Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-449/2020 04.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X5 Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC-nin X1 Fondunun Cavabdeh qarşı kredit müqaviləsinin əsas borcun, hesablanmış faizlərin tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC-nin X1 Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 706 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3120.79 (üç min bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat əsas borc, 3209.22 (üç min iki yüz doqquz manat iyirmi iki qəpik) manat faiz borcu, cəmi 6330.01 (altı min üç yüz otuz manat bir qəpik) manat borcun, eyni zamanda 2809 (iki min səkkiz yüz doqquz) manat dəbbə pulu, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X6 iddianı müafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı ASC-nin müflis elan edilməsi və İddiaçı ASC-yə ləğvedici qismində “X2 Company” MMCnin təyin edilməsi qərara alınmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 706 saylı kredit müqaviləsinə əsasən cavabdehə 15 (on beş) ay müddətinə illik 30 faiz dərəcəsi olmaqla 4710 (dörd min yeddi yüz on) manat məbləğində kredit verilmişdir. Cavabdeh bu günədək sözügedən kreditin əsas məbləğindən 1589.21 (bir in beş yüz səksən doqquz manat iyirmi bir qəpik) manat, faiz məbləğlərindən 810.79 (səkkiz yüz on manat yetmiş doqquz qəpik) manat, cəmi 2400 (iki min dörd yüz) manat məbləğində qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə kreditdən və kredit üzə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən cavabdehə müraciətlər edilmiş, lakin Cavabdeh verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixinə 3120.79 (üç min bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat əsas borc, 3209.22 (üç min iki yüz doqquz manat iyirmi iki qəpik) manat faiz borcu, cəmi 6330.01 (altı min üç yüz otuz manat bir qəpik) manat borcu, eyni zamanda 2809 (iki min səkkiz yüz doqquz) manat dəbbə pulu mövcuddur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 706 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3120.79 (üç min bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat əsas borc, 3209.22 (üç min iki yüz doqquz manat iyirmi iki qəpik) manat faiz borcu, cəmi 6330.01 (altı min üç yüz otuz manat bir qəpik) manat borcun, eyni zamanda 2809 (iki min səkkiz yüz doqquz) manat dəbbə pulu, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Cavabdeh 2008-ci ildən hal-hazıra kimi N nörməli hərbi hissədə çalışır. İddiaçının tələb etdiyi kredit müqaviləsi üzrə borc tələbinin cavabdehə heç bir aidiyyatı yoxdur. Belə ki, xx xxxx 2010-cu il tarixdə oğlu Cavabdeh işlədiyi hərbi hissədəki komandiri İsmayılov Fərhad Zöhrab oğlu onu aldadaraq adına kredit götürməyə inandırmış, Bank işçiləri ilə birlkdə saxta sənədlər düzəltdirərək oğluna imzalatdırmışlar və xx xxxx 2010-cu il tarixli 706 saylı kredit müqaviləsinə əsasən oğlu Cavabdeh İddiaçı ASC tərəfindən 15 ay müddətinə illik 30 faiz dərəcəsi olmaqla 4710 (dörd min yeddi yüz on) manat məbləğində kredit verilmişdir ki, həmin məbləğ oğluna çatmamış, sözügedən kredit məbləğini cavabdehin komandiri İsmayılov Fərhad Zöhrab oğlu götürmüşdür. 2012-ci ildə müəyyən olunmuşdur ki, cavabdehin çalışdırğı hərbi hissədə komandir olan İsmayılov Fərhad Zöhrab oğlu və Anar adlı Bank işçisi oğlunu aldatmışlar. Kredit Müqaviləsində imza oğlu Cavabdeh məxsusdur. Lakin pulu komandiri götürmüş və ödənişləri də komandiri etmişdir, kredit ödənişlərindən oğlunun xəbəri olmamışdır. 2014-cü il tarixdə oğlunun komandiri İsmayılov Fərhad Zöhrab oğlu həmin hərbi hissədən çıxmış və onun harada olduğunu hal-hazıra kimi bilmirlər. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X5 və Cavabdeh nümayəndəsi X3 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan İstehlak Krediti haqqında xx xxxx 2010-cu il tarixli 706 nömrəli Müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 15 (on beş) ay müddətinə illik 30 faiz dərəcəsi olmaqla 4710 (dörd min yeddi yüz on) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin Ləğvedici “X2 Company” MMC tərəfindən verilmiş Maliyyə Arayışından görünür ki, Cavabdeh xx xxxx 2010-cu il tarixli 706 saylı İstehlak kredit müqaviləsinə əsasən 15 ay müddətinə illik 30 faiz dərəcəsi olmaqla 4710 (dörd min yeddi yüz on) manat kredit verilmişdir. Alınmış kreditdən kreditin əsas məbləğindən 1589.21 (bir min beş yüz səksən doqquz manat iyirmi bir qəpik) manat, faiz məbləğindən 810.79 (səkkiz yüz on manat yetmiş doqquz qəpik) manat, cəmi 2400 (iki min dörd yüz) manat məbləğində ödəniş edilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixinə 3120.79 (üç min bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat əsas borc, 3209.22 (üç min iki yüz doqquz manat iyirmi iki qəpik) manat faiz borcu, cəmi 6330.01 (altı min üç yüz otuz manat bir qəpik) manat borcu, eyni zamanda 2809 (iki min səkkiz yüz doqquz) manat dəbbə pulu mövcuddur. İşdə olan xx xxxxxxx 2014-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx xxxx 2010cu il tarixli 706 saylı İstehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən 15 ay müddətinə illik 30 faiz dərəcəsi olmaqla 4710 (dörd min yeddi yüz on) manat kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, alınmış kreditdən kreditin əsas məbləğindən 1589.21 (bir min beş yüz səksən doqquz manat iyirmi bir qəpik) manat, faiz məbləğindən 810.79 (səkkiz yüz on manat yetmiş doqquz qəpik) manat, cəmi 2400 (iki min dörd yüz) manat məbləğində ödəniş edilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixinə 3120.79 (üç min bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat əsas borc, 3209.22 (üç min iki yüz doqquz manat iyirmi iki qəpik) manat faiz borcu, cəmi 6330.01 (altı min üç yüz otuz manat bir qəpik) manat borcu, eyni zamanda 2809 (iki min səkkiz yüz doqquz) manat dəbbə pulu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məğbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin X1 Fondu Cavabdeh tutulmalı olan dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək göstərmişdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehə hesablanmış dəbbə pulunun miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borclunun əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx xxxx 2010-cu il tarixli 706 saylı İstehlak kredit müqaviləsi üzrə Cavabdeh 3120.79 (üç min bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat əsas borc, 3209.22 (üç min iki yüz doqquz manat iyirmi iki qəpik) manat faiz borcu, 100.00 (bir yüz) manat dəbbə pulu, ümumilikdə cəmi 6430.01 (altı min dörd yüz otuz manat bir qəpik) manat məbləğində borc İddiaçı ASC-nin X1 Fondunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında xx xxxx 2010-cu il tarixli 706 saylı İstehlak kredit müqaviləsi üzrə Cavabdeh 3120.79 (üç min bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat əsas borc, 3209.22 (üç min iki yüz doqquz manat iyirmi iki qəpik) manat faiz borcu, 100.00 (bir yüz) manat dəbbə pulu, ümumilikdə cəmi 6430.01 (altı min dörd yüz otuz manat bir qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASCnin X1 Fondunun xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-449/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-449/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver