Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-533/2020 07.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş ziyan tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qusar rayonu Həzrə kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona vurulmuş maddi ziyanın əvəzi olaraq 3500 (üç min beş yüz) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxx 2019-cu il tarixdə səhər onlara məxsus iki baş balalı inək onun tərəfindən kənd naxırına qatılmışdır. Həmin gün mal növbəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olmuşlar. Saat 11 radələrində cavabdehlərin səhlənkarlığı üzündən ona məxsus həmin inəklər nəzarətsiz qalmış və yolda hərəkətdə olan Qusar rayonu, Yuxarı Kalunxur kənd sakini X4 idarə etdiyi “Opel Zafira” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə asfalt yolun hərəkət hissəsində olan ona məxsus həmin iki baş inəyi vurmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində hər iki inək xəsarət almış, ölümcül vəziyyətdə olan bir inəyi həmin gün kəsib ucuz qiymətdən sataraq satılan ətdən cəmi 200 (iki yüz) manat pul əldə edilmişdir. Digər inəyi də səhərisi gün kəsmiş və onun da ətini dəyər-dəyməzinə sataraq cəmi 300 (üç yüz) manat pul əldə etmişdir. Hazırda balalı bir baş inəyin bazar qiyməti 2000 (iki min) manatdır. Hesab edir ki, cavabdehlərin təqsiri üzündən ona məxsus iki baş inəyinin məcburi kəsilməsi nəticəsində ona cəmi 3500 (4000- 500) manat məbləğində ziyan dəymişdir və həmin məbləğ cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Belə ki, cavabdehlər barəsində Qusar rayon P.-nin DYPB-nin əməkdaşları tərəfindən Azərbaycan Respubliası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə xx xxx 2019-cu il tarixdə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Qusar rayopn məhkəməsinə göndərilmiş və Qusar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(029)-149/2019 və 3(029)-147/2019 və 3(029)-150/2019 nömrəli qərarları ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri Azərbaycan Respubliası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərəkl 80 (səksən) manat məbləğində cərimə olunmuşlar. Ona dəymiş maddi ziyanla bağlı olaraq dəfələrlə cavabdehlərə müraciət etmiş, hər dəfə cavabdehlər pulu qaytaracaqlarına söz versələr də hal-hazıra kimi dəymiş ziyanı ödəməmişlər. Odur ki, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 197 nömrəli Arayışdan görünür ki, İddiaçı İƏD-nın Həzrə kəndində pasport qeydiyyatındadır və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Qusar rayon “Riad” firması tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli Arayışdan görünür ki, 2019-cu ildə iri buynuzlu balalı heyvanın qiyməti 2000 manatdır. İşdə olan Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 541 nömrəli Arayışdan görünür ki, xx xxx 2019-cu il tarixdə Həzrə-Zuxul yolunda baş vermiş yol qəzasında yaralanmış iki baş inək Həzrə inək sakini X1 məxsusdur. İşdə olan İV-ЖГ № 250519 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki,X3 ilə X2 arasında xx xxxxxx 1985-ci il tarixdə Qusar rayonu Həzrə kənd VVAQ şöbəsində 44 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Baqişova soyadı verilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 3(029)-147/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli Qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 3(029)-149/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli Qərarından görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 3(029)-150/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli Qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan iki baş balalı inək xx xxx 2019-cu il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 naxır növbəsində olduqları vaxt cavabdehlərin səhlənkarlığı ucbatından nəzarətsiz qalmış və yolda hərəkətdə olan Qusar rayonu, Yuxarı Kalunxur kənd sakini X4 idarə etdiyi “Opel Zafira” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə asfalt yolun hərəkət hissəsində olan iddiaçıya məxsus həmin iki baş inəyi vurmuş və nəticədə iddiaçıya yekun olaraq 3500 manat məbləğində ziyan dəymişdir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, 2019-cu ildə bir baş iribuynuzlu balalı heyvanın qiyməti 2000 (iki min) manat olmuşdur. İddiaçıya dəymiş ziyan iki baş inəyə görə 4000-500=3500 manat təşkil edir. Odur ki, həmin 3500 (üç min beş yüz) manat maddi ziyan cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3500 (üç min beş yüz) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3500 (üç min beş yüz) manat məbləğində maddi zərərin əvəzi və 30 (otuz) manat dövlət rüsumu xərci alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-533/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-533/2020
07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver