Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-557/2023 16.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağalıyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırda məhkəmənin icraatında olan iddia tələbi ilə bağlı göstərilmiş məbləğ icra qeydində qeyd edilmişdir. Həmçinin iş üzrə icraata xitam verilməsinə razı olmadığı bildirmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş və bildirmişdir ki, tərəflər arasında hazırki mübahisə üzrə 20 avqust 2019cu il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində icra qeydi mövcuddur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş 20 avqust 2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixədək vaxtında ödənilməmiş 32500 (otuz iki min beş yüz) ABŞ dolları şəklində (o günə olan manatla kurs üzrə 1 ABŞ dolları = 1.5456 manat) 53625 (əlli üç min altı yüz iyirmi beş) manat tutulması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 20 avqust 2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixədək vaxtında ödənilməmiş 57500 (əlli yeddi min beş yüz) ABŞ dolları şəklində (o günə olan manatla kurs üzrə 1 ABŞ dolları = 1.5456 manat) 88872 (səksən səkkiz min səkkiz yüz yetmiş iki) manat tutulması qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mübahisə üzrə icra qeydi mövcud olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının İcra haqqında qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Məhkəmə, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsində tələb etdiyi 32500 (otuz iki min beş yüz) ABŞ dolları şəklində pulun 20 avqust 2019-cu il tarixli icra qeydinə əsasən İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixədək vaxtında ödənilməmiş 32500 (otuz iki min beş yüz) ABŞ dolları şəklində (o günə olan manatla kurs üzrə 1 ABŞ dolları = 1.5456 manat) 53625 (əlli üç min altı yüz iyirmi beş) manat tutulması qeyd edilmiş mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı məhkəmə işə baxılması üçün ödənilmiş 256 (iki yüz əlli altı) manat dövlət rüsumu (QƏBZ nömrəsi: **********) İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı məhkəmə işə baxılması üçün ödənilmiş 256 (iki yüz əlli altı) manat dövlət rüsumu (QƏBZ nömrəsi: **********) İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-557/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-557/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver