Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-502/2024 13.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X23 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin itkin düşmüş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək oğlu X9 və gəlini X6 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun oğlu, xx.xx.1982-ci il təvəllüdlü X4 adlı şəxslə ailə həyatı qurmuş, nikahları Qusar rayon İHB-nın İmamqulukənd kənd İƏD üzrə Nümayəndəliyində 14 iyul 2009-cu il tarixdə 11 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 17 fevral 2012-ci il təvllüdlü Xədicə adlı bir uşaqları anadan olmuşdur. X22 2013-cü ildə öz arvadını və uşağını götürüb Suriya Respublikasına getmişdir. Həmin vaxtdan sonra uzun müddət nə oğlu Samirdən, nə də ailə üzvlərindən heç bir xəbər ala bilməmişlər. Bir müddət bundan əvvəl isə oğlu Samirin və onun arvadı Aidənin həlak olduğu xəbərini almışlar. Bundan sonra onun Azərbaycan Respublikasının müxtəlif qurumlarına etdiyi çoxsaylı müraciətlərindən sonra orada tək və baxımsız qalmış nəvəsi X11 dövlət orqanları tərəfindən Suriyadan Azərbaycan Respublikasına repatriasiya edilmiş və sığınacağa yerləşdirilmişdir. Bundan sonra isə onun müraciəti əsasında Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 10 avqust 2023-cü il tarixli 30 saylı Qərarı ilə o, X17nın üzərində qəyyum təyin edilmiş və onun hüquqlarının qorunması ona həvalə edilmişdir. Hal-hazırda nəvəsi X11 hər iki valideynini itirmiş və onun ailə başçısını itirməyə görə pensiya hüququ vardır. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Bundan başqa, X17nın valideyn himayəsindən məhrum olunduğu təsdiq edilməlidir. Bu səbəblərdən də, nəvəsi Xədivə Cumatrovanın valdeynləri, onun oğlu X9 və gəlini X6 xəbərsiz itkin düşmüş hesab edilmələri zərurəti yaranmışdır. Yuxarıda qeyd etdiyi kimi X22 və onun həyat yoldaşı Aidə Cumartova 2013-cü ildə Suriyaya getmiş, orada onların hərbi əməliyyatlar zamanı həlak olmaları barədə xəbər almışlar. X17 uzun müddət Suriyada tək və baxımsız qalmışdır. Bununla da, X22un və gəlini Aidə Cumartovanın uzun müddətdir ki, yaşadıqları ünvanda olmamaları ərizəyə əlavə etdiyi sənədlərlə təsdiq olunur, həmçinin onların Suriyada hərbi əməliyyatlar zamanı həlak olmalarını güman etməyə əsas verən hallar mövcuddur və belə olan halda həmin şəxslər xəbərsiz itkin düşmüş hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərilən halları təsdiq edərək ərizənin təmin edilməsi, X22un və gəlini Aidə Cumartovanın xəbərsiz itkin düşmüş hesab edilmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Vİİİ-JQ 442345 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1982-ci ildə anadan olmuş və atası Ərizəçidur. İşdə olan AZ-İ 460755 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X7 14 iyul 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və Aidə Əmiraslanova “Cumartova” soyadını qəbul etmişdir. İşdə olan V-BD 508297 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 17 fevral 2012-ci il tarixdə anadan olmuş, atası X16, anası X8r. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 10 avqust 2023-cü il tarixli 30 nömrəli qərarından görünür ki, Qusar rayonu İmamqulukənd kəndində yaşayan Ərizəçi öz nəvəsi 17 fevral 2012-ci ildə anadan olmuş X11 üzərində qəyyum təyin edilmiş və onun hüquqlarının qorunması Ərizəçi həvalə edilmişdir. İşdə olan 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Suriya Ərəb Respublikasına repatirasiya oğlunmuş şəxslər haqqında verilmiş arayışdan görünür ki, 17 fevral 2012-ci il təvəllüdlü X11 repatirasiya olunmuş şəxslər siyahısında olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində SXA-nin ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzinin direktoru Rəhilə Həsrətova, həmin mərkəzin tibb bacısı Jalə Nəcəfova və həmin mərkəzin təsərrüfat və xidmət şöbə müdiri Sevinc Dostuyeva tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, SXA-nin 3- 17-3/3-1-8584/2023 saylı 03 avqust 2023-cü il tarixli əmrinə əsasən Suriya Ərəb Respublikasından gətirilmiş xx.xx.2023-cü ildə reabilitasiya məqsədilə ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzində yerləşdirilən X11 sosial-psixoloji qiymətləndirilmiş və 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri tərəfindən müayinə olunaraq qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və Qusar rayonu İmamqulukənd kənd sakini babası Ərizəçi sağ-salamat təhvil verilmilşdir. İşdə olan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” qərarından görünür ki, 17 fevral 2012-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasoiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X16 və xx.xx.1982-ci il təvəllüdlü X6 məhkumluğu barədə məlumatlar yoxdur. İşdə olan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3- 39-9/21856/24 saylı məktubdan görünür ki, 22 sentyabr 1982-ci il təvəllüdlü X16 və 10 iyul 1982-ci il təvəllüdlü X6 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli elektron arayışdan görünür ki, həmin xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1982-ci il təvəllüdlü X13 və xx.xx.1982-ci il təvəllüdlü X10 adlı şəxslər haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Qusar rayon prokurorluğu tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli 291xid-24 saylı məktubdan görünür ki, xx.xx.1982-ci ildə Qusar rayonunda anadan olmuş X16 və xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş X12 barələrində həmin prokurorluqda hər hansı bir təqsirləndirici material yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-38-15/2-3555/24 saylı arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X2 dəfə xx.xx.2013-cü il tarixdə X15 Hava Limanından keçməklə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində tərk etməsi barədə məlumat qeydə alınmış, qayıtması barədə məlumat isə qeydə alınmamışdır. Həmçinin, xx.xx.1982-ci il təvəllüdlü X1 dəfə xx.xx.2013-cü il tarixdə X15 Hava Limanından keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində tərk etməsi barədə məlumat qeydə alınmış, qayıtması barədə məlumat isə qeydə alınmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu xx.xx.1982-ci il təvəllüdlü X16 xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasını Rusiya Federasiyası istiqamətində, gəlini Cumartova (Əmiraslanova) Aidə Niyazi qızı isə xx.xx.2013-cü il tarixdə Türkiyə Respublikası istiqamətində tərk etmişlər və həmin vaxtdan bir daha geri qayıtmamışlar. Eyni zamanda müəyyən olunmuşdur ki, X19 Cumartovanın (Əmiraslanovanın) birgə nikahlarından anadan olmuş 17 fevral 2012-ci il təvəllüdlü X11 03 avqust 2023-cü il tarixdə Suriya Ərəb Respublikasından Azərbaycan Respublikasına gətirilərək reabilitasiya olunmuş və bundan sonra sağlam şəkildə babası Ərizəçi təhvil verilmişdir. Xədicə Cumartova valideyn himayəsindən məhrum olunduğundan babası Ərizəçi Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən həmin uşağın qəyyumu təyin edilmiş, həmçinin həmin uşağın hüquqlarının qorunması həmin şəxsə həvalə edilmişdir. Bununla da, Ərizəçi oğlu, üzərində qəyyum təyin olunduğu Xədicə Cumartovanın isə atası olan Samir Cumartovun, o cümlədən həmin uşağın anası olan Aidə Cumartovanın (Əmiraslanovanın) iki ildən artıq müddətdir ki, yaşadıqları ünvanda olmamaları, harada olmaları barədə məlumatların mövcud olmaması, nəticədə isə ərizəçinin üzərində qəyyum təyin olunduğu Xədicə Cumartovanın uzun müddətdir ki, faktiki olaraq valideyn himayəsindən məhrum olması yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunur. Odur ki, Xədicə Cumartovanın sosial müdafiəsinin təmin edilməsi, o cümlədən Samur Cumartovun və Aidə Cumartovanın (Əmiraslanıvanın) əmlaklarının idarə edilməsi məqsədi ilə həmin şəxslərin xəbərsiz itkin düşmüş hesab edilmələri zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1982-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşamış X16 və xx.xx.1982-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşamış X12 xəbərsiz itkin düşmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşamış X16 və xx.xx.1982-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşamış X12 xəbərsiz itkin düşmüş hesab edilsinlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-502/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-502/2024
13.06.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver