Məhkəmə qərarları › İş №2(029)-510/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-510/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-510/2024 06.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 avqust 2012-ci il təvəllüdlü X6 və 25 may 2017-ci il təvəllüdlü X1 üçün tutulan alimentin məbləğinin artırılaraq, hər ay, hər uşaqa 235 (iki yüz otuz beş) manat cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 02 oktyabr 2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirərək Cavabdeh ilə ailə qurmuş, həmin nikahdan 19 avqust 2012-ci il tarixdə X9 və 25 may 2017-ci il tarixdə X7 adlı uşaqları olmuş, həmin uşaqlar hazırda onun yanında qalırlar. Qusar rayon məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(029)- 312/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə olan 02 oktyabr 2012-ci il tarixli nikahları pozulmuş, Nuh və Nuray adlı uşaqların yaşayış yeri kimi onun, yəni X2 yaşayış yeri müəyyən edilmiş, 19 avqust 2012-ci il təvəllüdlü X6 və 25 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona, yəni X8ma verilməsi qət edilmişdir. 19 avqust 2012-ci il təvəllüdlü X9 və 25 may 2017-ci il təvəllüdlü X7 adlı uşaqların normal saxlanması üçün 100 manat aliment kifayət etmir, uşaq böyüdükcə xərcləri artır, həmçinin 25 may 2017-ci il təvəllüdlü Nuray adlı uşaq məktəbə getdiyi üçün onun saxlanması xərcləri kəskin artmışdır, ona görə də cavabdehdən tutulan alimentin məbləğinin artırılmasını zəruri sayır. Respublikada müəyyən olunmuş bir uşağın saxlanması meyarı 235 (iki yüz otuz beş) manat olduğu nəzərə alınmaqla Cavabdeh tutulan alimentin hər uşaqa görə 235 ( iki yüz otuz beş) manat məbləğində cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafıq sayır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Alimentin artırılması barədə mediasiya şurasına 09 fevral 2024-cü il tarixdə onun tərəfindən ərizə verilmiş, Qusar 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya iclası 15 mart 2024-cü il tarixə təyin olunmuş, cavabdeh mediasiya şurasına gəlməmiş, bu barədə mediasiya şurası tərəfindən müvafiq arayış tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, cavabdehin ödədiyi 200 manat aliment kifayət etmir. Uşaqlardan biri azyaşlı olduğundan o, özü işləyə bilmir. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olur, qazancı yaxşıdır, lakin gəlirlərini içkiyə həsr edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərdi ki, köhnə bir avtomobili var və onunla arabir sərnişin daşıyır, lakin kifayət qədər gəlir əldə etmir. O, iddiaçı və övladları ilə birlikdə qalır, həmçinin evin kommunal xərclərini ödəyir, hər uşağa görə 100 manat aliment ödəyir, əlavə olaraq uşaqlara başqa nə isə alır. O, məhkəmə qərarı ilə təyin olunmuş 200 manat alimenti çətinliklə ödədiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 792910 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı aralarındakı nikahı Qusar rayon Qeydiyyat şöbəsində 02 oktyabr 2012-ci il tarixdə 150 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra İddiaçı “Abgülova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-T 043545 və AZ-İİİ 970518 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 19 avqust 2012-ci il tarixdə, X7 25 may 2017-ci il tarixdə anadan olmuşlar. Ataları Cavabdeh, anaları isə X4r. İşdə olan Qusar rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(029)-312/2021 saylı qətnaməsinindən görünür ki, X5 ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsində 02 oktyabr 2012-ci il tarixdi 150 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 19 avqust 2012-ci il təvəllüdlü X9 və 25 may 2017-ci il təvəllüdlü X7 anaları X2 himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yerləri kimi X2 yaşayış yeri müəyyən edilmiş, 27 may 1973-cü ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh X2 xeyrinə 19 avqust 2012-ci il təvəllüdlü X6 və 25 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(029)-312/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahlarından anadan olmuş Nuh və Nuray adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat miqdarında aliment tutulmuşdur. Həmin vaxtdan təxminən 3 ildən artıq müddət keçmiş, həmin müddət ərzində iddiaçının himayəsində olan uşaqların tələbatları artmaqla iddiaçının maddi vəziyyəti nisbətən ağırlaşmışdır. Odur ki, məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların mənafeyini, tərəflərin diqqətəlayiq olan maraqlarını, maddi və əmlak vəziyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməklə hər ay hər uşaq üçün 150 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının hər ay hər uşağa görə Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş məbləğə uyğun 235 manat miqdarda müəyyən edilməsini əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, hazırkı halda ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız cavabdehdən tutulması düzgün və ədalətli deyil, bu cavabdehin maraqlarının pozulmasına və onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, bir il ərzində ödəniləcək əlavə alimentin miqdarı, yəni iddianın qiyməti 1200 manat təşkil etdiyindən Cavabdeh 32.00 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(029)-312/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 27 may 1973-cü ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 19 avqust 2012-ci il təvəllüdlü X6 və 25 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar