Məhkəmə qərarları › İş №2(029)-494/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-494/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-494/2023 11.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olan uşaqlarının saxlanılmaları üçün onun xeyrinə tutulan alimentin miqdarmı artıraraq Cavabdeh birgə nikahdan anadan olan 10 dekabr 2008-ci il təvəllüdlü Ayla, 17 yanvar 2012-ci il təvəllüdlü Ayxan və 28 may 2016-cı il təvəllüdlü Rəsul adlı uşaqlarının saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi üç uşağa görə 660 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 04 iyul 2007-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan onların 10 dekabr 2008-ci il təvəllüdlü Ayla, 17 yanvar 2012-ci il təvəllüdlü Ayxan və 28 may 2016-cı il təvəllüdlü Rəsul adlı uşaqlarımız anadan olmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 226/2021 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşaqlarının saxlanılması üçün onun xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh mənə uşqlarmın saxlanılması üçün hər ay cəmi 300 manat aliment ödəməlidir. Cavabdeh ona ödəməli olan 300 manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki uşaqlar böyüdükcə onların maddi ehtiyaclarıda artır. Uşaqların gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə Cavabdeh uşaqların saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment tutulur. Cahabdeh həmin alimenti vaxtında ödəmir, hazırda onun 11 mindən çox aliment borcu yaranıb. Alimentin ödənilməməsi barədə dəfələrlə ədliyyəyə və prokurorluğa şikayətlər etmişdir. Cavabdehin harada işlədiyini bilmir, onunla maraqlanmır, cavabdeh ona “hara istəyirsənsə şikayət elə mən alimenti ödəməcəyəm, səni dəli edəcəyəm, dəlixanaya düşəcəksən uşaqlar da mənə qayıdacaq, alimenti mən səndən alacağam” deyir. Hazırda cavabdehdən 660 manat aliment tələb edir. O, bağda sahədə gilas yığıb uşaqlar üçün pul qazanır, işləyir, cavabdehin işləməsi barədə məlumatım yoxdur. Cavabdehi əmisi Şuşa şəhərinə aparmışdı, 2000 manat maaş alırdı, cavabdeh ona “sənə görə atdım işimi, baxarıq məni kim tutacaq” deyib. Cavabdehin bağlarda işlədiyini eşitmişdir, orda işləyənlər 500 manat maaş alır, onlarda iş davamlı olur, ilin 12 ayı da işdə olurlar. Ona qonşular deyib ki, cavabdeh işləyir, amma o, inanmıram ki, cavabdeh işləsin. O, bağda ancaq kömək edir, günə 10-20 manat alır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-226/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 08 dekabr 2020-ci il tarixdən başlayaraq 10 dekabr 2008-ci il təvəllüdlü X1, 17 yanvar 2012-ci il təvəllüdlü X2 və 28 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanılmaları üçün hər ay hər bir uşağa 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 386888 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahları xx.xx.2020-ci il tarixdə Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı “Səlimova” soyadını qəbul etmişdir. İşdə olan AZ-ll № 202879 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 dekabr 2008-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. İşdə olan AZ-ll № 666703 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 yanvar 2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. İşdə olan AZ-lll № 536633 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28 may 2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.3-ci maddəsinə əsasən 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(029)-226/2021 saylıqətnaməsi ilə Cavabdeh 10 dekabr 2008ci il təvəllüdlü X1, 17 yanvar 2012-ci il təvəllüdlü X2 və 28 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanılmaları üçün hər ay hər bir uşağa 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin miqdarı hazırda Ayla, Ayxan və Rəsul adlı uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Həmçinin iddiaçı gündəlik əmək fəaliyyəti ilə məşğul olduğunu bildirir. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat deyil, hər ay hər uşaq üçün160 (yüz altmış) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının 220 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı hər uşaq üçün 60 manat, cəmi 180 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 2160 (12 X 180=2160) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 11.60 manat, cəmi isə 41.60 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-226/2021 saylı 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 10 dekabr 2008-ci il təvəllüdlü X7 , 17 yanvar 2012-ci il təvəllüdlü X8 və 28 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar