Məhkəmə qərarları › İş №2(029)-55/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-55/2021

18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-55/2021 18.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus cəmi 19 baş mal-qara tərəfindən mülkiyyətində olan 1,5 ha bağ sahəsinə vurulmuş cəmi 2048 manat ziyanın əvəzi olaraq Cavabdeh1 431 manat 20 qəpik, Cavabdeh2 539 manat, cavabdeh X1 215,60 manat, Cavabdeh4 107,80 manat, Cavabdeh5 323,40 manat, Cavabdeh6 215,60 manat və Cavabdeh7 215,60 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun həmin şəxslərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Ləcət kəndində yaşamaqla mülkiyyətində həmin kənd ərazisində yerləşən 1.40 ha bağ sahəsi vardır. 27.07.2019-cu tarixdə qeyd olunan bağ sahəsinə Qusar rayonu Ləcət kənd sakini Cavabdeh1 məxsus 4 baş və Kirig kənd sakinləri Cavabdeh2 Xanbala oğluna məxsus 5 baş, X6 məxsus 2 baş, Cavabdeh4 məxsus 1 baş, Cavabdeh5 məxsus 3 baş, Cavabdeh6 məxsus 2 baş və Cavabdeh7 məxsus 2 baş iri buynuzlu mal-qara olmaqla cəmi 19 baş mal-qara tərəfindən ziyan vurulmuşdur. O, bu barədə Həzrə bələdiyyəsinə və Həzrə Polis bölməsinə şikayət etmiş, Həzrə Bələdiyyəsinin və Həzrə Polis bölməsinin əməkdaşları həmin əraziyə gələrək oraya mütəxəssis aqronomun iştirakı ilə baxış keçirmiş, baxış zamanı 25-30 ədəd alma ağacının qol budağının məhv edilməsi, 0.45 ha otlaq sahəsinin tamamilə yararsız vəziyyətə salınması müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. O, cavabdehlərə məxsus mal-qara tərəfindən bağ və otlaq sahəsinə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün Qusar rayonu X12 Mərkəzinə ərizə ilə müraciət etmiş və Mərkəzin bitkiçilik sektorunun müdürü İlham İskəndərovun 30.07.2019-cu il tarixli rəyindən görünür ki, mülkiyyətində olan 1.5 ha bağ sahəsinə keçirilən baxış zamanı ***- **** kq meyvə məhsuluna və 280-320 kq quru ota ziyan vurulması müəyyən edilmişdir. Qusar rayonu Riyad firmasının 02.08.2019-cu il tarixli arayışı ilə 2019-cu ildə bir kq alma məhsulunun qiymətinin 1.5-2 manat olması müəyyən edilir. Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyinin 614 saylı, 05.08.2019-cu il tarixli arayışı ilə ərazidə 20 kq-lıq ot bağlamasının bazar qiyməti 2.5-3 manat olması müəyyən edilir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, cavabdehlərə məxsus cəmi 19 baş mal-qara tərəfindən bağ və otlaq sahəsinə vurulmuş ziyanın məbləği (1000 kq x 2 manat = 2000 manat, 320 : 20= 16 x 3= 48 manat olmaqla cəmi 2048 manat təşkil edir ki, həmin məbləğ də onlara məxsus mal-qaranın sayına görə bölünərək ( 2048:19= 107 manat 80 qəpik) bir baş malqaraya görə 107.80 manat olmaqla Cavabdeh1 431 manat 20 qəpik, Cavabdeh2 Xanbala oğlundan 539 manat, X1 215.60 manat, Cavabdeh4 107.80 manat, Cavabdeh5 323.40 manat, Cavabdeh6 215.60 manat və Cavabdeh7 215.60 manat məbləğində pul alınaraq ona verilməlidir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, ekspertiza mərkəzinin rəyi ilə razıdır, ekspertizanın rəyinə uyğun cavabdehlərdən ona dəymiş ziyanı tələb edir. Həmçinin, təyin olunmuş məhkəmə iclasına gələ bilir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 Rabiddin oğlu iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Ləcət kənd sakinidir və İddiaçı ilə həmkəndlidirlər. İddiaçıya və ailə üzvlərinə məxsus olan Qusar rayonu Ləcət kəndində yerləşən bağ və otlaq sahəsinə 27 iyul 2019-cu il tarixdə müəyyən sayda mal-qara daxil olaraq alma ağaclarına və otlaq sahəsinə ziyan vurmuşdur. Onun 2 baş inəyi olduğu halda iddia ərizəsində 4 baş inəyə görə ondan 431.20 (dörd yüz otuz bir iyirmi qəpik) manat tələb olunur. Həmin vaxt o, özü də orada olmuş, 2 baş inəyinə görə iddiaçıya 50 (əlli) manat təklif etsə də, İddiaçı onunla razılaşmamışdır. İddiaçının tələb etdiyi məbləğ, müəyyən edilmiş ziyan yüksək göstərilmişdir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 Rabiddin oğlu sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, ekspertiza mərkəzinin rəyi ilə razıdır, ondan iddiaçının xeyrinə ziyanın ekspertizanın rəyinə uyğun tutulmasını xahiş edir. Həmçinin, təyin olunmuş məhkəmə iclasına gələ bilir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh4 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Kirig kənd sakinidir. 27 iyul 2019-cu il tarixdə iddiaçıya və ailə üzvlərinə məxsus olan Qusar rayonu Ləcət kəndi ərazisində yerləşən bağ sahəsinə və otlaq sahəsinə mal-qara daxil olaraq alma ağaclarına və otlaq sahəsinə ziyan vurmuşdur. Həmin vaxt iddia ərizəsində də qeyd olunduğu kimi həmin mal-qara içərisində ona məxsus olan 1 (bir) baş inək olmuşdur. İddiaçının tələb etdiyi məbləğ, yəni ziyan yüksək göstərilmiş, həmin ziyan məbləği ilə razı deyildir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh4 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh5 iddianı qismın qəbul etmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Kirig kənd sakinidir. 27 iyul 2019-cu il tarixdə iddiaçıya və ailə üzvlərinə məxsus olan Qusar rayonunun Ləcət kəndi ərazisində yerləşən bağ sahəsinə və otlaq sahəsinə mal-qara daxil olaraq alma ağaclarına və otlaq sahəsinə ziyan vurmuşdur. Həmin mal-qara içərisində ona məxsus olan iddia ərizəsində göstərildiyi kimi 3 (üç) baş inək olmuş və İddiaçı 3 baş inəyə görə ondan 323.40 (üç yüz iyirmi üç manat qırx qəpik) manat tələb edir ki, həmin məbləğlə razı deyil. Dəymiş ziyan yüksək göstərilmişdir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh5 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh6 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Kirig kənd sakinidir. 27 iyul 2019-cu il tarixdə iddiaçıya və ailə üzvlərinə məxsus olan Qusar rayonu Ləcət kəndi ərazisində yerləşən bağ sahəsinə və otlaq sahəsinə mal-qara daxil olaraq alma ağaclarına və otlaq sahəsinə ziyan vurmuşdur. Onun təsərrüfatında 1 (bir) baş inək, 1(bir) baş düyə və 1 (bir) baş dana vardır. Çölə yalnız inəyi buraxır. Ona məxsus olan həmin 1 (bir) baş inək İddiaçı və ailə üzvlərinə məxsus bağ və otlaq sahəsinə daxil olmamış və iddiaçıya ziyan vurmamışdır. Lakin, iddiaçı ondan 2 (iki) baş inəyə görə 215.60 (iki yüz on beş manat altmış qəpik) manat tələb edir ki, bu da tamamilə əsassızdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh6 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ona məxsus mal iddiaçıya ziyan vurmamışdır. Hazırda o, yüksək təzyiq, şəkər və ürəyin işemik xəstəliyindən əziyyət çəkir, evdən çıxa bilmir. Ona görə də, məhkəməyə gələ bilməməsinin üzürlü sayılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh7 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Kirig kənd sakinidir. 27 iyul 2019-cu il tarixdə iddiaçıya və ailə üzvlərinə məxsus olan Qusar rayonunun Ləcət kəndi ərazisində yerləşən bağ sahəsinə və otlaq sahəsinə mal-qara daxil olaraq alma ağaclarına və otlaq sahəsinə ziyan vurmuşdur. Həmin mal-qara içərisində ona məxsus olan iddia ərizəsində göstərildiyi kimi 2 (iki) baş inək olmuş və İddiaçı 2 baş inəyə görə ondan 215.60 (iki yüz on beş manat altmış qəpik) manat tələb edir ki, həmin məbləğlə razı deyil. Dəymiş ziyan yüksək göstərilmişdir. Cavabdeh7 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən sonuncu məhkəmə iclası tərəflərin iştirakları olmadan keçirilərək işə baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin əvvəlki məhkəmə iclasında verdikləri izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Seriya MA ******* saylı 30.04.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Ləcət kəndi ərazisində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4, İddiaçı və X7 adlarına qeydiyyata alınmışdır. İşdə olan Həzrə bələdiyyəsinin nümayəndəsi Rizvan Hacıbalayevin, Həzrə Polis bölməsinin əməkdaşı Afəl Əliverdiyevin, Ləcət kənd sakini (aqronom) Faik Kazımovun, Ləcət kənd sakini İddiaçı və Həzrə Polis bölməsinin sahə rəisi Eşqin Tahirovun tərtib elədikləri 28 iyul 2019-cu il tarixli Aktdan görünür ki, 27.07.2019-cu il tarixdə Ləcət kəndi ərazisində yerləşən İddiaçı məxsus 1.5 ha bağ sahəsinə Ləcət kənd sakini Cavabdeh1, Kirig kənd sakini Cavabdeh2 Xanbala oğluna, Kirig kənd sakini Cavabdeh7, Cavabdeh5, X2 və Kirig kənd sakini Cavabdeh4 məxsus olan mal-qara tərəfindən ziyan vurulmuşdur. Nəticədə 25-30 ədəd alma ağacının qol-budağı məhv edilmiş, 0.45 ha otlağı tamamilə yararsız vəziyyətə salmışdır. Həmin Akta fotoşəkillər əlavə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 614 saylı 05.08.2019-cu il tarixli arayışdan görünür ki, Həzrə kənd İƏD-də 20 kq-lıq ot bağlamasının bazar qiyməti 2.5-3 manatdır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X12 Mərkəzi tərəfindən verilmiş 01 avqust 2019-cu il tarixli 111 saylı rəydən görünür ki, 30.07.2019-cu il tarixində Qusar rayonu Ləcət kənd sakini İddiaçı ərazisinə əsasən şəxsi mülkiyyətində olan 1.5 ha bağ sahəsinə iri buynuzlu mal-qara tərəfindən ziyan vurulduğunu bildirərək, həmin sahəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ***-**** kq yaxın meyvə məhsuluna və 280-320kq quru ota ziyan dəymişdir. İşdə olan “Riad” firması tərəfindən verilmiş 2 avqust 2019-cu il tarixli arayışdan görünür ki, 2019-cu ildə bazarda almanın qiyməti 1.5-2 manat olmuşdur. İşdə olan cavabdehlər Cavabdeh1 Rabiddin oğlunun, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 vəsatəti əsasında təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji, məhkəməəmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 7/863: 9/6163 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Qusar X12 Mərkəzinin 111 nömrəli, 01 avqust 2019-cu il tarixli rəyinə əsasən 30.07.2019-cu il tarixdə Qusar rayonu Ləcət kənd sakini İddiaçı şəxsi mülkiyyətində olan 1.5 ha bağ sahəsinə iri buynuzlu mal-qara tərəfindən ziyan vurulmuşdur. ***-**** kq-a yaxın meyvə məhsuluna və 280-320 kq quru ota ziyan dəyməsi müəyyən olunmuşdur. Bundan başqa, rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında göstərilən 300 (280-320) kq. quru otun bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 36,00 manat, 950 (900-1000) kq alma- 1140.00 (950 x 1.2 m) manat müəyyən edilir. Bazarlarda olan tələb və təklifdən, almanın növündən və sair asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli 7/863: 9/6163 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 7/863: 9/6163 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Ləcət kəndində yerləşməklə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 1.40 ha bağ sahəsinə 27.07.2019-cu tarixdə Qusar rayonu Ləcət kənd sakini Cavabdeh1 məxsus 4 baş və Kirig kənd sakinləri Cavabdeh2 Xanbala oğluna məxsus 5 baş, X6 məxsus 2 baş, Cavabdeh4 məxsus 1 baş, Cavabdeh5 məxsus 3 baş və Cavabdeh7 məxsus 2 baş, həmçinin hazırkı iş üzrə cavabdeh olmayan Rahim adlı şəxsə məxsus 2 baş iri buynuzlu mal-qara olmaqla cəmi 19 baş mal-qara tərəfindən ziyan vurulmuşdur. Həmin hal təqdim edilmiş sənədlərlə, həmçinin həmin şəxslərin məhkəmədə verdikləri izahatları ilə təsdiq olunmuşdur. Cavabdeh6 məxsus mal-qaranın iddiaçının bağ sahəsinə ziyan vurması isə məhkəmədə öz təsdiqini tapmamış, təqdim edilmiş aktda həmin şəxsin mal-qarasının həmin bağ sahəsinə ziyan vurması öz əksini tapmamışdır. Bununla da, Cavabdeh6 istisna olmaqla digər cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. İddiaçıya dəymiş ziyanın məbləği isə yuxarıda göstərilən ekspert rəyi ilə 1176 (36+1140,00) manat müəyyən edilmişdir. Həmin ziyanın hər bir cavabdehin üzərinə düşən miqdarı müəyyən edilərkən məhkəmə hesab edir ki, hər bir cavabdeh özünə məxsus malın sayına uyğun məsuliyyət daşımalıdır. İddiaçıya məxsus bağ sahəsinə bir baş malın vurduğu ziyanın məbləği 61,90 manat təşkil edir (1176/19=61,90). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 247.60 manat, Cavabdeh2 309,50 manat, cavabdeh X1 123,80 manat, Cavabdeh4 61,90 manat, Cavabdeh5 185,70 manat və Cavabdeh7 123,80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Cavabdeh6 qarşı iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizası cavabdehlər Cavabdeh1 Rabiddin oğlunun, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 təşəbbüsü ilə təyin edilmişdir. Cavabdeh6 qarşı iddia rədd olunduğundan həmin şəxs istisna olmaqla məhkəmə xərcləri digər cavadehlərdən tutulmalıdır. Bu səbəbdən də, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 Rabiddin oğlundan, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 247.60 manat, Cavabdeh2 309,50 manat, cavabdeh X1 123,80 manat, Cavabdeh4 61,90 manat, Cavabdeh5 185,70 manat və Cavabdeh7 123,80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 Rabiddin oğlundan, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar