Məhkəmə qərarları › İş №2(029)-561/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-561/2020

13.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-561/2020 13.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh Misirxan oğluna qarşı dəymiş maddi ziyanın və debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh Misirxan oğluna qarşı idddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, Hil kənd sakini Cavabdeh Misirxan oğlundan 448.80 (dörd yüz qırx səkkiz manat səknə qəpik) manat məbləğində pul vəsaitinin və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X2 iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, məhkəmə baxışı iclasına kimi Cavabdeh Misirxan oğlu tərəfindən borcdan müəyyən hissə ödənildiyindən hazırki borcu 227.60 (iki yüz iyirmi yeddi manat altmış qəpik) manat qaldığından Cavabdeh Misirxan oğlundan 227.60 (iki yüz iyirmi yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, X8 X5 rayonu üzrə Xidmət Sahəsində abonent kimi qeydiyyatda olan Qusar rayonu, Hil kənd sakini Cavabdeh Misirxan oğlunun evində qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş və cavabdehə dəymiş maddi ziyan (itirilmiş qazın həcmi) 3024 kubmetr müəyyən edilmiş və yaxud dəymiş ziyan 302.40 (üç yüz iki manat qırx qəpik) manat təşkil etmişdir. Bundan əlavə Cavabdeh Misirxan oğlunun istifadə etdiyi təbii qaza görə 146.60 (bir yüz qırx altı manat altmış qəpik) manat məbləğində ödənilməmiş debitor borcu qalmışdır ki, iddiaçı cavabdehdən 448.80 (dörd yüz qırx səkkiz manat səknə qəpik) manat məbləğində pul vəsaitinin tutulmaısını tələb etmişdir. Cavabdeh Misirxan oğlu məhkəmə baxış iclasına kimi həmin borcundan müəyyən hissə ödəmiş və halhazırda cavabdehin 227.60 (iki yüz iyirmi yeddi manat altmış qəpik) manat borcu qalmışdır. Odur ki, həmin məbləğ Cavabdeh Misirxan oğlundan iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Misirxan oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh Misirxan oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2020-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh Misirxan oğlu qaz paylayıcı ilə müəyyən edilmiş şərtlər əsasında mçüqaviləyə uyğun olaraq təbii qazdan istifadə edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh Misirxan oğluna məxsus evə quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, abonent qazdan istifadə qaydalarını pozaraq küçə xəttinə qoşularaq 15 mm-lik rezin boru ilə sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edir. Həmçinin qeyd edilmişdir ki, qeyri-qanuni qoşulma ləğv edilsin, dəymiş ziyan tam ödənilsin. İşdə olan «İddiaçı» X3 X7 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının surətindən görünür ki, Cavabdeh Misirxan oğluna itirilmiş qazın bərpası üzrə 3024 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan xx xxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, «İddiaçı» X6 rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh Misirxan oğluna məxsus fərdi yaşayış evində qaz təsərrüfatına «İddiaçı» İstehsalat Birliyi «İddiaçı» İstehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirərkən abonent tərəfindən qazdan istifadə qaydalarının pozularaq küçə xəttinə qoşularaq 15 mm-lik rezin boru ilə sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi aşkar olunmuş, bu barədə xx xxxxxx 2020-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və xx xxxxxx 2020-ci il il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarına əsasən cavabehə itirilmiş qazın bərpası üzrə 3024 kub metr qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Misirxan oğlundan 227.60 (iki yüz iyirmi yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Misirxan oğlundan 227.60 (iki yüz iyirmi yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar