Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-550/2020 06.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə X2 X1 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 X1 Cavabdeh Hacımırzə oğluna qarşı ziyanın ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hacımırzə oğlu tərəfindən Meşə Fonduna vurulmuş 208,29 manat ziyanın X3 Bank. Kod 200651 VÖEN: **********, Müxbir hesab: AZ37NABZ******************** S.Ü.İ.F.T BİK AİİBAZ2X.Quba RM və TM H/H AZ85AİİB******************** VÖEN ********** xüsusi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə hazırlıq iclasına gəlməmişlər, məhkəmənin hazırlıq iclası iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan keçirilmiş və işin məhkəmə baxışı xx xxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər, məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilməklə təxirə salınmış, bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4. maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 X1 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki iş, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-550/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-550/2020
06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver