Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-464/2021 02.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə 368.58 (üç yüz altmış səkkiz ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1379.56 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində faiz, 3386.35 ( üç min üç yüz səksən altı ABŞ dolları otuz beş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.70 (əlli iki ABŞ dolları yetmiş sent) ABŞ dollar faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin iddia ərizəsində iddia tələbini tam müdafiə etdiklərini bildirərək iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. 31.03.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 5792.16 (beş min yeddi yüz doxsan iki ABŞ dolları on altı sent) ABŞ dolları təşkil edir və müddəti 29.12.2017-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 08 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********417 saylı 27.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 19.11.2020-ci il tarixə kredit üzrə cəmi borcu 5187.19 (beş min yüz səksən yeddi ABŞ dolları on doqquz sent) ABŞ dolları təşkil edir. Bundan 368.58 (üç yüz altmış səkkiz ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1379.56 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində faiz, 3386.35 ( üç min üç yüz səksən altı ABŞ dolları otuz beş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.70 (əlli iki ABŞ dolları yetmiş sent) ABŞ dolları faiz borcu faiz borcu təşkil edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı qismən qəbul etdiyini, iddiaçının tələb etdiyi 368.58 (üç yüz altmış səkkiz ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları əsas və 1379.56 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları faiz borcunun qaytarılmasına razı olduğunu, lakin 3386.35 (üç min üç yüz səksən altı ABŞ dolları otuz beş sent) cərimə borcunun qaytarılmasına razı olmadığını göstərmiş və ona görə də, ondan borclu olduğu əsas və faiz borcunun tutulması, cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, o, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxıb iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 30 (otuz) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli 240007900/ZM saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 08 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 04.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 19.11.2020-ci il tarixinə banka 368.58 (üç yüz altmış səkkiz ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1379.56 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində faiz, 3386.35 ( üç min üç yüz səksən altı ABŞ dolları otuz beş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.70 (əlli iki ABŞ dolları yetmiş sent) ABŞ dollar faiz borcu, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcunun 5187.19 (beş min yüz səksən yeddi ABŞ dolları on doqquz sent) ABŞ dolları məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə ləğv prosesində olan İddiaçı ASC-nın cavabdehlərin əsas və faiz borclarına, həmçinin illik beş faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərlərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 100 (yüz) ABŞ dolları müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 368.58 (üç yüz altmış səkkiz ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1379.56 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində faiz, 100 (bir yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 52.70 (əlli iki ABŞ dolları yetmiş sent) ABŞ dollar faiz borcu olmaqla ümumilikdə 1900.84 (bir min doqquz yüz ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 368.58 (üç yüz altmış səkkiz ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1379.56 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində faiz, 100 (bir yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 52.70 (əlli iki ABŞ dolları yetmiş sent) ABŞ dollar faiz borcu olmaqla ümumilikdə 1900.84 (bir min doqquz yüz ABŞ dolları səksən dörd sent) ABŞ dolları kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-464/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-464/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver