmiş və həmin pulun Cavabdeh ümumi borcuna aidiyyəti olmamışdır. Bu halı tərəflər məhkəmə iclasında bir daha təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarının nəticə hissəsinin 2ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Həmin Qərarın nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Həmin Qərarın nəticə hissəsinin 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Həmin Qərarın nəticə hissəsinin 5-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri yaranmaqla Cavabdeh İddiaçı qarşısında borc öhdəliyi yaranmışdır. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəliyi müqavilə üzrə şərtləndirilən vaxtda yerinə yetirməmiş və borcun qaytarılmasını tam təmin etməmiş, yalnız borcun 15000 manat-8823 ABŞ dolları ekvivalentində-hissəsini qaytarmışdır. Ona görə də, məhkəmə hesab edir ki, qaytarılmış həmin məbləğ çıxıldıqdan sonra qalan 66177 (altmış altı min yüz yetmiş yeddi) ABŞ dolları məbləğində pul vəsaiti həmin şəxsdən tutularaq İddiaçı verilməlidir. Cavabdeh tərəfindən İddiaçı verilmiş 30000 manat məbləğində pul vəsaiti əsas borcun əvəzi olaraq deyil, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq İddiaçı depozitə qoyduğu pula görə faiz kimi götürəcəyi gəlirin əvəzi kimi verildiyindən və həmin pulun Cavabdeh ümumi borcuna aidiyyəti olmadığından həmin pulun verilməsi əsas borcun müvafiq hissəsinin qaytarılması kimi qəbul edilə bilməz. Bundan başqa, İddiaçıla Cavabdeh arasında yaranmış borc münasibətlərinin predmetini xarici valyuta olan ABŞ dolları təşkil edir və ona görə də, Cavabdeh İddiaçı olan borcu ödəniş günü mövcud olan Azərbaycan manatı məzənnəsinə uyğun olaraq ödənilməlidir. Bundan başqa, məhkəmə Cavabdeh borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasını müzakirə edərək hesab edir ki, İddiaçıla Cavabdeh arasında bağlanmış 09 avqust 2016-cı il tarixli borcun etirafı haqqında müqavilənin istər forması, istərsə də məzmunu ilə bağlı Mülki Məcəllədə müəyyən edilmiş tələblərə tam əməl olunmuş və əqdlərin etibarsızlığına səbəb olan hallar hazırkı halda məhkəmə tərəfindən müəyyən olunmamışdır. Cavabdeh həmin müqavilənin hədə-qorxu təsiri altında bağladığını əsas gətirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin iddia tələbi əsassızdır, iddianın əsası kimi istinad olunmuş hallar sübuta yetirilməmişdir və bu səbəbdən də, həmin iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmiş, Cavabdeh isə özünün iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 66177 (altmış altı min yüz yetmiş yeddi) ABŞ dolları məbləğində borc pul qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Cavabdeh İddiaçı və Qusar rayon Notariat Ofisinə qarşı borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməli, həmin iddia rədd olunduğundan Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 66177 (altmış altı min yüz yetmiş yeddi) ABŞ dolları məbləğində borc pul qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh İddiaçı və Qusar rayon Notariat Ofisinə qarşı borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar