Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-494/2020 30.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X3, Cavabdeh2 və onların vəkili Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı dəymiş ziyanın tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona vurduğu 1035 (bir min otuz beş) manat və Cavabdeh2 ona vurduğu 1035 (bir min otuz beş) manat zərərin və Kapitalbanka ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona qaytarılmasına, torpağın hasarının ilkin vəziyyətə gətirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onun mülkiyyətində Qusar rayonu Avaran-qışlaq kəndi ərazisində yerləşən 1.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini təyinatı üzrə özü istifadə edə bilmədiyi üçün kəndçisi 2007-ci ildə pul məbləğinin müqabilində uzun müddət ərzində Aydın Mehdiyevin istifadəsinə vermişdir. Həmin torpağı Aydın Mehdiyev ailəsi ilə birlikdə 2015-ci ilə qədər istifadə etmiş və onun razılığı ilə torpaq sahəsi Aydın tərəfindən kol-kosla çəpərlənmişdir. Aydın Mehdiyev tərəfindən torpaq sahəsi istifadə edilən zaman onun Aydına qarşı heç bir şikayəti olmamışdır. Aydın Mehdiyevin həyat yoldaşı Rəginə ilə nikahları pozulduqdan sonra torpağı ona təhvil vermişdir. Nikahları pozulduqdan sonra Aydın Mehdiyev həmin evdən çıxmış və Bakı şəhərinə işi ilə əlaqədar köçmüşdür. 2015-ci il tarixdə Aydın Mehdiyevin oğlu Cavabdeh2 onun həmin torpaq sahəsini istifadə etmək üçün ondan icazə almış və aralarında şifahi müqavilə bağlanaraq torpaq sahəsi Cavabdeh2 istifadəsinə verilmiş və bunun müqabilində Cavabdeh2 ona 80 (səksən) manat pul pul verməli olmuş və torpaq sahəsinin vergisini ödəməyi öhdəsinə götürmüşdür. Həmin torpaq sahəsini cavabdehlər Cavabdeh2 və X6 2017-ci ilə qədər istifadə etmişlər. Qeyd etdiyi şərtlərlə razılaşan Cavabdeh2 80 (səksən) manatı ödəsə də, torpaq sahəsinin vergisini verməmişdir. Nəticədə onun torpaq vergisinə görə 120 (bir yüz iyirmi) manat borc yığılmışdır. Həmin fakta görə o, Cavabdeh2 torpaq sahəsinin geri qaytarılmasını və boşaldılmasını tələb etmişdir. Bundan sonra həmin torpaq sahəsində özü əkin işləri aparmışdır. 2019-cu ilin iyun ayında həmkəndlisi Dadaşbala Mehdiyəvdən torpaq sahəsini kombaynla biçməsini xahiş etmişdir. Həmin vaxt nəvəsi ilə xəstəxanada olduğu üçün biçilmiş taxılı onun evinə aparmasını da xahiş etmişdir. Dadaşbala Mehdiyev biçilmiş taxılı onun evinə aparan zaman cavabdehlər avtomobilin qarşısına çıxaraq buğdanın onlara məxsus olmasını bildirmişlər və buğdanı öz həyətlərinə boşaltmağı məcbur etmişlər. Cavabdehlər Rəginə Vəlimetovanın və oğlu Cavabdeh2 böhtan və şərindən ehtiyyat edərək, Dadaşbala Mehdiyev onlar istədikləri buğdanı cavabdehlərin həyətlərinə boşaltmışdır. 2.5 ton dəyərində buğdanın qiyməti 1250 (bir min iki yüz əlli) manat təşkil edir. Bundan başqa o, Cavabdeh2 torpaq sahəsində olan ağacları kəsməyə icazə vermiş, lakin Cavabdeh2 həyətdəki digər 15-20 ağacı da kəsmiş və nəticədə ona 700 (yeddi yüz) manat maddi ziyan vurmuşdur. Bu barədə o, Qusar rayon Prokurorluğuna ərizə vermiş, Qusar rayon Prokurorluğu xx xxxxxx 2019-cu il tarixdə şikayətini Qusar RPŞ-yə göndərmiş və rayon Polis şöbəsi araşdırma apararəkən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və dəymiş ziyanın ödənilməsinə dair tələb mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Qusar rayonu, Avaranqışlaq kənd sakinidir. Təxminən 2005-ci ildən İddiaçı tanıyır. İddiaçı onun həmkəndlisidir və aralarında heç vaxt heç bir düşmənçilik və ədavətləri olmamışdır. İddiaçı məxsus olan 1.04 hektar torpaq sahəsini hər il 80 (səksən) manat pul verməklə istifadə etməyə başlamışdır. Hər il həmin torpaq sahəsini əkib becərməklə istifadə etmiş və danışdıqları kimi hər il iddiaçıya torpaq sahəsindən istifadəyə görə 80 (səksən) manat pul vermişdir. 2019-cu ildə həmin yeri əkdikdən sonra biçin vaxtı onun xəbəri olmadan İddiaçı həmkəndliləri Dadaşbaladan torpaq sahəsini biçməyi xahiş etmiş və biçilmiş məhsulu da öz həyətinə aparmışdır. O, bundan xəbər tutduqdan sonra dərhal polisə məlumat vermiş və araşdırma aparıldıqdan sonra şifahi razılaşma ilə iddiaçı ona məhsulunun yarısını qaytarmışdır. İddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, aralarındakı razılaşmaya görə o, iddiaçıya hər il 80 (səksən) manat verməklə torpaq sahəsini istifadə etməli olmuş, lakin əvəzində iddiaçı məhsulu özbaşına apardığından o, əkib becərdiyi məhsulun yarısını götürə bilmişdir. Bundan əlavə o, iddiaçının həyətində heç bir ağac kəsməmişdir. İddiaçının göstərdiyi vaxtda o, Bakı şəhərində olmuşdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməyərək Cavabdeh2 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki,o, Qusar rayonu, Avaranqışlaq kəndində qeydiyyatdadır və Atluxan kəndində yaşayır. İddiaçı məxsus olan torpaq sahəsini aralarındakı razılaşmaya əsasən hər il 80 (səksən) manat verməklə 2007-ci ildən 2013-cü ilə kimi istifadə etmiş, həmin torpaq sahəsində arpa, buğda əkmiş və il ərzində həmin 1.04 hektar torpaq sahəsindən 3-4 ton arpa götürmüşdür. Cavabdeh Rəginə Vəlimətova ilə aralarında nikah pozulduqdan sonra iddiaçı Süsənxanımın torpaq sahəsini Rəginə və oğlu Aydın istifadə etmişlər. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını və şahid ifadədinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-00xx xxx 30103028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X7 1997-ci il 11 dekabr tarixli 17/2 nömrəli qərarı ilə İddiaçı və X5 mülkiyyətlərinə Qusar rayonu Avaranqışlaq kəndi ərazisindən 1.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı dəymiş ziyanın ödənilməsinə dair tələb mülki mübahisəli xarakterli olduğundan, həmin tələb üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İşdə olan HK-1 N 105 saylı İddiaçı ərizəsi əsasında toplamış rədd materialında olan X2 izahatından görünür ki, Süsənxanımın xahişi əsasında onun torpaq sahəsindəkı taxılı öz kombaynı ilə biçib Süsənxanımın həyətinə boşaltmışdır. Sonradan öyrənmişdir ki, həmin taxılı Süsənxanım ilə Nail birgə əkmiş və buna görə də onlar həmin taxılı öz arlarında bölmüşlər. Rəginə ilə Nail onu döymək istəməmiş, sadəcə onlar nəyə görə taxılı biçib Süsənxanıma apardığını soruşmuşlar. O, həmin yerin Nail tərəfindən əkilib becərilməsini bilməmişdir. Bildiyinə görə, Süsənxanım öz həyətində olan çinar ağaclarını yeşik düzəltmək isəyən alıcılara satmış. Nail onun həyətindən icazəsiz çinar kəsməyib. Çünki həmin vaxtlarda dəqiq bilir ki, Nail Bakı şəhərində işləmişdir. Süsənxanımın torpaq sahəsi heç vaxtı məftil ilə hasarlı olmayıb. Eşitdiyinə görə onun sahəsini Nailin anası Rəginə tikanlı ağac budaqları ilə bağlayıb. Süsənxanım qərəzli olaraq kənd camaatından əsassız olaraq şikayət edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus olan Qusar rayonu, Avaranqışlaq kəndi ərazisində yerləşən 1.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini aralarında şifahi razılaşmaqla hər il 80 (səksən) manat müqabilində Cavabdeh2 istifadəsinə vermişdir. Cavabdehlər Cavabdeh2 və X6 həmin torpaq sahəsini 2015-ci ildən əkib becərmiş və əvəzində hər il iddiaçıya 80 (səksən) manat pul vermişlər. 2019-cu ildə iddiaçı həmin torpaq sahəsini öz həmkəndlisi Dadaşbalaya biçdirmiş və məhsulu öz həyətinə aparmışdır. Cavabdehlərin şikayətindən sonra aralarında şifahi razılığıa gəlməklə həmin məhsulun yarısını cavabdehlərə qaytarmışdır. Bununla da, iddiaçı cavabdehlərin əkib-becərdiyi məhsulu özbaşına biçdirib evinə aparmaqla cavabdehlərin onun qarşısında olan öhdəliyi əvəzləşdirilmiş və cavabdehlərin iddiaçıya pul ödəmək öhdəliyi qalmamışdır. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının həyətində olan ağacları kəsməklə iddiaçıya ziyan vurması məhkəmədə öz təsdqini tapmamış, iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə ididiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia tələbi əsasızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı dəymiş ziyanın tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı dəymiş ziyanın tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-494/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-494/2020
30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver