Məhkəmə qərarları › İş №2(029)-550/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-550/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-550/2023 27.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X7 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X15 ilə birgə nikahlarından anadan olmuş 03 dekabr 2014-cü il təvəllüdlü X3 və 11 iyun 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X4 onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx)manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 04 noyabr 2013-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh X15 ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 03 dekabr 2014-cü il təvəllüdlü X11 və 11 iyun 2016-cı il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. Daha sonra cavabdehlə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-1071/2021 saylı qətnaməsinə əsasən X15 ilə aralarında olan nikahın pozulması, 03 dekabr 2014-cü il təvəllüdlü X3 və 11 iyun 2016-cı il təvəllüdlü X8 onun himayəsində saxlanılmaları və həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X4 onun xeyrinə hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh ona uşaqların saxlanılması üçün cəmi 240 (iki yüz qırx) manat aliment ödəyir. Cavabdehin hal-hazırda iki uşaq üçün ödədiyi alimentin məbləği bir uşağın belə ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Onun üçün isə iki uşağın günbəgün artan ehtiyaclarının qalan hissəsini təkbaşına ödəmək olduqca çətindir. Bu isə uşaqların müəyyən dərəcədə məhrumiyyətlərlə qarşılaşmalarına səbəb olur. Hesab edir ki, uşaqların minimum ehtiyaclarından savayı davamlı olaraq müayinə-müalicə xərcləri, təhsillə bağlı əlavə məşğələlər keçməsi, əyləncə-istirahət və s. kimi digər xərcləri də mövcuddur. Ona görə də, cavabdeh X15 uşaqların normal şərtlərlə yaşamaları, təhsil-tərbiyyə almaları və böyümələri üçün əlavə aliment ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, iki uşağı var, uşaqlar 7-8 yaşlarındadır, uşaqlar məktəbə gedirlər. Hazırda cavabdehdən uşaqların saxlanması üçün 240 manat aliment tutulur. Aliment iki ilə əvvəl kəsilib, cavabdeh hər ay 240 manatı ödəyir, onun aliment borcu yoxdur. Cavabdeh ilə bir yerdə yaşadıqları vaxt bütün xərcləri əri ödəyirdi. Cavabdeh Veysəloğlu şirkətində sürücü işləyib, 700 manat əmək haqqı alıb. Hazırda özü, mağazada satışı kassir işləyir, 300 manat əmək haqqı alır. Cavabdeh əmək haqqını kartla alırdı, ondan əlavə əlbəəl əlavə pul da alırdı. Hazırda o, uşaqları saxlaya bilmir, tutulan aliment uşaqların saxlanmasına bəs eləmir, alimentin miqdarının artırılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X12 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onun əmək haqqına görə ondan hər uşağa 120 manat olmaqla iki uşağa 240 manat aliment tutulur. Aliment tutulan vaxtdan hal hazıra kimi onun həmin yerdə işləyir, əmək haqqında artım olmayıb. Əmək haqqına uyğun olaraq o, uşaqlara lazım olanları ilə təmin edir, alimenti vaxtı vaxtında ödəyir. O, uşaqların məsuliyyətini dərk edir, bir valideyn kimi onun də normal dolanıb yaşamağa haqqı var. Aldığı əmək haqqından o, aliment ödəyir, kredit verir, qalan pulu da yol xərclərini ödəyir. Yeməyini isə valideynləri və qardaşı ödəyir. Əlavə alimenti ödəməyə imkanı yoxdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-1071/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X13 arasında Xaçmaz rayonu Xudat şəhəri İƏD üzrə 04 noyabr 2013-cü il tarixli 66 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 03 dekabr 2014-cü il təvəllüdlü X14 və 11 iyun 2016-cı il təvəllüdlü X17 anaları X5 himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi X5 yaşayış yeri müəyyən edilməsi, xx xxxxx 1987-ci il ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh X5 xeyrinə 03 dekabr 2014-cü il təvəllüdlü X6 və 11 iyun 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 447336 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 03 dekabr 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 817160 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11 iyun 2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X10r. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-1071/2018 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X13 arasında Xaçmaz rayonu Xudat şəhəri İƏD üzrə 04 noyabr 2013-cü il tarixli 66 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 03 dekabr 2014-cü il təvəllüdlü X14 və 11 iyun 2016-cı il təvəllüdlü X17 anaları X5 himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi X5 yaşayış yeri müəyyən edilməsi, xx xxxxx 1987-ci il ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh X5 xeyrinə 03 dekabr 2014-cü il təvəllüdlü X6 və 11 iyun 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qusar rayon Məhkəməsinin 2(029)-1071/2018 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Bu baxımdan cavabdehin alimentin artırılmasına razı olmaması ilə bağlı gətirdiyi dəlillərlə razılaşmayaraq məhkəmə qeyd edir ki, qanunun mənasına görə az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2023-cü il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdeh X1 uşağa görə sabit pul məbləğində hər ay 150 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi) manat deyil, 150 (yüz əlli) manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. Aliment tutulduğu vaxtdan sonra cavabdeh Elxan Səfirbəyovun maddi vəziyyətində alimentin miqdarının 220 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Qusar rayon Məhkəməsinin 2(029)-1071/2018 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh X1 İddiaçı xeyrinə 3 dekabr 2014-cü il təvəllüdlü X14 və 1 iyun 2016-cı il təvəllüdlü X17 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 60 manat artırıldığından cavabdeh X2 bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 720 (12 X 60=720) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, X1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-1071/2018 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh X1 İddiaçı xeyrinə 3 dekabr 2014-cü il təvəllüdlü X14 və 1 iyun 2016-cı il təvəllüdlü X17 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. X1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar