Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-516/2023 18.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla 440 manat sabit pul məbləğində alimentin 01 sentyabr 2019-cu il təvəllüdlü X3 və 30 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 20 noyabr 2018-ci il tarixdə Cavabdehlə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək evlənmişdir. Cavabdeh ilə birgə nikahlarından 01 sentyabr 2019-cu il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və 24 avqust 2020-ci il tarixdən ayrı yaşayırlar. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə 01 sentyabr 2019-cu il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X4 adlı uşağların saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutulub Təlim və Tehran adlı uşağların saxlanılmaları üçün ona verilməsi qət edilmişdir. Hazırda uşağın saxlanma xərci artmışdır. Cavabdehdən tutulan aliment uşağın cüzi ehtiyaclarını belə ödəmir. O, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olur. Ona görə də məhkəmədən xahiş edir ki, 01 sentyabr 2019-cu il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X4 adlı uşağların yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, iki ildir ki, cavabdehdən ayrılıb atasının evinə qayıtmışdır. Uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 150 manat aliment və uşaqlara əlavə xərcə görə əlavə olaraq 150 manat da pul tutulmuşdur. Böyük uşağın artıq üç yaşı tamam olub, kiçik uşağın da üç yaşı bir aydan sonra tamam olacaq, əlavə xərclərə görə tutulan 75 manatı da kəsiləcək, o, uşaqların saxlamasında çətinlik çəkir. Hazırda balaca uşaq xəstədir, müalicəyə ehtiyacı var, himayəsində uşaqlar olduğuna görə o, işləyə bilmir. Onlar bir yerdə yaşadıqları vaxt cavabdeh kranda işləyib, hər ya evə 270 manat pul gətirib, hazırda cavabdehin işləməsi barədə məlumatı yoxdur. Cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 220 manat aliment tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, hazırda o, bağlarda fəhlə işləyir, günə 15 manat qazanıb alimenti ödəyir. Daimi iş yeri yoxdur. Fəhləlikdən başqa qazancı yoxdur. Bir uşağın üç yaşı tamam olduğuna görə artıq 75 manatı ödəmir. O, atası və anası ilə birlikdə qalır, valideynləri pensiya almırlar. Onun da hər gün işi olmur, Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-197/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 20 noyabr 2020-ci il tarixdən başlayaraq 01 sentyabr 2019-cu il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-935/2021 saylı 11 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdehlə İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində 20 noyabr 2018-ci il tarixli 184 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 01 sentyabr 2019-cu il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yeri müəyyən edilməsi, xx xxxxxxx 1988-ci ildə Özbəkistan Respublikası Mübarək şəhərində anadan olmuş, Qusar rayonu Yasab kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X3 və 30 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi isə 240 (iki yüz qırx) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-550/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxxxx 1988-ci ildə Özbəkistan Respublikası Mübarək şəhərində anadan olmuş, Qusar rayonu Yasab kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X3 və 30 iyul 2020-ci il təvəllüdlü X2 üç yaşı tamam olana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 75 (yetmiş beş) manat, cəmi isə 150 (yüz əlli) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə ola Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayədəliyindən verilmiş 13 dekabr 2022-ci il tarixli 808 saylı arayışdan görünür ki, İddiaçı hal-hazırda ünvan 1 ünvanında yerləşən atası X1 məxsus fərdi yaşayış evində aşağıda qeyd olunmuş az yaşlı uşaqları ilə birgə yaşayır.X5-xx.xx.2019. X4-xx.xx.2020. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ««Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-935/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə, Cavabdehlə İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində 20 noyabr 2018-ci il tarixli 184 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 01 sentyabr 2019-cu il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yeri müəyyən edilməsi, xx xxxxxxx 1988-ci ildə Özbəkistan Respublikası Mübarək şəhərində anadan olmuş, Qusar rayonu Yasab kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X3 və 30 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi isə 240 (iki yüz qırx) manat miqdarda aliment tutulması qət edilmişdir. Bundan başqa Qusar rayon Məhkəməsinin 2(029)-550/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə xx xxxxxxx 1988-ci ildə Özbəkistan Respublikası Mübarək şəhərində anadan olmuş, Qusar rayonu Yasab kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X3 və 30 iyul 2020-ci il təvəllüdlü X2 üç yaşı tamam olana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 75 (yetmiş beş) manat, cəmi isə 150 (yüz əlli) manat miqdarda aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi) manat deyil, hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir.Alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 150 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 1800 (12 X 150=1800) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 8 manat, cəmi isə 38 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-935/2021 saylı 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-516/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-516/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver