Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-485/2020 16.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 5016,01 (beş min on altı manat bir qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 380,96 (üç yüz səksən manat doxsan altı qəpik) manat məbləğində faiz borcu, 1649,17 (bir min altı yüz qırx doqquz manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, cəmi 7046,14 (yeddi min qırx altı manat on dörd qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 61 (altmış bir) manat pulun tutulması, tələbin tam mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsi üzrə cəmi 7046,14 (yeddi min qırx altı manat on dörd qəpik) manat və ödənilmiş dövlət rüsumu 61 (altmış bir) manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, tələbin Cavabdeh1 digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə göndərərək bildirmilşdir ki, iş məhkəmə baxışında olduğu vaxt ərzində borclunun əsas borcu azalmış, faiz və cərimə borcu artmışdır. xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit müqaviləsi üzrə 4816,01 (dörd min səkkiz yüz on altı manat bir qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6727,33 (altı min yeddi yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 2000 (iki min) manat olmaqla, cəmi 13543,34 (on üç min beş yüz qırx üç manat otuz dörd qəpik) manat məbləğində təşkil edir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsi üzrə 4816,01 (dörd min səkkiz yüz on altı manat bir qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6727,33 (altı min yeddi yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 2000 (iki min) manat olmaqla, cəmi 13543,34 (on üç min beş yüz qırx üç manat otuz dörd qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması, tələbin tam mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxx 2013-cü il tarixli QFS- 4750 saylı Baş kredit müqaviləsi üzrə cəmi 13543,34 (on üç min beş yüz qırx üç manat otuz dörd qəpik) manat və ödənilmiş dövlət rüsumu 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1ində 0,08 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh2 ünvan 1ində 0.08 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 28 (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə olan borcunun məbləği əsas borca görə 4816,01 (dörd min səkkiz yüz on altı manat bir qəpik) manat, kreditdən istifadəyə görə 6727,33 (altı min yeddi yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə borcu, cəmi 13543,34 (on üç min beş yüz qırx üç manat otuz dörd qəpik) manat manat təşkil edir. xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi Banka girov/ipoteka qoyulmuşdur və İddiaçı ASC qarşısında xx xxxx 2013-cü il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpotekalar notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər. Qeyd olunanlara əsasən Cavabdeh1 xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 4816,01 (dörd min səkkiz yüz on altı manat bir qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6727,33 (altı min yeddi yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 2000 (iki min) manat olmaqla, cəmi 13543,34 (on üç min beş yüz qırx üç manat otuz dörd qəpik) manat, kreditdən istifadəyə görə 6727,33 (altı min yeddi yüz iyirmi yeddi manat otuz üç qəpik) manat faiz borcu, 2000 (iki min) manat cərimə borcu, cəmi 13543,34 (on üç min beş yüz qırx üç manat otuz dörd qəpik) manat məbləğində pul tutulmalıdır, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər ipoteka predmetindən çıxarılmalı, həmin ipoteka predmeti olan mənzil boşaldılmış vəziyyətdə təhvil verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 28 (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsində irəli gələn öhdəliklərin icrasının təmini məqsədi ilə ona məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi Banka girov/ipoteka qoyulmuşdur və İddiaçı ASC qarşısında xx xxxx 2013-cü il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh1 bir müddət iddiaçıya olan kredit borcundan ödənişlər etsə də, maddi vəziyyətində yaranmış çətinliklərdən dolayı bank qarşısındakı öhdəliyini lazımınca icra edə bilməmək məcburiyyətində qalmış və nəticədə bank qarşısında ödənilməmiş kredit borcu qalmışdır. İddiaçı ASC-nin tələb etdiyi cərimə yüksəkdir və həmin cərimənin azaldılmasını xahiş edir. Banka olan borcunu isə maddi imkanı olan kimi ödəyəcəkdir. Bundan əlavə sözügedən kredit müqaviləsinin təmini olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş ona məxsus ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 135.9 kv.metr olan fərdi yaşayış evi ipoteka müqaviləsində müstəqil qiymətləndirici tərəfindən verilmiş rəyə əsasən 15000 (on beş min) manat məbləğində qiymətləndirilmişdir ki, ipoteka predmetinin real qiyməti hal-hazırda ekspert rəyinə uyğun olaraq 23000 (iyirmi üç min) manat civarındadır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-nin Qusar filialı ilə onun arasında bağlanmış xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 28 (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsində irəli gələn öhdəliklərin icrasının təmini məqsədi ilə Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi Banka girov/ipoteka qoyulmuşdur və İddiaçı ASC qarşısında xx xxxx 2013-cü il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. O, bir müddət iddiaçıya olan kredit borcundan ödənişlər etsə də, maddi vəziyyətində yaranmış çətinliklərdən dolayı bank qarşısındakı öhdəliyini lazımınca icra edə bilməmək məcburiyyətində qalmış və nəticədə bank qarşısında ödənilməmiş kredit borcu qalmışdır. İddiaçı ASC-nin ondan tələb etdiyi cərimə yüksəkdir və həmin cərimənin azaldılmasını xahiş edir. Banka olan borcunu isə maddi imkanı olan kimi ödəyəcəkdir. Bundan əlavə sözügedən kredit müqaviləsinin təmini olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 135.9 kv.metr olan fərdi yaşayış evi ipoteka müqaviləsində müstəqil qiymətləndirici tərəfindən verilmiş rəyə əsasən 15000 (on beş min) manat məbləğində qiymətləndirilmişdir ki, ipoteka predmetinin real qiyməti hal-hazırda həmin məbləğdən yüksəkdir. İpoteka predmetinin 15000 (on beş min) manat məbləğində qiymətləndirilməsi ilə qətiyyən razı deyildir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 28 (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı kredit müqaviləsi İpoteka Müqaviləsindən görünür ki, xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş-kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 135.9 kv.metr olan fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı, xx xxxx 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinxən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus **********84-10301 reyestr nömrəli ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi xx xxxx 2013-cü il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq İddiaçı ASC-nin Qusar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxxx 2015-ci il tarixli, RB-02/PK- 12295 nömrəli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2013-cü il tarixli QFS- 4750 saylı Baş kredit müqaviləsi üzrə xx xxxxxxx 2015-ci il tarixinə olan borcu kreditə görə 5016.01 (beş min on altı manat bir qəpik) AZN, faiz borcu 380.96 (üç yüz səksən manat doxsan altı qəpik) AZN, dəbbə borcu 1649.17 (bir min altı yüz qırx doqquz manat on yeddi qəpik) AZN, cəmi 7046.14 (yeddi min qırx altı manat ön dörd qəpik) AZN təşkil edir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, RB-02/PK-3380 nömrəli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə olan borcu 4816,01 (dörd min səkkiz yüz on altı manat bir qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6727,33 (altı min yeddi yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 2000 (iki min) manat, cəmi 13543,34 (on üç min beş yüz qırx üç manat otuz dörd qəpik) manat təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalı-İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında məlumatdan və Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalı-Xidmət haqqının ödənilməsi haqqında ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC ipoteka bildirişlərin qeydə alınması üçün 30 (otuz) manat rüsum ödəniş etmişdir. İşdə olan “X7” MMC tərəfindən verilmiş ƏEM/O 31-561/20 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli Ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 2i ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 63.2 kv.metr, köməkçi sahəsi 159.7 kv.metr olan fərdi yaşayış evinin xx xxx 2020-ci il tarixə bazar dəyəri 78000,0 (yetmiş səkkiz min) manat, likvid dəyəri isə 70000,0 (yetmiş min) manat və X3 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 135.9 kv.metr olan fərdi yaşayış evinin xx xxxxxxx 2020-ci il tarixə bazar dəyəri 23000,0 (iyirmi üç min) manat, likvid dəyəri isə 20000,0 (iyirmi min) manat təşkil edir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş-kredit müqaviləsinə əsasən illik Cavabdeh1 faiz dərəcəsi 28 (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş-kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Başkredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 135.9 kv.metr olan fərdi yaşayış evi xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İpoteka predmetinin dəyəriləndirilməsinə dair “X7” MMC-nin ƏEM/O 31-561/20 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli Ekspert rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 135.9 kv.metr olan fərdi yaşayış evinin xx xxxxxxx 2020-ci il tarixə bazar dəyəri dəyəri 23000,0 (iyirmi üç min) manat, likvid dəyəri isə 20000,0 (iyirmi min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borcluların əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsi üzrə 4816,01 (dörd min səkkiz yüz on altı manat bir qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6727,33 (altı min yeddi yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 200 (iki yüz) manat olmaqla, cəmi 11743.34 (on bir min yeddi yüz qırx üç manat, otuz dörd qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat pul tutulmalı, tələb tam mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 23000 (iyirmi üç min) manat müəyyən edilməli, bu əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsi üzrə cəmi 11743.34 (on bir min yeddi yüz qırx üç manat, otuz dörd qəpik) manat və ödənilmiş dövlət rüsumu 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1ində 0,08 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh2 ünvan 1ində 0.08 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. İş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə görə 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub “X7” MMC-nin hesabına ( VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT: GUNAAZ22) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsi üzrə 4816,01 (dörd min səkkiz yüz on altı manat bir qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6727,33 (altı min yeddi yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 200 (iki yüz) manat olmaqla, cəmi 11743.34 (on bir min yeddi yüz qırx üç manat, otuz dörd qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat pul tutulsun. Tələb tam mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 23000 (iyirmi üç min) manat müəyyən edilsin, bu əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxx 2013-cü il tarixli QFS-4750 saylı Baş kredit müqaviləsi üzrə cəmi 11743.34 (on bir min yeddi yüz qırx üç manat, otuz dörd qəpik) manat və ödənilmiş dövlət rüsumu 60 (altmış) manat məbləğində pul İddiaçı ASCyə ödənilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1ində 0,08 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh2 ünvan 1ində 0.08 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılsın. İş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə görə 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub “X7” MMC-nin hesabına ( VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT: GUNAAZ22) keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-485/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-485/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver