Məhkəmə qərarları › İş №2(029)-57/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-57/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-57/2020 06.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Qusar rayonu Əniq bələdiyyəsinin sədri X2, Cavabdeh2 MMC-nin nümayəndəsi X3 və Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə Qusar rayonu Əniq bələdiyyəsinin Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qusar rayonu Əniq bələdiyyəsi Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 6000 manat məbləğində pul vəsaitinin alınaraq Qusar rayonu Əniq bələdiyyəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayonu Əniq bələdiyyəsi iddianı onunla əsaslandırmışdır ki, 2008-ci ildə Cavabdeh2 MMC əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə Qusar rayonu Əniq kəndində yeni radio-baza stansiyasını istifadəyə vermişdir. Qusar rayonu Əniq bələdiyyəsi tərəfindən həmin qurğunun yerləşdiyi ərazinin koordinatları müəyyən edilmiş və həmin ərazinin bələdiyyə mülkiyyətinə aid olması məlum olmuşdur. Lakin, buna baxmayaraq həmin qurğunun yerləşdiyi ərazini Cavabdeh1 özünə məxsus torpaq sahəsi kimi Cavabdeh2 MMC-nə icarəyə vermişdir. Halbuki, Cavabdeh1 məxsus olan torpaq sahəsi qurğunun yerləşdiyi ərazidən 73 metr aralıda yerləşir və həmin ərazinin Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq, Cavabdeh1 uzun müddətdir ki, Cavabdeh2 MMC ilə qanunsuz icarə müqaviləsi bağlamaqala müvafiq icarə haqları alır. Dəfələrlə, Qusar rayonu Əniq bələdiyyəsi tərəfindən Cavabdeh1 və Cavabdeh2 MMC-nə müraciət olunaraq həmin ərazinin bələdiyyə mülkiyyətinə aid olduğu bildirilərək həmin əraziyə dair həmin şəxslər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, bələdiyyə ilə bu barədə müvafiq müqavilənin bağlanması tələb olunmuş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Bununla da, mübahisəli əraziyə dair bələdiyyənin sahiblik, istifadə və sərəncam hüquqularında ifadə olunan mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh1 Cavabdeh2 MMC-nin icarəsinə verdiyi torpaq sahəsinə dair sərəncam vermək hüququ olmamış, icarə müaqviləsi bağlanarkən həmin torpaq sahəsinin hüquqi rejimi, yəni məhz bələdiyyənin və ya Cavabdeh1 mülkiyyətində olması dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin ümumiyyətlə koordinatları müəyyən edilməmiş, yalnız mülahizələrə əsaslanılaraq həmin torpaq sahəsinin guya Cavabdeh1 mülkiyyətində olması ehtimal olunmuşdur. Halbuki, həmin əraziörüş sahəsidir və həmin ərazi vətəndaşın xüsusi mülkiyyətində ola bilməz. Göründüyü kimi Cavabdeh1 ilə «xxxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış icarə müqaviləsi Mülki Məcəllənin tələbləri və Qusar rayonu Əniq bələdiyyəsinin mülkiyyət hüququ pozulmaqla bağlanmış və bu səbəbdən də həmin müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa, Cavabdeh1 bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq istifadə etməklə və onun barəsində qanunsuz sərəncam verməklə oradan gəlir əldə etmiş və Əniq bələdiyyəsini həmin ərazidən istifadə etməklə qanunla müəyyən edilmiş qaydada gəlir əldə etmək imkanından məhrum etmişdir. Bu səbəbdən də, həmin ərazi icarəyə verildiyi vaxtdan indiyədək Cavabdeh1 həmin torpaq sahəsinə görə aldığı icarə haqları bələdiyyəyə qaytarılmalıdır. Həmin icarə haqları indiyədək təxminən cəmi 6000 manat təşkil edir. Odur ki, həmin məbləğdə pul vəsaiti Cavabdeh1 alınaraq bələdiyyəyə qaytarılmalıdır. Əvvəlki məhkəmə iclasında iddiaçı Qusar rayonu Əniq bələdiyyəsinin sabiq sədri X9 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı Qusar rayonu Əniq bələdiyyəsinin hazırkı sədri X6 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X4 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, həmin iddia tamamilə əsassız bir iddiadır. Cavabdeh1 onun oğludur. Oğlu Cavabdeh1 Respublikada sahibkarlara yaradılmış şəraiti nəzərə alaraq ailə biznesi ilə məşğul olmaq məqsədilə xx xxxx 2007-ci ildə ehtiyat fondundan 0.06 ha torpaq sahəsinin satılması barədə Əniq bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Əniq bələdiyyəsinin xx xxxx 2007-ci ildə Şura iclasında ərizəyə baxılaraq Qusar RİHB-nin Aparatının Memarlıq və Tikinti Şöbəsinin rəyini, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsinin rəyini nəzərə alaraq bələdiyyə tərəfindən ehtiyat fondundan Cavabdeh1 0.06 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması barədə 05 N-li qərar qəbul edilmiş və bununla əlaqədar 07 nömrəli protokolda qeydlər aparmışdır. Əniq bələdiyyəsinin satılması nəzərdə tutulan torpaq sahəsinə Cavabdeh1 və onun iştirakı ilə baxış keçirilmiş, Qusar Rayon RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin 378 nömrəli rəyi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi Qusar rayon Şöbəsinin 235 nömrəli rəyləri öyrənilmiş, həmin idarənin məsləhətçisi satılması nəzərdə tutulan torpaq sahəsinə dəvət olunaraq həmin yerdə sahənin yerquruluşu planı çəkilmiş və Cavabdeh1 satılmış torpaq sahəsinin yerquruluşu planı Əniq bələdiyyəsi sədri, Qusar rayon Torpaq Şöbəsinin müdiri və mütəxəssis tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiqlənmiş "Torpaqların alqı-satqısı qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1998-ci il tarixli 158N-li qərarına müvafiq olaraq alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı, az kollu digər sahələr kateqoriyasına aid torpaq sahəsində 0.06 ha torpaq sahəsinin dəyəri olaraq Əniq bələdiyyəsinin hesabına 300 AZN ödədikdən sonra qeyd olunan 0.06 ha torpaq sahəsinin satılması barədə akt tərtib edilərək bu barədə rayon Torpaq Şöbəsində xx xxxx 2007-ci il tarixində 18 nömrə ilə qeydiyyata alınmışdır. Həmin gündən Cavabdeh1 həmin torpaq üzərində xüsusi mülkiyyət hüququ yaranmışdır. Alqı-satqı olunmuş 0,06 ha torpaq sahəsinin Kadastr planı çıxarılması məqsədilə xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Yerquruluşu və Layihə İnstitutunun mütəxəssisi həmin torpaq sahəsinə gəlmiş, satılmış torpaq sahəsi düzbucaqlı formada olduguna görə tinlərdə müvafiq cihazlar qurmaqla döngə nöqtələrinin koordinatları vurulmuşdur. Əldə edilmiş bütün ilkin sənədlər torpaq sahəsinə plan-ölşü və çıxarışın əldə olunması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Xaçmaz rayon Ərazi İdarəsinə xx.xx.2007-ci ildə təqdim olunmuş və bundan sonra Cavabdeh1 adına xx.xx.2007-ci il tarixli reyestr nömrəsi **********12 olan dövlət reyestrindən çıxarış verilmişdir. Həmin ildən də Cavabdeh1 məxsus torpaq sahəsinin üzərində Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında birgə fəaliyyət barədə 2007- 0684 N-li müqavilə bağlanaraq şirkət tərəfindən ötürücü stansiya tikilmiş və bu günə qədər həmin stansiya Cavabdeh1 məxsus torpaq sahəsində fəaliyyət göstərir. Qanunvericiliyin tələblərinə uygun olaraq, bələdiyyələrin sahibkarlıq məqsədilə bir dəfəlik satılmış torpaqlarda icarə münasibətlərinə qarışmağa icazəsi yoxdur. Bundan başqa, Əniq bələdiyyəsi Cavabdeh1 bələdiyyə binasına dəvət etmiş və onun əvəzinə onun özü getmişdir. Bələdiyyə sədri ona oğlu Cavabdeh1 adına olan 0.06 ha sahibkarlıq məqsədilə alınmış torpaq sahəsinin koordinatlarının düzgün olmadığını bildirmişdir. O, Cavabdeh1 məxsus torpaq sahəsinin koordinat nöqtələrinin Yerquruluşu və X5 mütəxəssisi tərəfindən müvafiq qurğular, cihazlarla onun iştirakı ilə vurulduğunu bildirmişdir. Bundan sonra Cavabdeh1 məxsus 0.06 ha torpaq sahəsinə aid sənədlərə mövcud vəziyyətə aydınlıq gətirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Reyesrti Xidməti X8 baş mühəndisinin, müdir müavininin, kadastr Şöbəsinin müdirinin qəbulunda olmuşdur. Cavabdeh1 adına olan 0.06 ha torpaq sənədlərinə baxaraq Respublikanın bütün bolgələrində torpaq sənədlərinə verilmiş plan-ölçü sənədlərdəki koordinatların ölçü alətlərində olan qeyri-dəqiqlik ucbatından düzgün olmadığı bu barədə "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında "Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələrində mövcud olan uyğunsuzluqların aradan qaldırilması üçün müvafiq tədbirlərın görüldüyünü bildirmişlər. Oğlu Cavabdeh1 məxsus Qusar rayonu Əniq kəndi ərazisində yerləşən sahibkarlıq məqsədilə alınmış 0.06 ha torpaq sahəsınə dair tərtib edilmiş Torpaq sahəsinin plan və ölçüsü sənədlərindəki uyğunsuzluqların aradan qaldırılmasına köməklik göstərməsinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə xx xxxx 2018-ci il və xx xxxxxx 2018 ci il tarixlərində ərizə ilə müraciət edilmişdir. Ərizələrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmış və Cavabdeh1 xx xxxx 2018-ci il N**********21 nömrəli və xx xxxxxx 2018-ci il tarixli **********60 nömrəli cavab məktubları ünvanlanmışdır. Azərbaycan Respublikasında "Torpaq münasibətlərinin tənzimləməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016ci il tarixli 818 saylı Fərmanına uyğun olaraq Respublikamızda əlavə tədbirlər planı həyata keçiriləcəyi, fiziki və hüquqi şəxslərin mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə, koordinasiya fərqlərinin aradan qaldırılacagı izah olunmuşdur. Habelə, Qusar Rayon Əniq kəndində oğlu Cavabdeh1 məxsus 0.06 ha torpaq sahəsinə yeni koordinat nöqtələrinin vurulması ilə əlaqədar xx.xx.2018-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "Kadastr və Yerquruluşu Layihə -X11 Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət olunmuşdur. Ərizə həmin idarədə araşdırılmış və xx.xx.2018-ci il tarixli **********15 nömrəli cavab məktubu ünvanlanmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı və eləcə də Azərbaycan Respublikası nazirlər kabinetinin 2016-ci il 28 aprel tarixli 250 S nömrəli Sərəncamı ilə Respublikamızda mövcud olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasına dair "Tədbirlər Planı" həyata keçirildiyi izah olunmuşdur. Həmin tədbirlər planına uyğun olaraq bizim rayonumuzda da işlərin icrasına başlanmışdır. Rayon ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadəsində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatlarının müəyyənləşdirməsi işləri həyata keçirilməyə başlanmışdır. Hazırda isə həmin uyğunsuzluqlar tam aradan qaldırılmış, torpaq sahəsinə dair yeni “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Bundan başqa, iş üzrə təyin edilmiş məhkəmətorpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 3329 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nə məxsus ötürücü stansiya məhz Cavabdeh1 məxsus 0.06 hektar torpaq sahəsinin hüdudlarında yerləşir. Beləliklə, Cavabdeh1 xx xxxx 2007-ci ildə sahibkarlıq məqsədilə 0.06 ha torpaq sahəsini torpağın alqı-satqısına dair bütün prosedurlara riayət etməklə Əniq Bələdiyyəsinə həmin torpaq sahəsinin dəyərini birdəfəlik ödəməklə almış və həmin məqsədlə də bu günə qədər istifadə etməkdədir. Həmin torpaq sahəsinə aid bütün vergilər ödənilmişdir. Elə həmin ildən də həmin torpaq sahəsinin bir hissəsini Azercell MMC-yə birgə fəaliyyət barədə 2007-0684 nömrəli müqavilə bağlanaraq icarəyə verilmişdir. Cavabdeh1 qeyri-qanuni bələdiyyə torpağını zəbt etməmişdir. Bundan başqa Əniq Bələdiyyəsi tərəfindən iddia müddəti ötürülmüşdür, bələdiyyə tərəfindən torpaq sahəsinə dair iddia qaldırıla bilməz, cünki həmin müddət bitmişdir. Ona görə də hesab edir ki, iddia tamamilə əsassızdır və rədd edilməlidir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X7 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış məlum icarə müqaviləsinin predmeti olan torpaq sahəsi məhz Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsidir və ona görə də, tərəflər arasında bağlanmış icarə müqaviləsi tam qanunidir, etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bu barədə müvafiq ekspert rəyində ətraflı göstərilmişdir. Odur ki, iddia qanunsuz və əsassızdır, rədd olunmalıdır. Balaş Məhərrəmov qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək məhkəmə hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, işdə olan Seriya MH ******* saylı **********12 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Əniq kəndində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilənin mövzusunu 1-ci tərəf olan Cavabdeh1 MH seriyalı, ******* saylı xx.xx.2007-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan və Qusar rayonu Əniq kəndində yerləşən torpaq sahəsində 2-ci tərəf olan Cavabdeh2 MMC tərəfindən özünə məxsus radio-baza stansiyasının qurulması, “Birinci tərəf” tərəfindən isə bu stansiyanın (50 metrlik qüllənin və 6 (altı) kvadrat metrlik (eni 2 metr, uzunluğu 3 metr) avadanlıq konteynerinin) qurulması üçün 150 (bir yüz əlli) kvadrat metrlik (eni 10 metr, uzunluğu 15 metr) torpaq sahəsinin ayrılması, stansiyanın elektrik enerjisi ilə təmin edilməsi və mühafizəsinin təşkil edilməsi sahəsində tərəflərin birgə fəaliyyət göstərmələri və gəlir götürmələri ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-746/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Qusar rayonu Əniq bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 05 saylı qərarı və xx xxxx 2007-ci il tarixdə Qusar rayon Torpaq şöbəsində 18 nömrə ilə qeydə alınmış Torpaqların alqı-satqısına dair Akt əsasında Cavabdeh1 satılmış sahəsi 0,06 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qeydiyyat tarixi xx.xx.2007-ci il, reyestr nömrəsi **********12 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların dəyişdirilərək Əniq kəndinin yerquruluşu xəritəsində göstərilən torpaq sahəsinin yerquruluşu planına, yəni, faktiki naturaya uyğun mərz nişanları qoyularaq koordinatlar verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 üzərinə qoyulmuşdur. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(105)-554/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-746/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli AN490933 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Qusar rayonu Əniq kəndində yerləşən. Cavabdeh1 məxsus 0.06 hektar torpaq sahəsinin koordinatları yenidən tərtib olunmuşdur. İş üzrə iddiaçı Qusar rayonu Əniq bələdiyyəsinin və Cavabdeh1 nümayəndəsinin təşəbbüsü ilə təyin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx xxxx 2020-ci il tarixli **********55 saylı məktubla məhkəməyə təqdim edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli C-39 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsinin predmetini təşkil edən, Azercell qülləsinin yerləşdiyi torpaq sahəsi Seriya MH ******* saylı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus 0.06 ha torpaq sahəsinin tərkibinə daxildir. Azercell qülləsinin yerləşdiyi torpaq sahəsi Seriya MH ******* saylı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus 0.06 ha torpaq sahəsinin hüdudlarında yerləşir. İş üzrə iddiaçı Qusar rayonu Əniq bələdiyyəsinin və Cavabdeh1 nümayəndəsinin təşəbbüsü ilə təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 3329 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli **********55 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsinin predmetini təşkil edən, Azercell qülləsinin yerləşdiyi torpaq sahəsi Seriya MH ******* saylı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus 0.06 ha torpaq sahəsinin tərkibinə daxildir. Azercell qülləsinin yerləşdiyi torpaq sahəsi Seriya MH ******* saylı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus 0.06 ha torpaq sahəsinin hüdudlarında yerləşir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********55 saylı məktubdan görünür ki, xx xxx 2020-ci il tarixli C-39 saylı mütəxəssis rəyi üzrə aparılmış tədqiqatın dəyəri 124,00 (yüz iyirmi dörd) manatdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3329 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Beləliklə, məhkəmə iсlasında müəyyən olundu ki, Cavabdeh1 ilə digər Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli birgə fəaliyyət müqaviləsinin predmetini təşkil edən torpaq sahəsi Seriya MH ******* saylı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan, Qusar rayonu Əniq kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin tərkibinə daxildir və orada Cavabdeh2 MMC tərəfindən qurulmuş radio-baza stansiyası və konteyner məhz həmin torpaq sahəsinin hüdudlarında yerləşir. Həmin stansiyanın və konteynerin iddiaçı Qusar rayonu Əniq bələdiyyəsinə isə heç bir aiddiyyəti yoxdur. Bununla da, həmin müqavilə bağlanarkən Cavabdeh1 torpaq sahəsinə dair sərəncam hüququ olmuş və müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə tam uyğun qaydada bağlanmış, heç bir qanun pozuntusuna, o cümlədən Qusar rayonu Əniq bələdiyyəsinin hüquq və mənafelərinin pozulmasına yol verilməmişdir. Bundan başqa, həmin müqavilə torpaq sahəsinin icarəyə verilməsi deyil, orada birgə fəaliyyətin həyata keçirilməsinə dair bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, Qusar rayonu Əniq bələdiyyəsinin iddia etdiyi torpaq sahəsi məhz Cavabdeh1 mülkiyyətində olduğundan və yuxarıda göstərilən məlum müqavilə bağlanarkən onun həmin torpaq sahəsinə dair sərəncam hüququ olduğundan və bununla da, müqavilə tam qanuni olduğundan həmin müqavilənin etibarsız hesab olunması üçün heç bir əsas yoxdur. Bu səbəbdən də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq iddianın əsassız olduğu qənaətinə gəlir. Azərbayсan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məсəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məсəllənin 217.2-сi maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Qusar rayonu Əniq bələdiyyəsinin iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən və bununla da iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası iddiaçı Qusar rayonu Əniq bələdiyyəsinin və Cavabdeh1 nümayəndəsinin təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 124,00 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərcləri iddiaçı Qusar rayonu Əniq bələdiyyəsindən və Cavabdeh1 müştərək qaydada tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Bundan başqa, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri də iddiaçı Qusar rayonu Əniq bələdiyyəsindən və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-сı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Qusar rayonu Əniq bələdiyyəsinin Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərcləri Qusar rayonu Əniq bələdiyyəsindən və Cavabdeh1 müştərək qaydada tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Qusar rayonu Əniq bələdiyyəsindən və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar