Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-558/2023 10.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulması nəticəsində yaranmış borc pulun tələbinə ” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulması nəticəsində yaranmış borc pulun tələbinə ” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun tərəfindən 22 dekabr 2021-ci il tarixli № 21/95 olan alqı-satqı müqaviləsi üzrə öhdəliyinin pozulması nəticəsində ona borclu qaldığı 152,02 (yüz əlli iki manat iki qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödədiyinin 30,00 manat dövlət rüsumunun, alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsinixahiş etmişdir.. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə etibarnamə üzrə nümayəndəsi arasında 22 dekabr 2021-ci il tarixində bağlanmış № 21/95 olan alqı-satqı müqaviləsinə əsasən ona, Qusar şəhəri, Xanmətov küçəsində yerləşən, ona məxsus olan “1001 xırdavat” mağazasından 222,40 manat dəyərində profil borca verilmişdir. Cavabdeh tərəfindən 70,0 manat ilkin ödəniş edilmiş, müqaviləylə müəyyən edilmiş 7,62 manat komissyon xərcləri, 12,0 manat faiz pulu ilə birlikdə 172,2 manat borcu qalmışdı. Cavabdeh borcu, müqaviləylə müəyyən edilmiş ödəmə qrafiki üzrə və hər aya müəyyən edilmiş 40,01 manat məbləğdə ödəmələr etməklə 2021-ci ilin 22 yanvar tarixindən başlayaraq, 4 ay ərzində, 2022-ci ilin aprel ayının 22-nə kimi (həmin ay da daxil olmaqla), ödəməli idi. Müqavilə bağlanandan sonra cavabdeh tərəfindən qrafik üzrə borc ödənilməmiş, onun tərəfindən, dəfələrlə müraciət ediləndən sonra, qalıq borcdan yalnız 20,0 manat ödənilmiş və onun 152,02 manat borcu qalmışdır. Sonradan cavabdehə borcun qaytarılması ilə əlaqədar etdiyi müraciətlərin nəticəsi olmamışdır, hər dəfə o, borcu yaxın vaxtlarda ödəyəcəyini bildirmiş, lakin borclu qaldığı pulu ödəməmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməmişdir.xx.xx.2023-cü il tarixində o, cavabdehə pretenziya ilə müraciət etmişdir, lakin onun tərəfindən pretenziyasına cavab verilməmişdir. Onun tərəfindən cavabdehlə müqavilədə nəzərdə tutulmuş öhdəliyi icra edilmiş, cavabdeh tərəfindən isə öhdəlik icra edilməməklə pozulmuşdur. Cavabdeh yuxarıda qeyd edilən miqdarda borcun qaldığını inkar etmir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 10 avqust 2023-cü il tarixə saat 09:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 22 dekabr 2021-ci il 21\95 saylı alqı-satqı müqviləsindən görünür ki, İddiaçı Cavabdeh 222,40 (iki yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində profil satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh - Cavabdeh ilə etibarnamə üzrə nümayəndəsi arasında 22 dekabr 2021-ci il tarixində bağlanmış № 21/95 olan alqı-satqı müqaviləsinə əsasən ona, Qusar şəhəri, Xanmətov küçəsində yerləşən, ona məxsus olan “1001 xırdavat” mağazasından 222,40 manat dəyərində profil borca verilmişdir. Cavabdeh tərəfindən 70,0 manat ilkin ödəniş edilmiş, müqaviləylə müəyyən edilmiş 7,62 manat komission xərcləri, 12,0 manat faiz pulu ilə birlikdə 172,2 manat borcu qalmışdı. Cavabdeh borcu, müqaviləylə müəyyən edilmiş ödəmə qrafiki üzrə və hər aya müəyyən edilmiş 40,01 manat məbləğdə ödəmələr etməklə 2021-ci ilin 22 yanvar tarixindən başlayaraq, 4 ay ərzində, 2022-ci ilin aprel ayının 22-nə kimi (həmin ay da daxil olmaqla), ödəməli idi. Müqavilə bağlanandan sonra cavabdeh tərəfindən qrafik üzrə borc ödənilməmiş, onun tərəfindən, dəfələrlə müraciət ediləndən sonra, qalıq borcdan yalnız 20,0 manat ödənilmiş və onun 152,02 manat borcu qalmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22 dekabr 2021-ci il tarixli № 21/95 olan alqı-satqı müqaviləsi üzrə öhdəliyinin pozulması nəticəsində İddiaçı borclu qaldığı 152,02 (yüz əlli iki manat iki qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-558/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-558/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver