Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-546/2020 16.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə1 Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1150 (bir min bir yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun qızıdır. İddiaçı xx xxxx 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edib Cavabdeh ilə ailə həyaı qurmuşdur. 2014-cü ilin mart ayından 2015-ci ilin sonuna kimi iddiaçı ilə cavabdeh birgə təsərrüfat aparmaqla ər-arvad kimi birgə yaşamışlar. İddiaçı və cavabdehin birgə yaşadıqları dövrdə xx xxxxxxx 2015-ci il təvəllüdlü Milyana adlı uşaqları anadan olmuşdur. İddiaçı 2015-ci ilin sonunda Cavabdeh ayrılmış və Cavabdeh özünün həmin uşağın atası olmadığını bildirmişdir. Bu səbəbdən də iddiaçı Qusar rayon məhkəməsində iddia qaldıraraq atalığın müəyyən edilməsi və Cavabdeh Milyana adlı uşağın saxlanması üçün aliment tutulması barədə qətnamə çıxaırlmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-48/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 münasibədə atalığı müəyyən edilmiş, həmin uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh Qusar rayon məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, işə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən iş üzrə məhkəmə-genetik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhəmə-Tibbi Ekspertizası və X4-Təcrübə və Tədris Birliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 9/864 saylı ekspert rəyi ilə Cavabdeh Milyana adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Ekspertiza təyin olunduqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhəmə-Tibbi Ekspertizası və X4- Təcrübə və Tədris Birliyinin hesabına 3000 (üç min) manat məbləğində pul köçürülməli olmuş, həmin pulun 1150 (bir min bir yüz əlli) manat hissəsini həmin Birliyə İddiaçı ödəmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən isə məhkəmə xərcləri Cavabdeh aid edilmişdir. Bununla da, Cavabdeh əsassız olaraq iddiaçının əlavə 1150 (bir min bir yüz əlli) manat xərc çəkməyinə səbəb olmuşdur. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 1150 (bir min bir yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul edərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Cavabdeh ilə İddiaçı xx xxxx 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək evlənmişlər və 2014-cü ilin mart ayından 2015-ci ilin sonuna kimi ər-arvad münasibətlərində yaşamışlar. İddiaçı ilə cavabdehin faktiki nikahlarından xx xxxxxxx 2015-ci il tarixdə Milyana adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə cavabdeh ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və 2015-ci lin sonundan ayrı yaşayırlar. Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)- 48/2019 saylı qətnaməsi ilə Cavabdeh Milyana adlı uşağa münasibətdə atalığı müəyyən edilmiş və həmin uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə-genetik ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhəmə-Tibbi Ekspertizası və X4-Təcrübə və Tədris Birliyi tərəfindən ekspertiza aparılarkən 3000 (üç min) manat təşkil edən ekspertiza xərcinin 1150 (bir min bir yüz əlli) manatını İddiaçı ödəmişdir. İddiaçının tələb etdiyi məblği hazırda qaytarmağa maddi imkanları yoxdur. Maddi imkanları olan kimi həmin 1150 (bir min bir yüz əlli) manatı İddiaçı qaytaracaqlar. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 129 nömrəli Arayışdan görünür ki, xx xxxxxx 1989-cu il təvəllüdlü İddiaçı həqiqətən Qusar rayonunun Qullar kəndində yaşayır və qeydiyyatdadır. Hal-hazırda heç bir yerdə işləmir. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-48/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X3 münasibətdə atalığının müəyyən edilməsi və bu barədə VVAQ kitablarında müvafiq qeyd aparılmaqla uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)- 2710/2019 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)- 48/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 888059 nömrəli X8 Qəbzindən görünür ki, İddiaçı genetik-ekspertizanın aparılması, mal-materialların alınması üçün 1150 (bir min bir yüz əlli) manat ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər xx xxxx 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən evlənmiş və faktiki nikahlarından xx xxxxxxx 2015ci il təvəllüdlü Milyana adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün 2015-ci ilin sonunda ayrılmışlar. Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-48/2019 saylı qətnaməsi ilə Cavabdeh xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X3 münasibətdə atalığının müəyyən edilməsi və bu barədə VVAQ kitablarında müvafiq qeyd aparılmaqla uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)-2710/2019 saylı qətnaməsinə əsasən Qusar rayon məhkəməsinin 2(029)-48/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx xxxxxxx 2015-ci il təvəllüdlü Milyana adlı uşağa münasibətdə atalığının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhəmə-Tibbi Ekspertizası və X4-Təcrübə və Tədris Birliyi tərəfindən genetik ekspertizanın keçirilməsi üçün Birliyin hesabına keçirilməli olan 3000 (üç min) manat plun 1150 (bir min bir yüz əlli) manatını İddiaçı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1150 (bir min bir yüz əlli) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1150 (bir min bir yüz əlli) manat məbləğində maddi zərərin əvəzi və 30 (otuz) manat dövlət rüsumu xərci alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-546/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-546/2020
16.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver