Məhkəmə qərarları › İş №2(029)-471/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-471/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-471/2021 24.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması barədə iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclasında baxılması 24 iyun 2021-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək cavabdeh ilə restruktruzasiya müqaviləsi imzalandığından mülki işi baxılmamış saxlayıb sənədlərin əslini banka qyatarmağı məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizə göndərərək hal-hazırda iddiaçı tərəflə aralarında restruktruzasiya müqaviləsi bağlandığını bildirərək mülki işin baxılmamış saxlanılmasını, həmçinin şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədikləri üçün işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mülki işin baxılmamış saxlanması və iddia ərizəsinin geri qaytarılması barədə ərizə verilmiş, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması barədə iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar