Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-483/2022 18.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından olan uşaqları 03 oktyabr 2015-ci il təvəllüdlü X8 və 02 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Qusar rayon Məhkəməsinin 04 mart 2018-ci il tarixli 2(029)-70/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilməsinə və Mediasiya təşkilatına ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 13.01.2017-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Birgə yaşadıqları dövrdə onların 03 oktyabr 2015-ci il təvəllüdlü X15 və 02 dekabr 2016-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Qusar rayon Məhkəməsinin 04 mart 2018-ci il tarixli 2(029)-70/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış 13.01.2017-ci tarixli nikahın pozulması, uşaqları Ömər və Nurananın onun himayəsində saxlanmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən sabit pul məbləğində hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Ömər və Nurana adlı uşaqlarının ehtiyaclarının təmin edilməsi cavabdehin birbaşa vəzifəsidir və buna görə də hesab edir ki, təyin edilmiş alimentin miqdarı artırılmalıdır. O, uşaqları ilə Bakı şəhərində yaşayır və uşaqlarının biri Bakı şəhərində məktəbə gedir, digəri isə uşaq bağçasına gedir. Uşaqların gündəlik tələbatı çox yüksəkdir, onun isə bu tələbatları ödəməyə gücü çatmır və cavabdehin hər uşağa görə ödədiyi 80 manat alimentlə uşaqların tələbatını qarşılamaq imkan xaricindədir. Alimentin miqdarı heç olmasa 193 manata qaldırılsa, uşaqların gündəlik tələbatını az da olsa ödəmək olar. Bütün uşaqlar kimi, onun uşaqlarının da normal geyinməyə, qidalanmağa, gəzməyə, təhsil almağa, sağlam böyüməyə, inkişaf etməyə hüquqları vardır. O, cavabdehlə birlikdə X7 mediatorluğunda mediasiya sessiyasında iştirak etmişlər. Lakin, cavabdehlə barışıq əldə etmək mümkün olmadığına görə tam mediasiya sessiyası keçirilməmiş, buna görə də ona, 11.03.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O, mediasiya sessiyasında iştiraka görə Bakı şəhəri 4 saylı X5 hesabına 50 (əlli) manat haqq ödəmişdir. Hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutulmalıdır ki, uşaqlarının ehtiyaclarını ödəyə bilsin. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, o, 2014-cü ildə cavabdehlə ailə həyatı qurmuş, nikahlarını 13.01.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların 03 oktyabr 2015-ci il təvəllüdlü X15 və 02 dekabr 2016-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Qusar rayon Məhkəməsinin 04 mart 2018-ci il tarixli 2(029)-70/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, Ömər və Nurana adlı uşaqlar onun himayəsində saxlanılmışlar və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən onun xeyrinə sabit pul məbləğində hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat məbləğində aliment tutulmuşdur. Hazırda 80 manat uşaqların saxlanması üçün kifayət etmir, cavabdeh uşaqların atası kimi onların saxlanmalarında kömək etməlidir. Uşaqların təhsili, tərbiyəsi, inkişafı ilə yalnız özü məşğul olur. Cavabdehin əlavə gəlirləri çoxdur, atası ilə bir yerdə yaşayır. Hazırda təyin olunmuş alimenti cavabdeh çətinliklə ödəyir. Alimentin qaldırıldığı halda bir ata kimi alimenti ödəməlidir. Hazırda uşaqların saxlanması üçün hər uşağa görə ayda 175 manat tələb edir. Cavabdehin alimenti ödəyə bilməməsi onu maraqlandırmır. Cavabdehlə bir yerdə yaşadığı müddətdə, cavabdeh ayda 1000 manat pul qazanmış, 230 manat kredit ödəmişdir. Cavabdeh qaz idarəsində işləyir, səhər işə gedərək imza edib işdən əlavə öz işləri ilə də məşğul olmuşdur. Sonradan o, eşitmişdir ki, cavabdehin başqa bir uşağı var, ona da aliment ödəyir. O, bir ana kimi uşaqlarının saxlanması üçün əlindən gələni etmiş, lazım olduğu halda restorana gedib qab da yumuşdur. Cavabdehin gəlirləri və maddi vəziyyətinin yaxşı olması barədə heç bir sübutu yoxdur. Məhkəmə cavabdehin gəlirlərindən qabaq uşaqların gələcəyini düşünməlidir. Qusar rayonu Çiləgir kəndində onun valideynlərinə məxsus ev vardır, lakin o, Bakı şəhərində kirayədə yaşayır, orada yaşamaq onun üçün daha yaxşıdır, uşaqlarının orada təhsil almasını istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və məhkəməyə etiraz ərizəsi təqdim edərək izahatında göstərmişdir ki, o, Qusar rayonu Qaz İstismar İdarəsində işləyir, aylıq əmək haqqı 300 manatdır, lakin tutulmalardan sonra 280 manat əmək haqqı alır. O, iddiaçı ilə boşandıqdan sonra başqa bir qadınla yenidən ailə həyatı qurmuş, həmin həyat yoldaşı hamilədir. O, iddiaçıdan başqa, Vera İbrahimova adlı qadınla birgə nikahlarından anadan olan Cahan adlı uşağın saxlanması üçün də hər ay 80 manat məbləğində aliment ödəyir. O, hər gün səhər saat 09:00-da işə gedir, axşam saat 18:00da isə işdən çıxıb evə qayıdır. Əlavə işlərlə məşğul olmaq üçün işdən çıxa, işlədiyi idarədən başqa haradasa işləməklə hər hansı əlavə gəlir əldə edə bilmir. Aldığı əmək haqqından aliment ödənişləri etdikdən sonra ona cəmi 60 manat pul qalır. Maddi vəziyyəti çox ağırdır. O, valideynləri ilə bir yerdə yaşayır, atası 130 manat pensiya alır, anasının pensiyası isə kəsilmişdir. Hazırda uşaqların saxlanması üçün 100 manat aliment verə bilər. Odur ki, iddianın qismən təmin edilməsi, ondan iddiaçının xeyrinə hər ay hər uşağa görə 100 olmaqla, cəmi 200 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(029)- 70/2018 saylı qətnaməsinindən görünür ki, Qəribova (Ağayeva) Alimə Aslan qızı ilə Cavabdeh arasında 13 yanvar 2017-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 04 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra 03 oktyabr 2015-ci il tarixdə anadan olmuş X15 və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş X9 anaları Qəribova (Ağayeva) Alimə Aslan qızının himayəsində saxlanılmış, 25 oktyabr 2017-ci il tarixdən başlayaraq uşaqlar-03 oktyabr 2015-ci il tarixdə anadan olmuş X15 və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay, hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pl məbləğində alimentin tutularaq Qəribova (Ağayeva) Alimə Aslan qızına verilməsi qət edilmişdir. İşdə olan AZ-İİİ 651578 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 oktyabr 2015-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİİ 853149 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 dekabr 2016-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.04.2022-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X11 12.12.2008-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X3r. İşdə olan Qusar rayon məhkəməsinin 23 may 2018-ci il tarixli 2(029)-627/2018 saylı qətnaməsinin surətindən görünür ki, 12 dekabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh X1 xeyrinə hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulmuşdur. İşdə olan AZ-İİ 367989 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 02 iyul 2020-ci il tarixdə Qusar rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar, X14 soyadını qəbul etmişdir. İşdə olan vətəndaşın iş yeri haqqında 19.04.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “Azəriqaz” İB-nin X21 İstismar İdarəsinin Qusar rayon X18 sosial işçi, ictimai işlər vəzifəsində işləmiş və aylıq əmək haqqı 300 manat olmuşdur. İşdə olan 11 mart 2022-ci il tarixli MŞB/4-00523 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Qəribov X10 Alimə Aslan qızı tərəfindən təsvir edilən “ailə münasibətlərindən irəli gələn mübahisə” (alimentin miqdarının artırılması tələbi) üzrə 07 mart 2022-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(029)-70/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahlarından anadan olmuş Ömər və Nurana adlı uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində aliment tutulmuşdur. Cavabdeh “Azəriqaz” İB X21 İstismar İdarəsinin Qusar rayon X18 işləməklə aylıq əmək haqqı 300 manat təşkil edir, tutulmalardan sonra isə 280 manat əmək haqqı alır, iddiaçıdan başqa, əvvəllər başqa qadınla birgə nikahından anadan olmuş Cahan adlı uşağın saxlanması üçün hər ay 80 manat məbləğində aliment ödəyir, yəni cavabdeh 3 uşağa görə artıq cəmi 240 manat aliment ödəyir və aldığı məvacibdən ona cəmi 40 manat pul qalır. Cavabdeh iddiaçı ilə boşandıqdan sonra Rəvanə adlı başqa bir qadınla yenidən ailə həyatı qurmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının hər ay hər uşağa görə iddiaçının tələb etdiyi kimi 193 manat, cəmi isə 386 manat müəyyən olunması tərəflərin maraqları baxımından düzgün və əsaslı deyildir. Belə ki, həmin məbləğdə aliment cavabdehin əsas iş yerindən aldığı əmək haqqından artıqdır, aliment tutulduğu vaxtdan cavabdehin gəlirləri əhəmiyyətli dərəcədə artmamışdır. Bundan başqa, cavabdehdən tutulan alimentin miqdarının artırılması həm də «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırılmış və həmin qanunla uşaqlar üçün müəyyən olunmuş 193 manat yaşayış minimumunun cavabdehdən tutulması tələb olunmuşdur. Qeyd olunmalıdır ki, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, hazırkı halda ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız cavabdehdən tutulması düzgün və ədalətli deyil, bu cavabdehin maraqlarının pozulmasına və onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Bununla belə məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların mənafelərini, o cümlədən işin digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı artırılmaqla hər ay hər uşağa görə 100 manat, cəmi isə 200 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(029)-70/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.1985-ci ildə Rusiya Federasiyası Saratov vilayətində anadan olmuş, Qusar rayonu Qayakənd kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 03 oktyabr 2015-ci il təvəllüdlü X8 və 02 dekabr 2016cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-483/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-483/2022
18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver