Məhkəmə qərarları › İş №2(029)-579/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-579/2020

13.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-579/2020 13.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı «İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı idddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 475.20 (dörd yüz yetmiş beş manat iyirmi qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumunun, ümumilikdə 495.20 (dörd yüz doxsan beş manat iyirmi qəpik) manat pulun tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin hesabına ödənilmsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X2 iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, məhkəmə baxışı iclasına kimi Cavabdeh tərəfindən borcdan müəyyən hissə ödənildiyindən hazırki borcu 241.82 (iki yüz qırx bir manat səksən iki qəpik) manat qaldığından Cavabdeh 241.82 (iki yüz qırx bir manat səksən iki qəpik) manat məbləğində dəymiş ziyanın tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiaz edir. Həmin ünvana iddiaçı «İddiaçı» İstehsalat Birliyi tərəfindən **********06810 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı «İddiaçı» X4 X9 İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Xaçmaz RQİİ-nin aidiyyatı işçiləri tərəfindən “Təbii X6nın pozulması haqqında” akt tərtib edilmişdir. Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə olunması nəticəsində iddiaçı «İddiaçı» İstehsalat Birliyinə 475.20 (dörd yüz yetmiş beş manat iyirmi qəpik) manat ziyan dəymişdir. Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəf məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Lakin Cavabdeh məhkəmə baxışı iclasına kimi borcundan müəyyən hissə ödənişlər etmiş və nəticədə onun hal-hazırda 241.82 (iki yüz qırx bir manat səksən iki qəpik) manat borcu qalmışdır. Odur ki, 241.82 (iki yüz qırx bir manat səksən iki qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2020-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh qaz paylayıcı ilə müəyyən edilmiş şərtlər əsasında mçüqaviləyə uyğun olaraq təbii qazdan istifadə edir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli ******* saylı Təbii X6nın pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh məxsus evə quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, abonentin sayğacdan əvvəl qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, qeyri-qanuni qaz xətti ləğv edilsin, dəymiş ziyan tam ödənilsin. İşdə olan «İddiaçı» X4 X9 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının surətindən görünür ki, X3 itirilmiş qazın bərpası üzrə 4752 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, «İddiaçı» X8 rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus evdə qaz təsərrüfatına «İddiaçı» İstehsalat Birliyi «İddiaçı» İstehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirərkən abonentin sayğacdan əvvəl qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuş, bu barədə xx xxxxxx 2019-cu il tarixli ******* saylı Təbii X6nın pozulması haqqında akt tərtib edilmiş və xx xxxxxx 2020-ci il il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarına əsasən cavabehə itirilmiş qazın bərpası üzrə 4752 kub metr qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 241.82 (iki yüz qırx bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 241.82 (iki yüz qırx bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə ödənilsin Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar