Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-48/2023 28.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönləndirilməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönləndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 44731.75 AZN əsas, 2122.85 AZN faiz borcu və 14.78 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 46869.38 AZN borcun, 230.61 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi;tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi;satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;Cavabdeh1 məxsus olan mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi;Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 16 iyul 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı ASC Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 43707.83 AZN əsas, 6353.65 AZN faiz borcu və 96.62 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 50158.1 AZN borcun, 230.61 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi;tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi;satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;Cavabdeh1 məxsus olan mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi;Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 iyul 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 16 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “8 saylı” filialından 300 ay müddətinə 50.000 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzili 2014-cü il 16 iyul tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il oktyabrın 29-dək Cavabdeh1 2014-cü il 16 iyul tarixli kredit müqaviləsinə üzrə 44731.75 AZN əsas, 2122.85 AZN fai borcu və 59.11 AZN cərimə borcu olmaqla ümumilikdə 46913.71 AZN borcu vardır. Cavabdeh1 16 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 59.11 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 14.78 AZN məbləğində tələb olunur. Hazırda isə cavabdeh tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək 43 707.83 AZN əsas, 6353.65 AZN faiz borcu və 96.62 AZN cərimə borcu olmaqla, ümumilikdə 50158.1 AZN borc hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən də qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutulmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməy heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 16 iyul 2014-cü il tarixli 20-İP-AİF-1-0-309-14 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Cavabdeh1 300 ay müddətinə, illik 8% ödəmək şərtilə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin alınması üçün 50000 manat kredit verilmişdir. İşdə olan 16 iyul 2014-cü il tarixli 20-İP-AİF-1-0-309-14 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 24 nömrəli evin 112 nömrəli mənzilini Cavabdeh2 satın almış, həmin evin dəyəri 75000 manat qiymətləndirilmiş, həmin məbləğin 25000 manatını alıcı Cavabdeh1 özü tərəfindən, 50000 manat hissəsi "xxxx" ASC tərəfindən satıcı Cavabdeh2 ödənilmiş, satın alınan ev həmin kreditin qaytarılması öhdəliyinin icrasının təmini kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan "xxxx" ASC ilə “Azərbaycan Respublikasının Mərkəzi Bank Nəzdində Azərbaycan İpoteka Fondu” arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04-0441 saylı təhvil-təslim aktından və ona 1 nömrəli əlavədən görünür ki, müvəkkil Kredit Təşkilatı Fondun İX/1422025 “03” oktyabr 2014-cü il tarixli bildirişinə əsasən, bu akta əlavə olunan siyahıda göstərilən X2 xeyrinə indossamentlə verilmə qeydi apararaq ümumi məbləği 49894.49 (qırx doqquz min səkkiz yüz doxsan dörd manat qırx doqquz qəpik) manat olan ipoteka krediti Fonda satmış, Fond isə həmin krediti almış, bu akta əlavə olunmuş siyahıda qeyd olunmuş İpoteka Kağızı və digər sənədlər müvəkkil kredit təşkilatı tərəfindən Fonda təhvil verilmiş, Fond isə həmin sənədləri təhvil almış, Fond bu akt imzalandığı tarixdən 1 (bir) iş günü 49894.49 (qırx doqquz min səkkiz yüz doxsan dörd manat qırx doqquz qəpik) məbləğində vəsaiti müvəkkil kredit təşkilatının hesabına ödəməlidir. İşdə olan RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İşdə olan RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 24 nömrəli evin 112 nömrəli mənzil Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin 8 saylı filialına ipoteka ilə yüklü edilmişdir. İşdə olan Bakı İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1715 saylı arayışın surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 AbayKunanbayev küçəsi 24 saylı evin 112 nömrəli mənzilində daimi qeydiyyatdadırlar. İşdə olan KBD 17293 saylı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində Yelo Bank banka tam ödəməyi tələb olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli KBD 17380 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 300 (üç yüz) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə ödəniş planın əsasən Cavabdeh1 ödəməli olduğu ödənişləri yubatmış və hazırki vaxtadək ipoteka saxlayana kredit ödənişlərini ödəməmişdir. Bununla ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət edəcəkləri haqda bu bildirişi göndərməklə ipoteka predmetinətutmanı yönəltməyə başlamaqları barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı ASC tərəfindənAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 25 oktyabr 2021-ci il tarixli KBD 18143 saylı ərizədən görünür ki, ipoteka predmeti olan ünvan 3 ünvanda yerləşən mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin xx.xx.2021-ci il tarixdə ünvana çatdırılması diqqətə çatdırılaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İşdə olan müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş qeydə alınmış, bununla bağlı İddiaçı ASC tərəfindən 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixə 300 ay müddətinə 18% dərəcəsi ilə kredit verilmişdir. Cavabdeh1 əsas borc üzrə qalıq məbləğ 43707.83 manat, faiz borcu üzrə qalıq borcu 6353.65 manat, cərimə borcu 96.62 manat olmaqla, cəmi 48871.35 manat olduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli 9/5361 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 20-İP-AİF-1-0-309-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 30 iyun 2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) banka olan borcu ümumilikdə 45465.08 manat məbləğində müəyyən olunur. O cümlədən,xx.xx.2022ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 43922.96 manat, faiz borcu üzrə 1542.12 manat təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2022-ci il tarixli 9/5361 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. İşdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)- 4985/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 16 iyul tarixli kredit müqaviləsibninetibrsız hesab olunması və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 58.92 kv.m olan mənzilin yüklülükdən azad edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 iyul 2014-cü il tarixli 20-İP-AİF-1-0-309-14 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 300 ay müddətinə, illik 8% ödəmək şərtilə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin alınması üçün 50000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilin ipotekaya qoyulması barədə 16 iyul 2014-cü il tarixli 20-İP-AİF-1-0- 309-14 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilin kredit müqaviləsinin 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, borc alan Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və maliyyə cədvəlinin tərtib olunduğu müddətə, yəni 30 iyun 2022-ci il tarixə kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Bank tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq həmin şəxs ödəməli olduğu kredit borcunun ödənilməsini təmin etməmişdir. Hazırda iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5361 saylı ekspert rəyinə əsasən Cavabdeh1 banka olan əsas borcu 43922.96 manat, faiz borcu 1542.12 manat təşkil edir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən həmin şəxsin banka olan cərimə borcu 96.62 manat təşkil edir. Bununla da, İddiaçı ASC-nin yuxarıda göstərilən kredit müqaviləsinin ləğv edilməsini tələb etmək, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli 9/5361 nömrəli ekspert rəyi ilə razılaşaraq həmin rəyi Cavabdeh1 İddiaçı ASC-yə olan əsas və faiz borclarının məbləğlərini müəyyən edən əsas sübut kimi qəbul edir.Həmçinin, məhkəmə bank tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışını Cavabdeh1 cərimə borcunun 96.62 manat təşkil etməsinə dair hissədə sübut kimi qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16 iyul 2014cü il tarixli 20-İP-AİF-1-0-309-14 saylı kredit müqaviləsi üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli 9/5361 nömrəli ekspert rəyinə əsasən əsas borc üzrə 43922.96 manat, faiz borcu üzrə 1542.12 manat, cərimə borcu üzrə 96.62 AZN olmaqla cəmi 45651,7 manat borc, dövlət rüsumu kimi ödənilmiş 230.61 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqıkimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməlidir. Bundan başqa, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə tutma yönəldikdə və həmin mənzil satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və Banka təhvil verilməlidir. Cavabdeh1 "xxxx" İKB ASC ilə bağladığı 16 iyul 2014-cü il tarixli kredit müqaviləsiləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə 100 (yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınaödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 43922.96 (qırx üç min doqquz yüz iyirmi iki manat doxsan altı qəpik) manat, faiz borcu üzrə 1542.12 (min beş yüz qırx iki manat on iki qəpik) manat, 96.62 (doxsan altı manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 45561.7 (qırx beş min beş yüz altmış bir manat yetmiş qəpik) manat borc, 230.61 (iki yüz otuz manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclər tutulsun. Tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və borc Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilsin, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə yönəldikdə və mənzil satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən, 58.92 kv.m ümumi, 45.94 kv.m yaşayış və 12.98 yardımçı sahədən ibarət 24 nömrəli evin 112 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın və Banka təhvil verilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 iyul 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. İş üzrə 100 (yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-48/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-48/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver